Gundemxeber.az » GündəmXəbər » ABŞERONUN BAŞ HƏKİMİNDƏN ŞƏHİDLƏRƏ VƏ DÖVLƏT TƏDBİRİNƏ HÖRMƏTSİZLİK
Şəhidlərin Respublika Anım Günündə al qırmızı paltar, qırmızı ayaqqabı geyinmiş, qırmızı maska taxmış, dırnağına qırmızı lak çəkmiş, qoluna qırmızı saat taxmış… Mehriban Qaralova kimdir ki…
Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralovanın Respublika Anım günündə şəhidlərin xatirə memorialını ziyarət edərkən milli adətə uyğun olaraq hamının tünd libasda olduğunun fərqində olmayaraq, al-qırmızı paltarda ortaya çıxması ciddi ictimai qınaqda qarşılanıb. Elektoron mediada onun fotoşəkli paylaşılıb. Sosial şəbəkələrdə yayılan həmin fotolardan məlum olur ki, 27 sentyabrda al qırmızı paltar və qırmızı ayaqqabı geyinmiş, qırmızı maska taxmış, dırnağına qırmızı lak çəkmiş… həmin xanım həqiqətən də Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralovadır. Bu barədə faktı xəstəxanadakı mənbəmiz də təsdiqlədi.
Qeyd edək ki, Mehriban Qaralova YAP-ın Siyasi Şurasının sabiq üzvü, mərhum keçmiş deputat Zahid Qaralovun qızı, sabiq Baş prokuror Zakir Qaralovun əmisi qızıdır. M.Qaralova əvvəllər Respublika Uşaq Xəstəxanasında baş həkimin müavini, daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində çalışıb. Hazırda Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimidir.
Təbii ki, Mehriban Qaralova düz hərəkət etməyib. Belə bir dünyəvi tədbirdə ən azından ətrafı ona geyimində doğru seçim etməyi tövsiyyə etməli idi. Etməyiblər. Özü də bunu düzgün anlamayıb. Və ən azından, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın Anım günündəki geyiminə diqqət yetirməli idi. Bunu da etməyib. Axı o, Mehriban xanım Əliyeva ilə eyni adlıdır, gərək məmur kimi bir az da diqqətli olaydı… Deməli, ad hələ hər şey demək deyil…
A.Məmmədli
3-03-2014, 15:59
12-12-2018, 13:05
26-10-2015, 14:25
16-12-2015, 15:35
25-05-2016, 15:53
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?