GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “MEHDİYEVİN NƏVƏSİ İŞƏ GƏLMİR, AMMA MAAŞ ALIR...” - “Fikrət Əliyevi vəzifəyə qoyduqdan sonra tender maxinasiyaları başladı”

“MEHDİYEVİN NƏVƏSİ İŞƏ GƏLMİR, AMMA MAAŞ ALIR...” - “Fikrət Əliyevi vəzifəyə qoyduqdan sonra tender maxinasiyaları başladı”

Tarix: 30-09-2021, 10:53 Bölmə :GündəmXəbər / Manşet Baxış: 688


“Ramiz Mehdiyevi burada tanıdım ki, bu adam dəhşətli, neqativ əməllərlə zəngin, qanun tanımayan, ətrafı savadsız, fırıldaqçı adamlarla dolu, elmi yox pulu üstün tutan bir şəxsdir.” Gundemxeber.az bildirir ki, bunu AMEA Rəyasət Heyətinin İşlər İdarəsində baş mütəxəssis işləmiş, hazırda isə qanunsuz olaraq işdən qovulduğunu deyən Coşqun Yəhyayev “AzPolitika.info”-ya məktubunda deyir.

C.Yəhyayev şikayətində qeyd edir ki, Ramiz Mehdiyev AMEA-ya sədr təyin olunandan sonra tender maxinasiyaları da daxil olmaqla, çoxsaylı qanunsuzluqlara və özbaşınalıqlara yol verilir: “Mən AMEA Rəyasət Heyətinin İşlər İdarəsində baş mütəxəssis işləmişəm. 2020-ci il mayın 20-də işdən çıxarılmışam. Mayın 17-dən 31-dək xəstə olmağıma və bununla bağlı müvafiq arayış təqim etməyimə baxmayaraq, məni qanunsuz olaraq işdən çıxarıblar. Ramiz Mehdiyev İşlər İdarəsinə qohumu Fikrət Əliyevi müdir qoyandan sonra neqativ əməllərə, tender maxinasiyalarına və s. etiraz etmişəm. Mənim belə əməllərlə ailəmə ləkə vuracağımı, belə işləyə bilməyəcəyimi deməyim, başqa işə keçirilməyimi tələb etməyim, eləcə də “mən doktorantam, ziyaliyam, siz isə diş texnikisiniz, akademiyada nə edirsiniz” deməyim onların xoşuna gəlmədi.”

C.Yəhyayev bildirir ki, bundan sonra rəhbərlik onu kənarlaşdırmaq qərarına gəlib və buna nail olub. Şikayətçi R.Mehdiyevin və yaxın ətrafının akademiyada olduqca neqativ mühit yaratdığını yazır: “Onlar yalnız neqativ əməllərlə, şər atmaqla insanları işdən çıxarırlar. Mənim kimi onlarla əməkdaş var ki, bunların ucbatından məhkəmələrdə qalıblar. R.Mehdiyevin qalmaqallı toy edən nəvəsi bir dəfə də işə gəlməyib, onu heç akademiyada tanıyan da yoxdur, ancaq buna baxmayaraq, həmin təşkilatdan maaş alır, mənim kimi mütəxəssislər isə işdən çıxarılır...”

Şikayətçi qeyd edir ki, R.Mehdiyevə aid müəssisələrdə çalışmış şəxslər akademiyada müxtəlif vəzifələrə təyin edilir, alimlər, mütəxəssislər isə müxtəlif bəhanələrlə işdən kənarlaşdırılır: “AMEA-da olan problemlər danışmaqla bitmir. R.Mehdiyev qurumda aparat rəhbəri ştatı yaradaraq, oraya özünün Slavyan Universitetindən qovulmuş adamını - Seyfəl Həsənovu təyin edib. Hansi ki, aparat rəhbəri ştatı Nazirlər Kabineti tərəfindən təsdiq edilməmiş ona 1500 AZN maaş verilə bilməzdi. 

Eləcə də AMEA-nın qarajının bu sahə üzrə ali təhsilli mütəxəssisi olan müdirini işdən çıxarıb, onun yerinə armatur zavodunda işdən qovulmuş adamlarından birini təyin etdilər. Məlumdur ki, həmin zavodu onlardan məlum neqativ əməllərə görə alıblar. Ondan sonra həmin müəssisədən kimi çıxarsalar, AMEA-ya işə götürürlər. Təsəvvür edin, ziyalılar Allaha dua edirlər ki, bunların zavodlardakı adamlarını işdən çıxarmasınlar ki, sonradan bizi işdən çıxarıb, yerimizə onları təyin etməsinlər.”

Şikayətçi həmçinin, Mehdiyev akademiyaya gələndən sonra ev bölgüsündə qanunsuzluqlara yol verildiyini və bunun araşdırılmasının vacib olduğunu bildirir.


GUNDEMXEBER.AZ
 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev AMEA-da əməlli-başlı ORDU SAXLAYIR... - 11 köməkçisi var

    Ramiz Mehdiyev AMEA-da əməlli-başlı ORDU ...

    25-03-2021, 13:00

  • 
  • AMEA-nın şöbə müdiri Ramiz Mehdiyevi İTTİHAM ETDİ

    AMEA-nın şöbə müdiri Ramiz Mehdiyevi İTTİHAM ETDİ ...

    23-09-2020, 15:40

  • 
  • Ramiz Mehdiyev AMEA-ya prezident gətilir?

    Ramiz Mehdiyev AMEA-ya prezident gətilir? ...

    13-02-2013, 10:49

  • 
  • AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı

    AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı ...

    15-01-2014, 16:27

  • 
  • Ramiz Mehdiyev açıqlama verdi

    Ramiz Mehdiyev açıqlama verdi ...

    12-05-2020, 18:33


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu