GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sumqayıt Tibb Kollecinin direktoru Rəfael Eyvazovun “çoxşaxəli biznesi”- DİREKTOR KOLLECDƏN YÜZ MİNLƏR QAZANIR...

Sumqayıt Tibb Kollecinin direktoru Rəfael Eyvazovun “çoxşaxəli biznesi”- DİREKTOR KOLLECDƏN YÜZ MİNLƏR QAZANIR...

Tarix: 1-10-2021, 11:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 621


Direktor  “tender”, “təkmilləşmə”, “ imtahan”, “qayıb” biznesindən  yüz minlər qazanır

Rəfael  Eyvazovun Lənkəran Universiteti, Əlikram Hümbətovla bağlı xatirələri


Məlumat üçün  qeyd edək ki, Əziz  Əliyev adına Sumqayıt Tibb Məktəbi respublikanın orta tibb işçilərinə olan ehtiyacını ödəmək məqsədi ilə Ulu öndərimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1969-cu ildə yaradılmışdır. 
İlk dövrlər məktəb 2 fakültə, 90 tələbə, 10 müəllimlə fəaliyyət göstərmişdir. 
Səhiyyə Nazirliyinin  2010-cu il tarixli əmri ilə  Sumqayıt Tibb Məktəbi  Sumqayıt Tibb Kolleci adlandırılıb. 
Hal-hazırda Sumqayıt Tibb Kollecində 4 ixtisas üzrə (tibb bacısı, feldşer, mama, əczaçı) kadr hazırlığı həyata keçirilir.
Son illər tələbə kontingentinin artması nəticəsində Səhiyyə Nazirliyinin və məktəbin daxili imkanları hesabına maddi-texniki bazanı möhkəmləndirmək məqsədilə korpusların sayı artırılmış, əyani vəsaitlərlə təchiz olunmuş müasir tələblərə cavab verən 4 laboratoriya, 40-dan artıq auditoriya, kitabxana, kompyuter şəbəkəsi, kompyuter otağı, müasir tələblərə cavab verən yeməkxana, avtonom istilik sistemi yaradılmışdır.
Sabiq  səhiyyə naziri cənab Oqtay Şirəliyevin təşəbbüsü ilə kollecdə təkmilləşmə kursları təşkil olunmuşdur. Təkmilləşmə kurslarının keçirilməsi üçün kollecdə yeni korpus tikilmiş, müasir tələblərə cavab verən səviyyədə dinləyicilərin ixtiyarına verilmişdir.
Hə, indi gələk mətləb üztünə. 
Deməli, yuxarıda qeyd etdiyimiz kimi dövlət külli miqdarda vəsait qoyub təkmilləşmə kursları üçün yeni bina-korpus tikib, müasir tələblərə cavab verən auditoriyalar yaradıb. Ancaq bunun xeyrini kollecin direktoru  Rəfael Eyvazov görür. Çünki təkmilləşmənin quruca  adı var. Hər şey kağız üzərindədir. Təkmilləşməyə  gələn tibb işçiləri “aylıq”larını  direktora verir və heç kursun üzünü də görmürlər. Təsəvvür edirsiniz, Sumqayıt  boyda şəhərin  tibb işçiləri  bütün il boyu kollecdə kurs keçirlər, guya ki, Allah qoymasa, təkmilləşirlər.  Əslində kursa gəlməmək üçün hər ay  direktora 200 manat ödəyirlər. 
Bəli, Rəfael Eyvazov üçün hər şey kağız üzərindədir. 
Məsələn nizamnamə  kapitalı 5 manat olan şirkətlər Kollecin elan etdiyi tenderlərdə on minlərlə dövlət vəsaitini “udurlar”. 
Guya Rəfael Eyvazov  tender komissiyası yaradır və qalibi elan edir. Gundemxeber.az gundelik-baku.com-a istinadla bildirir ki, pulların çoxu direktorun cibinə gedir. Həm də ən biabırçı hal odur ki, sanki Rəfael Eyvazov rəqəmləri  kağız üzərində  üfürüb şişirdir. Məqsəd dövlət vəsaitini talamaqdır. 
Bu adam başa düşmür ki, Prezidentimiz belə hallarla bağlı sonuncu xəbərdarlığını edib: 
“Əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən ? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır”.
Bəli, cənab Prezidentin xəbərdarlığına baxmayaraq  direktor  Rəfael Eyvazov öz əməllərini davam etdirir. 
Hamı təəccüblənir ki, görəsən, cənab direktor kimə arxayındır ki, belə  özbaşınalıq edir. 
Deyilənlərə görə, cənab direktor  arxasını xeyli vaxtdır, millət vəkillərindən birinə  söykəyib. Və bu arxayınçılıq ona əlini-qolunu açmağa  imkan verir. 
Yeri gəlmişkən, Rəfael  Eyvazov Lənkəran Dövlət Universitetində prorektor olanda da arxasını Əlikram Hümbətova söykəmişdi. 
Nə isə, mövzudan yayınmayaq. 
Bəli, direktor Rəfael Eyvazov üçün ən  sevimli şirkət  “VİP KONTAKT” MMC-dir. Tenderlərin çoxunu deməık olar ki, bu şirkət udur. Kollecdə abadlıq işlərinə 100 min manat  dövlət vəsaiti xərclənib. 
Bu adam başa düşmür ki, tenderdə iştirak edən şirkətlər  mütləq müəyyən  tələblərə cavab verməlidir. Amma kimə deyirsən..
Direktor Rəfael Eyvazov  “qayıb”dan da əla qazanır. 
Bəli, kollecdə oxuyan  tələbələr  əsasən Sumqayıt və Bakı sakinləridir. 
Bakıdan olan tələbələrin əksəriyyəti dərslərə heç gəlmirlər. Yəni Bakıdan hər gün Sumqayıta getmək əvəzinə, direktor Rəfael Eyvazova “aylıq”  verməyi  üstün tuturlar ki, dərslərə gəlməsinlər. Bu da Rəfael  Eyvazovun “qayıb”  biznesi. 
Rəfael Eyvazov  kollecə öz özəl şirkəti kimi baxır. O ürəyi istədiyi vaxt işə gəlir, gedir. Həmçinin özünə yaxın olan müəllimlərə də bu şəraiti yaradır. Direktorun qanunsuz əməllərinə etiraz edən müəllimlər isə “incidilir”. Əldə edilən məlumatlara görə, dərslər müəllimlərə hər dərs ilinin başlanğıcında başqa şərtlərlə verilir. Kimlər pul vermirsə, işdən çıxarılmaqla hədələnir, yaxud da dərs yükləri azaldılır. Kimlər ki, direktoru “görür”, dərs yükləri artıq yazılır və eyni zamanda həmin şəxslərə mükafatlar verilir. 
Rəfael  Eyvazov barəsində mediada yazılanlara belə münasibət bildirir: “Bizdə neçə illərdir rüşvət deyilən şey yoxdur. Prezidentin qərarından sonra mən hər şeyə ciddi nəzarət edirəm. Bir də ki, məvacibim mənə bəs edir. Rüşvət almağa ehtiyacım yoxdur. Mən həkim adamam, rüşvət almaq mənə yaraşmaz”. 
Burda  deyiblər ee…yalançının..


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıtda dəhşət; Tibb bacısı yeni doğulmuş körpəni öldürdü

    Sumqayıtda dəhşət; Tibb bacısı yeni doğulmuş ...

    11-11-2014, 23:49

  • 
  • Azərbaycanda tibb sahəsində kadr çatışmazlığı varmı? - Açıqlama

    Azərbaycanda tibb sahəsində kadr çatışmazlığı ...

    30-06-2020, 23:01

  • 
  • Tibb bacısı iş yoldaşını bıçaqladı- Mərkəzi Klinik Xəstəxanada

    Tibb bacısı iş yoldaşını bıçaqladı- Mərkəzi ...

    25-12-2013, 12:28

  • 
  • Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başladı

    Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar ...

    7-04-2016, 16:58

  • 
  • 1793 abituriyent IV qrupa imtahan verəcək

    1793 abituriyent IV qrupa imtahan verəcək ...

    26-07-2013, 13:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (277)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu