Gundemxeber.az » GündəmXəbər » Ali Məhkəmənin “Covid pasportu” ilə bağlı qadağaları insan hüquqlarına qarşıdır
Konstitusiya Məhkəməsi , Ombudsman məhkəmə təminatı hüququna qadağaya qiymət verəcəkmi?
Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (Covid -19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan əlavə tədbirlər haqqında” 06 oktyabr 2021-ci il tarixli məlumatı ilə 11 oktyabr 2021-ci ildən məhkəmə binalarına daxil olan , habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən Covid -19 pasportunun ( Covid -19-a qarşı peyvənd və ya immunitet sertifikatı ) və ya Covid -19-a qarşı Əks göstəriş sertifikatının tələb edilməsi tövsiyə olunur. Sözügedən tələb tövsiyə xarakterli olsa da, gerçəkdə Konstitusiyanın 60-cı maddəsi ilə doğrulanan əsas insan və vətəndaş hüquq və azadlıqlarından sayılan inzibati və məhkəmə təminatı hüququna qadağa deməkdir . Yalnız cinayət işlərində barələrində qətimkan , yaxud inzibati həbs tənbehi tədbirinin seçilməsi zamanı şəxslər videokonfrans əlaqə sistemi vasitəsilə, bu mümkün olmadıqda və ya həmin şəxslərin iştirakı məcburi olduğu hallarda onların sanitar -gigiyenik və tibbi -profilaktik qaydalara ciddi riayət etmək şərti ilə bilavasitə iştiraklarının təmin olunması tapşırılır. Bəs mülki, inzibati məhkəmə prosesinin iştirakçıları, yaxud xüsusi ittiham qaydasında şikayət verən və barələrində şikayət verilən şəxslər, necə, Covid -19 pasportu yoxdursa, məhkəmə təminatı hüququndan məhrum edilməlidir? Bu şəxslərin də videokonfrans əlaqə sistemi vasitəsilə prosesdə bilavasitə, yəni birbaşa iştirakını təmin etmək olmaz? Biz hələ xüsusi risk qrupuna daxil olan əlilləri, xəstələri və s. demirik . Məhkəmə hakimiyyətinin gerçək güc, hakim olduğu ortamda belə tövsiyə xarakterli qadağalardan, bəlkə də, çəkinməyə əsas olmazdı. Amma, anadolular demiş, burası Azərbaycandır! Burada məhkəmələr, onlarla vəsatət versən də ki, yataqda xəstəsən, əlilsən, ya videokonfrans əlaqə vasitəsilə iclasda iştirakın təmin edilsin, ya da dövlət büdcəsinin vəsaiti hesabına vəkil ayrılaraq hüququnu qorusun, baxmayacaq, elə bil daşa demiş olacaqsan. Vətəndaşın məhkəməyə gələ bilməməsi rüşvətxor məhkəmə hakimlərinin elə ürəyincədir ki, gəl görəsən! Heç prosesdə iştirak edəndə danışmağına qadağa qoyulur, indi məhkəməyə “covid pasportu”suz daxil olmaq qadağası bəzi hakimlərə lap göydəndüşmə oldu ki! Ötənilki pandemiya qadağası çağında Bakı İnzibati Məhkəməsinin gizlin fəaliyyət göstərməsindən mediada yazılıb . Hələ ötən il “pasport məsələsi” yox idi, hakimlər vətəndaşların hüquqlarına qadağa qoyub olmayan qərarlarla hoqqa çıxarırdılar. Yeri gəlmişkən, Ali Məhkəmənin “tövsiyə qadağası”nın absurdluğunu məhkəmə təminatı hüququna qadağa qoyan məhkəmələrin özlərinə qarşı qaldırılan iddialara da baxılmasınının “pasport qadağası” ilə bağlanacağı ortaya qoyur. Qanunvericilik məhkəmə qərarnın icrasını təmin etməyə borclu olan quruma qarşı tələbkarın iddiası üzrə dövlət rüsumundan azad edilmə(si)ni ortaya qoyur. İnzibati Prosessual Məcəllənin 116.2 maddəsinə görə, məhkəmə qərarlarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Bakı İnzibati Məhkəməsi isə 6-cı ildir 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı Qərarının (tələbkar Qarabağ qazisi, borclu ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidməti, hazırda ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyi) icrasını təmin etməkdən imtina edir . İndi Qarabağ qazisinin Bakı İnzibati Məhkəməsinə qarşı iddiasına “pasportsuz” olduğundan baxılmalı deyil? Lap yerinə düşdü, vətəndaşa, əks effekt verəcəyi nədəni ilə nə vaksin vurulur , nə də əks effekt sertifikatı verilir. Bununla bağlı tibb müəssisəsinə qarşı şəxsin iddiası üzrə işlərə baxılmasına da Ali Məhkəmə qadağa qoyur? Absurd deyilmi? Fikrimizcə, Konstitusiya Məhkəməsi, Ombudsman məhkəmə təminatı , insan hüququna qadağaya qiymət verilməsini təmin etməyə borcludurlar . Ya videokonfrans əlaqə sistemi vasitəsilə vətəndaşın məhkəmə təminatı hüququ təmin edilməlidir, ya da “tövsiyə qadağası” ləğv edilməlidir.
Məğrur Bədəlsoy
25-05-2021, 17:39
26-07-2021, 15:31
25-01-2021, 09:52
26-05-2021, 21:32
18-06-2020, 13:21
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?