GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hakimin Rəsul Quliyevin xeyrinə çıxartdığı qərardan sonra, sabiq deputat "od pükürdü"

Hakimin Rəsul Quliyevin xeyrinə çıxartdığı qərardan sonra, sabiq deputat "od pükürdü"

Tarix: 12-10-2021, 09:31 Bölmə :GündəmXəbər / Manşet Baxış: 632


“Sabunçu Rayon Məhkəməsinin hakimi Nilufər Cəfərlinin çıxardığı qərar nəinki ədalətsizdir, hətta deyərdim ki, sifarişlidir. Məhkəmə qəsdən məni adıma olan qanuni sənədləri saxta sənədlər kimi təqdim edərək Rəsul Quliyevin xeyrinə qərar çıxarıb”.


Bunu saytımıza açıqlamasında keçmiş millət vəkili Qalib Salahzadə Sabunçu Rayon Məhkəməsinin eks-spiker Rəsul Quliyevin xeyrinə çıxardığı qərarı şərh edərkən bildirib.

Qeyd edək ki, məhkəmənin qərarında, guya Rəsul Quliyevin Bilgəh qəsəbəsində 72 sot torpaq sahəsini bağışladığı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun əlində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən şəhadətnamə var.

Q.Salahzadə bildirib ki, məhkəmə qərarında bir neçə kobud səhvə yol verilib: “Birincisi, 72 sot torpaqda məndən başqa 3 nəfərin adına ev var. Bunlar Xatirə Salahzadə, Zemfira Salahzadə və nənəm Kübra Camalovadır. Qərarda qeyd olunub ki, bu üç nəfərə bələdiyyə sənədi 2002-ci ildə verilib. Qalib Salahzadəyə, yəni mənə 2020-ci ildə bələdiyyə mülkiyyətə sahib olmaq haqda sənəd verib. 2020-ci ildə bələdiyyə mənə torpağı necə verə bilər? O bələdiyyə sədrini həbs etməzlərmi? Qərardan belə çıxır ki, guya mən sənədi saxta yolla əldə etmişəm. 1994-cü ildən həmin ünvanda adıma ev olub. 2005-ci ildə mülki alqı-satqı yolu ilə keçirdim nənəm Camalova Kübranın adına ki, narazılıq olmasın, mülk vərəsələr arasında bölüşdürülsün.  Zağulba 1 ünvanda adıma 300 kvadrat metrə yaxın ev var. Həmçinin Zağulba 9-da qeydiyyatdayam. Məhkəmənin qərarında bunlar göstərilib və bu evlərin hər birinin kupçasının olduğu qeyd edilib.  Hakim “rədd cavabı”nda bildirib ki, guya mənim digər 3 nəfərin adından məhkəməyə müraciət etmək hüququm yoxdur. Halbu ki, mən öz adımdan iddia qaldırmışam. Həmin torpaq sahəsindəki 8 evə qeydiyyatlımız var. 8 evin 4-nün kupçası var, 4-nün isə bələdiyyə sənədi”.

Q.Salahzadə bildirdi ki, 2011-ci ildə Əmlak Komitəsi Amerikada yaşayan və oranın vətəndaşları olan Rəsul Quliyevin ailə üzvlərinin adlarına sənədlər verib. Onlara boş torpaq sahəsi veriblər. Azərbaycan qanunvericiliyinə görə, xarici vətəndaşlara torpaq ərazisi satıla bilməz. Onlara alqı-satqı yolu ilə ev satıla bilər. Quliyevin ailə üzvləri burada yaşamaya-yaşamaya, xarici vətəndaşlar ola-ola onlara necə torpaq satıla bilər? Gələcək Azərbaycan Partiyasının sədri Ağasif  Şakiroğlu  72 sot torpaq sahəsini guya ona Rəsul Quliyev bağışlayıb. Rəsul Quliyev ölkədən gedəndə Ağasifin 7 yaşı vardı. Rəsul ona torpağı niyə bağışlamalıydı? Oğludur? Nəvəsidir?  Bu gün hakim Nilufər Cəfərli açıq-aydın Rəsul Quliyevi müdafiə edir. Onları bir-birinə nə bağlayır? Məgər hakim Rəsul Quliyevin kim olduğunu bilmir? Onun Azərbaycanda hakimiyyəti zorla əldə etməyə cəhd göstərməsi kimi yadından çıxıb. 2005-ci ildə ABŞ-dan Azərbaycana gəlmək istədi, alınmadı. Ukraynanın Simferopol hava limanına enməli oldu və orada saxlanıldı. Rəsul Quliyevə görə bir neçə məmuru həbs etdilər. Nazirlər Əli İnsanov, Fərhad Əliyev, Fikrət Yusifov, Prezidentin Administrasiyasının idarə rəisi Akif Muradverdiyev və digərləri çevrilişə cəhd ittihamı ilə həbs edildilər. Onları idarə edən Rəsul Quliyev idi. Bu gün də Rəsul Quliyev bəzi məmurlara təsir edir, onların özündən asılı vəziyyətə salıb. Onlardan biri də Kərəm Həsənovdur. Çünki mənim torpaq sahəmin əlimdən alınıb Rəsulun adamına verilməsində maraqlı olan əsas şəxslərdən biri odur. 6-7 il qabaq Kərəm Həsənov üstümə 30-a yaxın silahlı şəxs göndərmişdi. Cavan uşaqlar idi, üzərlərində də silahlar. Onlara Yusif Qəmbərov adlı şəxs rəhbərlik edirdi. Onlar məni qorxutmaq, torpaq sahəsini dəyər-dəyməzinə satmağımı istəyirdilər. Kərəm Həsənov ora yiyələnmək istəyirdi. Çünki qudası, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin həmin ərazidə bağı var. Onların 2010-cu ildən mənə qarşı apardıqları bu iyrənc plan bu gün məhkəmə müstəvisində davam etdirilir. İndi saxta sənədlərlə, sifarişlə torpağımı əlimdən almağa çalışırlar”.

Q.Salahzadə qeyd edir ki, burada əsas məsələ 25 milyon dollar qiyməti olan 80 sota yaxın torpaq sahəsini ələ keçiməkdən gedir: “Yuxarıda oturan bəzi şəxslər istəyirlər ki, Ağasif Şakiroğlunun əli ilə qiyməti təxminən 25 milyon dollar olan torpaq sahəsini ələ keçirib, milyarderlərə satsınlar. Pulunu da versinlər Rəsul Quliyevin burada hökuməti devirmək istəyən adamlarına, partiyasına. Mənim torpaq sahəmi almaq üçün üstümə Moskvadan ”Rapira" Ziya, Qod Nisanov gəlmişdilər. Qod Nisanovun atası Simon kişi gəlmişdi yanıma. İş adamı

İlham Rəhimovun Hacı Murad adında makleri var. 17 milyon dollar təklif etdi. Hamısına sözüm bir oldu. Dedim ki, bu ölkənin yiyəsi, ağsaqqalı var. Gedin onlardan icazə alın, razılıq versələr, gəlin alın. Çünki mənim torpaq sahəm çox strateji yerdədir. Yaxınlıqda məmurların bağ evləridir. Əgər o torpaq sahəsi mənim deyilsə, milyarderlər, məmurlar niyə danışıqları mənimlə aparırdılar? Gedib Rəsul Quliyevlə, Ağasif  Şakiroğlu ilə danışardılar da... İndi cavan oğlan olan Ağasif  Şakiroğlunu 4 polis qoruyur. Mühafizə üçün ayda  polislərə 6 min 150 manat vəsait ödənilir. Təsəvvür edirsiniz?Partiya sədri ayda mühafizəçi polislərə 6 min 150 manat pul verir ki, onu və qanunsuz yaşadığı yeri qorusun. Kimdir, Ağasif? Mən heç ona 3 keçini də etibar etmərəm. Onun arxasında duranlar, ondan istifadə edənlər var.  Bəli, bu gün Rəsul Quliyevlə mənim aramda bəzi mübahisələr ola bilər, amma bunun məmurlara, hakimlərə nə aidiyyəti var? Onlar niyə düşüblər ortalığa? Rəsul gələr, danışarıq, həll olunar. Həmçinin çöx hörmətli bir hacının vasitəsilə Rəsul Quliyevin qardaşı oğlu Xəyal Quliyev  mənimlə görüşmüşdü.O, yanıma gəldi. Bağ evinin Rusiya səfirliyinə məxsus torpaq sahəsi tərəfdən olan giriş qapısının açarları Xəyalda idi. Dedi ki, əmisi Rəsul Quliyev bu açarları mənə göndərib ki, Bakıya gələndə onunla şəxsən söhbət edib problemi yoluna qoyarıq. Amma bəzi məmurların bu məsələdə  maraqları var. Bunu sübut etməyə hazıram. Sözügedən 72 sot torpaq sahəsində 5 yox, 6 adamın mülkü var. 6-cı adam Rəsul Quliyevin bacısı Ceyran Quliyevadır. 2015-ci ildə Kərəm Həsənov və müavini Rafiq Cəlilov məni qəbul etdilər. Məndən xahiş etdilər ki, Rəsul Quliyevin bacısı Quliyeva Ceyran Bayram qızının adına olan orijinal dublikatı onlara verim. 5 nəfərə diblikatlar Arif Qaraşovun vaxtında verilmişdi. Ceyran Quliyevaya isə sənəd Kərəm Həsənovun zamanında verilib. Əmlak Komitəsindəki dostlarım mənə bildirdilər ki, həmin sənədi onlara verməyim, özümdə saxlayım. Çünki Kərəm Həsənov bu sənədləri özündə saxlayıb lazım olan vaxtı üzə çıxaracaq. Nə qədər xahiş etsələr də, dublikatı onlara vermədim. Mən bilirdim ki, Kərəm Həsənov və müavini Rafiq Cəlilovun Rəsul Quliyevlə yaxşı münasibətləri, əlaqələri var”.

Sabiq deputat vurğuladı ki, məhkəmə qərarında daha bir yalan məlumat bağın açarlarının guya könüllü təhvil verməyilə bağlıdır: “Əvvəla məhkəmənin qərarında göstərildiyi kimi, guya mən 29.06.2021-ci il tarixdə, saat 18:30 radələrində bağ sahəsinin açarlarını şöbəyə göndərmiş, mobil telefon əlaqəsi saxlayaraq bağ sahəsini könüllü təhvil vermişəm. Elə bir şey olmayıb. Tamamilə yalandır. Bağın açarı bağbanda olub. Sabunçu rayonu icra hakimiyyətinin birinci müavini Avtandil Hüseynov, Baş nazir Əli Əsədovun əmisi oğlu olan Bilgəh qəsəbə icra nümayəndəsi Vüqar Əsədov və digərləri həmin bağa gedərək bağbandan açarı alaraq içəri daxil olublar. Əgər düzdürlərsə, o zaman açarı verdiyim adamın adını yazsınlar”.


Q.Salahzadə qeyd etdi ki, əgər ona qarşı bu iyrənc hərəkətlər dayandırılmasa, adlar çəkməli olacaq:  “300-dən çox müraciətlərimiz olub. Dövlət qurumları müraciətləri bir-birilərinin üzərlərinə atırlar. Çağırıb deyən yoxdur ki, nə istəyirsiniz, dərdiniz nədir? Bizimlə açıq danışmırlar. Kimlərinsə vasitəsilə xahişlər edirlər ki, sakit duraq  və s”.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsul Quliyevin bacısı koronavirusdan vəfat etdi

    Rəsul Quliyevin bacısı koronavirusdan vəfat etdi ...

    22-06-2020, 18:21

  • 
  • Hacı Qaliblə vətəndaşın 20 sot torpaq davası - BŞİH problemə əl qoydu

    Hacı Qaliblə vətəndaşın 20 sot torpaq davası - ...

    4-12-2020, 12:38

  • 
  • Rəsul Quliyevin qardaşı vəfat etdi

    Rəsul Quliyevin qardaşı vəfat etdi ...

    20-07-2016, 01:30

  • 
  • Rəsul Quliyevin qardaşı oğlu ilə məhkəmə davası – Sənəd

    Rəsul Quliyevin qardaşı oğlu ilə məhkəmə davası – ...

    9-01-2014, 13:41

  • 
  • Rəsul Quliyev Milli Şuranı tərk edir

    Rəsul Quliyev Milli Şuranı tərk edir ...

    25-08-2013, 14:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu