GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sosial Xidmətlər Agentliyinin ailə dağıtmaq xidməti

Sosial Xidmətlər Agentliyinin ailə dağıtmaq xidməti

Tarix: 12-10-2021, 19:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 014


Vüqar Behbudovun özəl “sosial xidmət” siyasəti


Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun qazi və şəhid ailələrinə mənzilləri rüşvətlə gizlin bölməsindən nə qədər yazılsa da, nə qədər PA-dan, NK-dan, MM-dən, Hesablama Palatasından, Ombudsmandan ƏƏSMN rəhbərliyinə müraciətlər edilsə də, hələ ki, başabəla sosial məmura “gözün üstə qaşın var” deyilmir. Hətta baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin 161 “qaynar xətti”nə edilən şikayət də 2 ildən sonra(? ) şikayətçinin izahatı alınmaqla “operativ” araşdırılır”. Dəhşətli dərəcədə ilginc olan idarənin müstəntiqi Rəşad Məmmədovun Qarabağ qazisinin Konstitusiya ilə, qanunla, məhkəmə qərarı ilə təminat verilən hüququna qadağa qoyan məmurun hərəkətində korrupsiya faktının olmamasını bildirməsidir. Halbuki “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələbinə görə, vətəndaşın qanunla qorunan hüququna maneçilik törədilməsi korrupsiyaya şərait yaradan hal kimi qəbul edilir. Eyni zamanda, vətəndaşın rüşvət verməyə təhrik edilməsinin korrupsiya faktı olmasını, kim bilməsə də, korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları bilməmiş olmazlar. Di gəl, bu yekəlikdə idarənin əməkdaşı mənzillərin rüşvətlə bölünməsinin sübut edilməsi görəvini zərərçəkən, rüşvət vermədiyinə görə mənzilsiz qalan, ailəsi dağılan Qarabağ qazisinin üzərinə düşdüyünü bildirib . Bəs onda bu yekəlikdə idarə nəyə gərəkir?

Sosial Xidmətlər Agentliyinin Qarabağ qazilərinə qarşı ayrı-seçkiliyi o həddədir ki, NK-dan, Ombudsmandan daxil olan Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində reabilitasiyasını, müalicəsini təşkil etməkdən belə imtina edir! “Əsas” kimi NK-nın 12.08.2002 tarixli 128 saylı qərarının əlilliyə görə pensiya alan hərbi qulluqçuların sanatoriya yollayışı ilə təmin edilmələrini ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) yox, uyğun hərbi qurumların üzərinə qoyduğu vurğulanır. Bu “əsas”ın qanunsuzluğu, ilk növbədə, Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzinin, adından göründüyü kimi, sanatoriya-kurort yox, reabilitasiya qurumu olmasında özünü göstərir. Eyni zamanda, Sosial Xidmətlər Agentliyinin nizamnaməsinin 3.1.1 və 3.1.2 maddəsində yazılıb ki, ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN REABİLİTASİYA MÜƏSSİSƏLƏRİNDƏ REABİLİTASİYASI ilə bağlı TƏDBİRLƏR GÖRMƏK; VƏTƏNDAŞLARIN SANATORİYA -KURORT PUTYOVKALARI (YOLLAYIŞLARI) ilə TƏMİN EDİLMƏSİNİ TƏŞKİL ETMƏK Agentliyin başlıca görəvlərindəndir. Bu isə o deməkdir ki, sanatoriya yollayışı ilə təmin edilmənin hansı qurumun üzərinə qoyulmasından asılı olmayaraq yollayışla təminatın təşkili Sosial Xidmətlər Agentliyinin üzərinə görəv olaraq qoyulub!

 Bəs niyə SXA görəvini icra etməkdən, Qarabağ qazilərinə xidmətdən imtina edir? Bunun qərəzli ayrı-seçkilikdən özgə nə adı ola bilər? Ali dövlət hakimiyyəti orqanları , NK özünün qəbul etdiyi qərarın icrasını təmin etmək üçün ƏƏSMN -ə, ƏƏSMN də tabeliyindəki SXA-ya göndərirsə, SXA-nın NK qərarını yanlış izah və tətbiq edib xidmətdən imtina etməsi özbaşınalıqdan özgə, həm də dövlətə, onun başçısına, sosial siyasətinə qarşı çıxmaqdır . Lap, tutaq ki, NK, Ombudsman, PA, MM yanlış olaraq ƏƏSMN -ə, o da tabeliyindəki SXA-ya üz tutub. Axı, SXA “Vətəndaşların müraciətləri haqqında” qanunun 7.10 maddəsinə əsasən, ona aid olmayan müraciəti üç iş gününündən gec olmayaraq aidiyyatı (hərbi) quruma göndərməli və bu barədə müraciət edənə məlumat verməlidir! Niyə qanunun tələbinə əməl edilmir? Yeri gəlmişkən, “Vətəndaşların müraciətləri haqqında” qanunun tələbinə görə, müraciətin barəsində şikayət edilən quruma və ya vəzifəli şəxsə göndərilməsinin qadağan edilməsinə baxmayaraq, Ombudsman Aparatının SXA-dan şikayəti SXA-ya göndərib, ondan aldığı qanunsuz cavabı “konstitusiya aktı” kimi qəbul etməsi və hüququ pozulanlara sırıması də yolverilməzdir. Elə qanuna hörmətsizliyin nəticəsidir ki, SXA-nın Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlıya məlumatı əsasında sonuncu 07.10.2021 tarixli məktubla 1-ci dərəcəli Qarabağ qazisi ailəsinə bildirib ki, 1-Cİ DƏRƏCƏLİ QARABAĞ ƏLİLİNƏ QULLUQ EDƏN HƏYAT YOLDAŞININ SANATORİYA MÜALİCƏSİNİ TƏŞKİL EDƏ BİLƏRLƏR, AMMA MÜALİCƏYƏ EHTİYACI OLAN 1-Cİ DƏRƏCƏLİ QARABAĞ ƏLİLİNİN ÖZÜNÜN YOX! Özbaşınalığa baxın, qaziyə qulluq edən şəxsin müalicəsini təşkil edirlər, amma müalicəyə ehtiyacı olanın yox! (?) Belə sosial xidmət , ailə dağıtmaq siyasəti ilə Vüqar Behbudov yalnız və yalnız öz ailəsinin cibini doldurmaq görəvini yerinə yetirə bilər. Belə görəvin sonu isə korrupsiyaya qarşı mübarizə idarəsində cavab verməklə bitir.


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş prokurorluq 2 ildən sonra 161 “qaynar xətti”nə edilən şikayəti araşdırır

    Baş prokurorluq 2 ildən sonra 161 “qaynar ...

    11-09-2021, 10:46

  • 
  • Vüqar Səfərli həbs olundu, bəs Vüqar Behbudov? - Əgər belə davam edərsə...

    Vüqar Səfərli həbs olundu, bəs Vüqar Behbudov? - ...

    18-01-2021, 11:46

  • 
  • ƏƏSMN-də "qaz vurub qazan dolduran" kadrlar kimlərdir? - ARAŞDIRMA

    ƏƏSMN-də "qaz vurub qazan dolduran" ...

    4-01-2021, 16:23

  • 
  • Sahil Babayev yola salınır onun yerinə Vüqar Behbudov gətirilir?

    Sahil Babayev yola salınır onun yerinə Vüqar ...

    4-08-2021, 16:52

  • 
  • Mehdi Səlimzadə, Fuad Bəşirov, Rəşad Şükürov öz aralarında maaş kartlarını hansı yollarla mənimsəməyi planlaşdırırlar? – ŞOK MÜRACİƏT

    Mehdi Səlimzadə, Fuad Bəşirov, Rəşad Şükürov öz ...

    12-10-2021, 16:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu