GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Marmara Group"un təhsil və vergi FIRILDAĞI... - NARAZILIQ!

"Marmara Group"un təhsil və vergi FIRILDAĞI... - NARAZILIQ!

Tarix: 19-10-2021, 16:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 266

Bu günlərdə, daha dəqiq desək, oktyabrın 12-də Baş Prokurorluq xaricdə təhsil adı altında dələduzluq hallarının artması ilə bağlı müraciət yayıb. Bununla bağlı Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, son zamanlar xaricdə təhsil almaq adı altında vətəndaşların müxtəlif məbləğlərdə pulunun dələduzluq yolu ilə ələ keçirilməsi halları artıb.
O da bildirilir ki, prokurorluq orqanları tərəfindən bu kimi neqativ halların aradan qaldırılması, habelə təqsirkar şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində kəsərli tədbirlər həyata keçirilir: "Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Eyni zamanda bildiririk ki, xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməyiniz zəruridir. Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək, bu kimi dələduzluq halları ilə qarşılaşdıqda dərhal 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir".

Beləliklə, məsələ ilə bağlı "Hürriyyət"in apardığı araşdırmalar nəticəsində məlum olub ki, xaricdə təhsil adı altında dələduzluq edən şirkətlərdən biri də özünü təhsil eksperti kimi təqdim edən Fərid Həsənzadənin direktoru olduğu Marmara Group Xaricdə Təhsil Mərkəzidir. Əldə etdiyimiz informasiyaya görə, 2011-ci ildən fəaliyyət göstərən Marmara Group Xaricdə Təhsil Mərkəzi şirkətə müraciət edən tələbələrin, eləcə də onların valideynlərinin etimadından sui-istifadə edərək, onları Türkiyə, Rusiya, Ukrayna və Avropanın aparıcı ölkələrində etibarlı qəbul təminatı verəcəyinə inandıraraq, hər il yüzlərlə vətəndaşa külli miqdarda maddi, həmçinin mənəvi ziyan vurur. Belə ki, adıçəkilən şirkətin aldatma, şantaj, vergidən yayınma və digər qanunsuz əməllərlə məşğul olduğunu qeyd edən məlumatlı şəxs iddia edir ki, Marmara Group Xaricdə Təhsil Mərkəzi Türkiyəyə il ərzində 4 minə yaxın tələbə göndərir və onların hər birindən xidmət haqqı kimi 790-800 manat alınır: "Marmara Group Xaricdə Təhsil Mərkəzi valideynlərin etibarından sui-istifadə edərək, güvənini qazanaraq onların övladlarına xaricdə təhsil vermə adı altında müqavilə bağlayır. Qeyd edim ki, bu şirkət yalnız Türkiyəyə il ərzində 4 minə yaxın tələbə göndərir. Bu, onların özlərinin verdiyi məlumatdır. Əslində, hər hansı valideynin bunu araşdırmaq imkanı yoxdur. Çünki bu, onların kommersiya sirridir. Hər bir tələbədən xidmət haqqı kimi 790-800 manat alınır. Bildirim ki, xidmət haqqı üçün tələb olunan vəsaitin məbləği fakültəyə görə dəyişir. Məsələn, elə fakültə var ki, 900-1000 manat alınır".

Verilən məlumatda o da deyilir ki, qeyd olunan xidmət haqqı ödəndikdən və Marmara Group Xaricdə Təhsil Mərkəzi tələbələrin sənədlərini toplayıb Türkiyəyə göndərdikdən, yəni qəbul sənədi aldıqdan sonra valideynlərin soyulmasının növbəti mərhələsi başlayır: "Valideynlərə telefon açıb bildirirlər ki, 90 manat vəkalət pulu ödənməlidir. Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilməsi üçün lazım olan arayışa görə hər bir tələbədən 30-50 manat civarında pul alınır. Halbuki, bu sənədlərin hamısı onlayn göndərilir və bunun üçün heç bir xərc çəkilmir".

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, Türkiyədə təhsil almaq istəyən hər kəs mütləq TÖMER (Türk dili haqqında sertifikat) imtahanı verməlidir və bu, tamamilə pulsuzdur. Lakin mənbə iddia edir ki, Marmara Group Xaricdə Təhsil Mərkəzi TÖMER imtahanı üçün də tələbələrdən 150-200 manat ödəniş tələb edir: "Halbuki, Türkiyə Cümhuriyyətində TÖMER imtahanı tamamilə pulsuzdur. Buna baxmayaraq, Marmara Group Xaricdə Təhsil Mərkəzi keçən ilə qədər sözügedən imtahan üçün hər tələbədən 100 manat, bu ildən isə 150-250 manat civarında ödəniş tələb edir. Bundan başqa, Fərid Həsənzadənin direktoru olduğu şirkət Türkiyədə oturum izni, yəni təhsil məqsədi ilə gələn tələbələrin qalma məqsədi ilə əlaqədar yaşayış icazəsi adı altında 230 manat alırlar. Halbuki, Türkiyə Cümhuriyyətində tələbələrin oturum izni alması pulsuzdur. Sadəcə, Türkiyə Cümhuriyyəti kimlik kartı verildikdə 125 Tl, yəni 23-24 manat və bir də sığorta üçün kiçik məbləğdə vəsait ödənilir. Bunlar hamısı birlikdə təxminən, 30 manata başa gəlir. Marmara Group Xaricdə Təhsil Mərkəzi isə bunun üçün tələbələrdən 200 manat artıq, yəni 230 manat tələb edir".

Marmara Group Xaricdə Təhsil Mərkəzinin yalnız oturum izni adıyla il ərzində Türkiyəyə göndərdiyi 4 min tələbədən 800 min manat əlavə qazanc əldə etdiyini vurğulayan mənbənin sözlərinə görə, tələbələr Türkiyə universitetlərində qeydiyyatdan keçdikdən sonra adıçəkilən şirkətin onlardan 600 manata yaxın əlavə təhsil haqqı aldığını öyrənirlər: "Məsələn, illik təhsil haqqı 380 manat olan tələbədən 900 manat təhsil haqqı alırlar. Gördüyünü kimi, ortada nə az, nə çox düz 520 manat fərq var ki, bu da Marmara Group Xaricdə Təhsil Mərkəzinin əlavə qazanc mənbəyidir. Buradan da belə çıxır ki, şirkət ortalama 4 min tələbədən təhsil haqqı adı ilə il ərzində əlavə 2 milyon manatdan artıq qazanc əldə edir. Məsələnin ən maraqlı tərəfi ondadır ki, Marmara Group Xaricdə Təhsil Mərkəzi valideynlərə birinci il təhsil haqqı kimi 900 manat, növbəti illərdə isə 380 manat ödəyəcəklərini bildirir. Şirkətin fırıldağından məlumatsız olan valideynlər isə öz növbəsində, buna sevinir, elə bilirlər ki, bu, qəbul olunmuş qanun və qayda çərçivəsində baş verir. Halbuki, Fərid Həsənzadənin direktoru olduğu şirkət bu yolla onlardan 520 manat əlavə qazanc götürür. Onu da qeyd edim ki, məsələdən agah olan valideynlər Marmara Group Xaricdə Təhsil Mərkəzindən artıq alınan 520 manatı, o cümlədən TÖMER imtahanı üçün alınan 150-200 manatı tələb etdikdə, şirkətin yetkili şəxsləri tərəfindən şantaj, hədə-qorxu ilə üzləşirlər. Yəni, şirkətdən onlara deyilir ki, əgər siz o pulu geri istəyirsinizsə, onda bizə ərizə yazmalısınız və sizin qeydiyyatınızı universitetdən sildirəcəyik. Nəticədə bu təhdidlə qarşı-qarşıya qalan valideynlər artıq ödədikləri vəsaitdən vaz keçməyə məcbur olurlar. Hələ bu, harasıdır. Marmara Group Xaricdə Təhsil Mərkəzi şəhid övladına belə, eyni fırıldaqla kələk gəliblər".

Beləliklə, bütün bu deyilənlərdən belə qənaətə gəlmək olar ki, Marmara Group Xaricdə Təhsil Mərkəzi yalnız Türkiyəyə göndərdiyi tələbələrdən il ərzində 3-4 milyon manat civarında əlavə qazanc əldə edir və bunların heç biri müvafiq sənədlərdə əks olunmur, qeydiyyata alınmır, nəticədə isə vergidən yayınma hallarına yol verilir. Hər kəsə bəllidir ki, bu və ya digər şirkət hər hansı bir xidmət göstərirsə, göstərilən xidmət qarşılığında əldə etdiyi gəlir, aldığı vəsait onun maliyyə hesabında şəffaf şəkildə öz əksini tapmalı, vergisini ödəməlidir. Bu səbəbdən də ümid edirik ki, Vergilər Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi başda olmaqla, bütün müvafiq qurumlar tez bir zamanda Marmara Group Xaricdə Təhsil Mərkəzində yaşanan qanun pozuntusuna dair lazımı tədbirlər görəcəklər./"Hürriyyət"/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş Prokurorluq xaricdə təhsillə bağlı məlumat yaydı

    Baş Prokurorluq xaricdə təhsillə bağlı məlumat ...

    12-10-2021, 11:28

  • 
  • Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

    Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə ...

    23-07-2013, 12:43

  • 
  • Təhsil Nazirliyi diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir

    Təhsil Nazirliyi diplomların tanınması sahəsində ...

    5-09-2018, 16:21

  • 
  • Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?

    Xaricdə distant təhsil alanların diplomları niyə ...

    2-12-2016, 13:31

  • 
  • Xaricdə 2166 nəfər dini təhsil alır

    Xaricdə 2166 nəfər dini təhsil alır ...

    2-12-2015, 15:16


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (416)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu