GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dövrümüzdə təhsil müəssisələrinə rəhbərlik edənlər başları ilə, yoxsa cibləri ... - VİDEO

Dövrümüzdə təhsil müəssisələrinə rəhbərlik edənlər başları ilə, yoxsa cibləri ... - VİDEO

Tarix: 21-10-2021, 15:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 372


Hər şey təhsildən başlayır!

Elə korrupsiya, valideyin və uşaq narazılıqları da hazırda Emin Əmrullayevin rəhbərlik etdiyi təhsildən başlayır desək yerinə düşər.

Yaxşı təhsil almaq, elmi bilikləri öyrənmək üçün məktəbə yolladığımız övladlarımızın məktəbdə ilk öyrəndiyi şey rüşvət olur.

Əlifba bayramında pul yığılır, digər bütün bayramlarda pul yığılır, "fond pulu", "süpürgə pulu", "kitab pulu", "gündəlik", "iş dəftəri", "təmir pulu"... və sair... və sair...

Qısaca desək, dövlətin edəcəyi işlərin də müəyyən bir qismini bir çox məktəblərdə şagirdlər və valideynləri icra edir.

Məsələn sinif otaqlarında kiçik təmir işləri, bölgələrdə kənd məktəblərinin istilik problemləri və sair...

Atalar yaxşı deyib: "Quyuya su tökməklə, quyu sulu olmur".

Mənbə olmadısa, gerisi boş...

Hər gün mediada, sosial şəbəkələrdə təhsil barəsində yayımlanan tənqidi materiallar, valideyin narazılıqları, hətta müəllimlərin belə bəzi etirazları deyəsən qətiyyən cənab Əmrullayevi narahat etmir.

Çünki, narahat edən mənbə, yəni məsuliyyət yoxdur bəlli ki.

İfadələrimiz biraz sərt ola bilər. Amma, bildiririk ki, biz bu etirazı xalqın dili, aidiyyəti qurumların gözü, qulağı olan jurnalist olaraq, eyni zamanda valideyin olaraq bildiririk.

Min bir əziyyətlə böyütdüyümüz, sağlam, savadlı böyüsün deyə hər çətinliyə qatlandığımız övladlarımızı rüşvət sayəsində "müəllim" olan savadsızlara etibar etmək məcburiyyətində qalırıq. Hansı ki, yüzlərlə, hətta minlərlə savadlı müəllimlər var ki, pulu olmadığı üçün öz ixtisasına, peşəsinə yiyələnə bilmir ki, bu da birbaşa sözügedən sahənin rəhbərliyinin günahıdır.

Gundemxeber.Az bildirir ki, bu barədə "DogruXeber.az" informasiya agentliyində dəfələrlə narazı valideynlərin və müəllimlərin söylədikləri faktlara əsaslandırılmış məlumatlar dərc edilib.

Hətta, Təhsil Nazirliyinin mətbuat xidmətinə də bu barədə müəyyən suallarımızı ünvanlamışıq. Nə yazıq ki, rəhbərliyinin "izi ilə gedən" mətbuat katibi Cəsarət Valehov da nə suallarımıza, nə də bu qədər dərc edilən məlumatlara heç bir reaksiya vermir.

Bəlkə də məlumatların və etirazların haqlı olduğunu qəbul etdikləri üçün susmağı seçiblər.

Yeri gəlmişkən Emin Əmrullayevin yaxın günlərdə bir ifadəsi gündəmin aktual mövzusuna çevrildi ki, "Gələcəkdə qadınların təhsildə çox olması problem yaradacaq."

Cənab Əmrullayevin belə düşünməyə əsas verən səbəbinin nə olduğunu deyə bilmərik. Amma, yəqin elə bu məntiqlə direktor olmaq istəyən ali savadlı, elmi dərəcəli, təhsil sahəsində kifayət qədər zəhməti və uğurları olan xanım namizədləri hələ də gözlətməkdə davam edir.

Yeri gəlmişkən, onu da bildirək ki, ötən yayımda təhsildə baş verən korrupsiya faktları barəsində eşitdiklərimizdən bəhs etmişdik.

Bu mövzuya toxunmağımızla sən demə nəyinki çoxlarının, deyəsən elə hamının "təhsil yarası"nın "qaysağını qoparmış" olduq. Hansı ki, bunu sosial şəbəkələrdə, rəy bölməsində gələn reaksiyalardan da özünüz görmüş olarsınız.


Dövrümüzdə təhsil müəssisələrinə rəhbərlik edənlər  başları  ilə, yoxsa cibləri ... -  VİDEO

Dövrümüzdə təhsil müəssisələrinə rəhbərlik edənlər  başları  ilə, yoxsa cibləri ... -  VİDEO

Dövrümüzdə təhsil müəssisələrinə rəhbərlik edənlər  başları  ilə, yoxsa cibləri ... -  VİDEO

Gördüyünüz kimi bunu biz yox, Emin Əmrullayevin fəaliyyətsizliyinin narazı saldığı, daha doğrusu cana doyurduğu şahidlər deyir. Yəni bizim heç bir qurum, yaxud məmur ilə qərəzimiz yoxdur. Adımızdan gördüyünüz, fəaliyyətimizdən də tanıdığınız kimi hər zaman haqqın yanında, haqsızın qarşısında olub, yalnız doğru məlumatları ictimaiyyətə təqdim edirik.

İnsanlığını nəfsinə qurban verən memurların haqqında gərəkən faktları bizə elə məmurlar özləri verir.

Çünki, atalar deyir: "Od olmayan yerdən tüstü çıxmaz".

Fakt var ki, məlumat da var.

"Oğurluq" etməzdən əvvəl, "ömrünün 40 gün olduğunu" düşünsək nəyinki ölkəmiz, dünyamız düzələr bəlkə də.

Düşünək!

Mövzu diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


Gündəmxəbər.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məktəb direktorlarının yeni “pul yığımı” üsulu

    Məktəb direktorlarının yeni “pul yığımı” üsulu ...

    8-11-2013, 12:14

  • 
  • Məktəbdə valideynlərə 8 Mart “hədiyyəsi” - “Uşağa deyib 35 manat gətir, haradan alım bu pulu?”

    Məktəbdə valideynlərə 8 Mart “hədiyyəsi” - “Uşağa ...

    5-03-2018, 20:42

  • 
  • Misir Mərdanov üçün yeni il hesablanması...

    Misir Mərdanov üçün yeni il hesablanması... ...

    14-12-2012, 12:27

  • 
  • Direktorlara fond pulu əvəzinə avans verilir

    Direktorlara fond pulu əvəzinə avans verilir ...

    13-12-2013, 10:38

  • 
  • Direktorlara fond pulu əvəzinə avans verilir

    Direktorlara fond pulu əvəzinə avans verilir ...

    13-12-2013, 10:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu