Gundemxeber.az » GündəmXəbər » Niyazi Bayramovun YERSİZ CANFƏŞANLIĞI... - "Əliəyriliyindən bezdiyimiz məmurları yox, vicdanlı adamları təyin etməliyik"
Xəbər verdiyimiz kimi Gəncədə Vətən müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədova intihara cəhd edib. Çoxlu dərmanlar içən qadın xəstəxanaya çatdırılaraq həyatı xilas edilib. Şəhid anası bildirib ki, o, kirayədə yaşayır, kirayə pulunu verə bilmir, işlə təmin edilmir və icra başçısı Niyazi Bayramovun qəbuluna düşə bilmir. Lakin hadisə baş verən kimi icra başçısı Niyazi Bayramov dərhal xəstəxanaya gələrək kameraların qarşısında şəhid anasına qayğı göstərirmiş kimi canfəşanlıq etməyə başlayıb.
Gundemxeber.az bildirir ki, moderator.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri məmurlarımızın şəhid ailələrinə qarşı bu cür məsuliyyətsizliyinə görə təəssüfləndiyini bildirib:
“Ümumiyyətlə, bu sahədə işlər görülür, cəmiyyət də, hökumət də və bəzən ölkədən kənarda olan müəyyən Azərbaycan Diaspora dairələri də şəhid ailələrinə kömək edirlər. Amma problemlər çoxdur və bunların böyük əksəriyyəti idarəçilik strukturu ilə bağlıdır. Biz dəfələrlə bu barədə danışmışıq və gəlib belə həssas məsələdə yenə ona çıxırıq. Əvvəla niyə görə axı şəhid ailəsinin problemi icra başçısı səviyyəsində həll olunmalıdır. Onlarla bizim srtukturlarımız, fondlarımız var. Amma görünür bütün mərhələlərdə bu problemlər davam edir ki, şəhid ailəsiylə bağlı olan məsələni icra başçısı səviyyəsində həll etmək lazım gəlir. Bu problemlərin həlli üçün bir çox icra hakimiyyəti strukturları xüsusi şöbələr yaradıb. Görünür o təcrübəni hər yerdə tətbiq etmək lazımdır və ora əliəyriliyindən, fəaliyyətsizliyindən bezdiyimiz məmurları yox, vicdanlı, bacarıqlı adamları təyin etmək lazımdır ki, bu problemləri həll edə bilək. Azərbaycan həm özünün iqtisadi imkanlarına, həm də şəraitinə görə bu məsələləri həll etmək iqtidarındadır. Bu gün biz aeroportlar tikirik, yollar çəkirik. Amma məhdud sayda insanların bu problemini hər şeydən önə qoymalıyıq. Biz bunu birinci növbədə həll etməliyik”.
GUNDEMXEBER.AZ
8-07-2021, 10:37
29-08-2018, 12:30
15-12-2018, 12:10
11-02-2014, 12:12
16-12-2020, 15:03
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?