GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ucarda dövlətin sosial qayğı siyasəti SIFIR HƏDDİNDƏDİR... - "Çətinliklə dolanırıq..."

Ucarda dövlətin sosial qayğı siyasəti SIFIR HƏDDİNDƏDİR... - "Çətinliklə dolanırıq..."

Tarix: 29-10-2021, 11:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 544

“İnsan özünə təsəlli verməsə yaşaya bilmir. Bəzən qəzada kiminsə uşağı ölür, yas yerlərinə gedirəm, eşidirəm deyir: “Heç olmasa meyiti ələ gəldi, filankəs qəzada daha pis duruma düşmüşdü”. Əslində isə ölüm ölümdür, bundan o tərəfi yoxdur. Təsəllidir də, olmasa, insan ölər. Mən də təsəlli ilə yaşayıram. Deyirəm, camaat küçədə qalır, mənim yenə evim var. Amma əslində ev demək olmaz, xəstəlikdir. Hamımızı xəstə salıb”.

Gundemxeber.az Meydan TV-yə istinadla bildirir ki, Ucarın Qarabörk kəndinin sakini Aygül Həsənova belə deyir. Həyat yoldaşını 9 il öncə xəstəlikdən itirən Aygül 2 qızını tək böyüdür. Deməsinə görə yarı ac, yarı tox, birtəhər dolanırlar:

“Yoldaşım uzun müddət xəstə yatdı. Vardan-yoxdan çıxdıq, bir ümid qapı-qapı xəstəxanaları gəzdik. Olan-qopanı xərclədik, xilas edə bilmədik, getdi. Yaxşı ki, təzə ailə quranda qohumların verdiyi və alınan qızılların satışından əldə etdiyimiz pulla torpaq almışdıq. Yoldaşım öləndən sonra çətinliklə, təkbaşıma bu evi tikdim. Ev demək olmaz, daxmadır. Kirayələrdən bezmişdim, çarəm yox idi. Mühəndis deyiləm, usta deyiləm, başım çıxmır. Ortaya çıxan budur. Bir-iki il yaxşı oldu, zamanla tək daş hörgünün fəsadları üzə çıxdı. Zirzəmi su ilə doldu, divarlar nəmləndi və ev çürüməyə başladı. Onunla bərabər də biz – mən və qızlarım”.

Aygül Həsənova deyir ki, qızlarında da, özündə də yel xəstəliyi (revmatizma) var. Havalar azca soyuyan kimi dizlərinin, sümüklərinin ağrısından gecələr yata bilmirlər:

“Nə qədər soba yandırsam da, ev qızmır. Bu azmış kimi 2 ildir tavandan su damır. Yağış yağanda vedrə, vanna, qab-qacaq hamısı yerə düzülür. Uşaqlara da deyirəm ki, yatağın üstündən yerə düşməyin. Yatağın üstündə yeyir, orada yatır, dərslərini hazırlayırlar”.

Aygül Həsənovanın konkret işi yoxdur. Ailə ünvanlı sosial yardımla dolanır. Bir də yayda kənddə yaşayanların xalılarını, yorğan-döşəyini yuyur, sırıyır:

“Qışda işləmirəm, iş olmur. Çətinliklə dolanırıq. Vallah, mən sonuncu dəfə nə vaxt təzə paltar geyindiyimi unutmuşam. Özümün aldığım ümumiyyətlə, olmayıb. Toyumda kimlərsə nələrsə almışdılar, vəssəlam. İnsanların verdiklərini geyinirəm. Narazı deyiləm, olsun, ancaq ev dərdinə dözə bilmirəm. Təmir, şərait bərbad olsa, dözmək olar. Rütubət, tavanın deşik olması, zirzəmiyə su toplanması artıq problemdir, bizi xəstə salıb. Heç bilmirəm ki, problemdən çıxış yolu nədir”.

Aygül problemi necə həll edəcəyini bilmədiyi üçün yerli qurumlara, hətta birinci xanım Mehriban Əliyevaya da yazıb, kömək istəyib.

Deyir: “Aşağı faizli kredit versələr də, razıyam. Ancaq 1000 manat götürmək üçün 50 sənəd tələb edilər. Ev tikmək üçün lazım olan pulu yəqin heç verməzlər də”.

Belə olanda da çarə qalır yardım istəməyə:

“Qızlarıma normal həyat bəxş etməyə çalışıram. Bacardığım da budur. Tikdiyim ev suyun içindədir. Üstəlik, aldığım yeməyə, kommunallara güclə çatır. Bir qəpik artıra bilmirəm ki, ev üçün nəsə edim. Heç etməklə də deyil. Bəlkə də
sökülüb yenidən tikilməlidir. Bir daşdan hörülüb, ərazi şoranlıq və nəmişlikdir”.

Şikayətçi deyir ki, problem təkcə rütubətlə bitmir. Zirzəmi su olduğundan döşəmənin altından müxtəlif həşaratlar da çıxır:

“Hətta yayda evin altında ilan da olur. Əlimdən gələn nəsə yoxdur. Qızlarımın birinin 11, digərinin 13 yaşı var. İstəyirəm ikisini də oxudum. Əllərində sənətləri, peşələri olsun. Öz ayaqları üstündə dursunlar. Özüm nə gün görmüşəm ki?! Olmadı belə, oldu elə. Daim özlərini dolandıra bilsinlər. Yaxşı oxuyurlar, amma hamı müəllim yanına gedir. Mən onları göndərə bilmirəm. Elə orta məktəbdə nə keçirlər, odur”.

Ana qız uşağı böyütməyin çətin olduğunu deyir: “Geyimi, saç şampunu, xırda istəkləri çox olur”.

“Yaxşı geyinən görürlər, istəyirlər, nə bilim, tələbləri çoxdur. Birini alanda, digərini ala bilmirəm. Deməyim odur ki, yaşamaq çətindir. Bir tərəfdən də ev dərdi, əldə də yox, çox çarəsizəm”.

Aygül Həsənova yayda döşəyin birini 10 manata çırpır, 15 manata yuyur. Deyir ki, bölgədə bu işi ən ucuz o görür. Belə edir ki, sifarişi çox olsun:

“Bir düşünün, evi təmir etdirmək üçün mən nə qədər döşək yumalıyam? Olsa, edərəm, amma o qədər olmur. Revmatizmaya görə həkimə getməyə belə pul tapmırıq. İldə bir neçə dəfə silirəm, təmizləyirəm, elə eyni şeydir, kiflənir, göyərir. Ailəmin də elə imkanı yoxdur ki, kömək etsin. Qardaşımın biri fəhləlik edir, digəri ruhi xəstədir. Atam İkinci Dünya Müharibəsində ayaqlarını itirmişdi, öldü, anamın gözü görmür. Bir bacım var, o da xadimədir. Budur mənim ailəm. Kömək edənim yoxdur. Hamı öz başını güclə dolandırır. O evin işığı bu evə düşmür”.

Ucar Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəraitsiz evlərlə bağlı tez-tez müraciət alırlar. Ancaq belə durumlarda vətəndaşa kömək edəcək büdcələri yoxdur. Azərbaycanda aztəminatlı ailələrin mənzillə təmin olunması üçün bəzi prezident sərəncamları, fərmanları var. Ancaq bura ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələri, təbii fəlakət zamanı evləri qəzalı duruma düşən insanlar daxildir. Qanunla təbii fəlakətdən zərər çəkmiş evlərin təmiri ilə yerli icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarından ibarət birgə komissiya məşğul olur. Bir də Prezidentin Fərmanı əsasında 2016-cı il
aprelin 11-də Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaranıb. Agentlik ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə yaradılıb.

Ancaq agentlik bu 5 il ərzində əsasən, böyük şəhərlərdə – Bakı ətrafında, Sumqayıtda, Gəncədə, Lənkəranda güzəştli mənzillər tikib. Hələlik bu agentliyin fəaliyyəti əhalinin daha ehtiyaclı, kasıb yaşadığı Aran rayonlarını, eləcə də daha kiçik şəhər və rayonları əhatə etmir. İqtisadçı Natiq Cəfərli deyir, qəzalı mənzil məsələsi ilə bağlı bir problem də odur ki, Azərbaycanda sığorta mədəniyyəti formalaşmayıb. Heç kim əmlakını sığortalamır:

“Hökumət də bu problemi həll etməyə çalışdı, ancaq bacarmadı. İcbari sığorta ilə bağlı müəyyən qərarlar oldu, amma təəssüf ki, həyata keçirmək mümkün olmadı. Ona görə də əsasən regionlarda insanların qəzalı vəziyyətə düşən mənzillərinin hansı formada kompensasiya edilməsi ilə bağlı mexanizm yoxdur. Nəticədə
problemin həlli qalır icra strukturlarının insafına. Bəzən problem ictimailəşirsə, yaxud ev şəhid, qazi ailələrinə aiddirsə, kömək edilir, yoxsa heç nə edilmir”.

“Hansı ölkələrdə sığorta formalaşıbsa, belə hallarda dövlət ödənişlərin böyük hissəsini öz üzərinə götürür. Türkiyədə belə bir qayda olub, uğurlu nəticələnib. Digər bir məsələ isə bizdə qeyri-qanuni tikili anlayışının olmasıdır. Bu da absurddur, çünki hüquqi cəhətdən izahı olmayan anlayışdır. Beynəlxalq hüquqa və Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi qərarlarına görə vətəndaş hansısa tikilidə uzun illər yaşayır və kommunal xidmət ödəyirsə, tikiliyə mülkiyyət hüququ yaranır. Bizdə isə bu problemdir. İnsanlardan su, işıq, qaz ödənişləri alırlar, ancaq evini qanunsuz hesab edirlər. Bu da həllini tapmalı olan ciddi məsələdir”.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müğənni Kərim: “Həyat yoldaşım icazə verməsə də..."

    Müğənni Kərim: “Həyat yoldaşım icazə verməsə ...

    8-02-2015, 12:53

  • 
  • "İcra başçısının kabinetindən çuvalla pul çıxanda biz evdə acından ölürdük" - İmişlinin təzə başçısından da haray yoxdur...

    "İcra başçısının kabinetindən çuvalla pul ...

    30-06-2020, 11:00

  • 
  • Əməkdar artist: "Həyat yoldaşım məndən 12 yaş kiçik idi"

    Əməkdar artist: "Həyat yoldaşım məndən 12 ...

    5-07-2016, 16:06

  • 
  • Ərəb kəndində yaşamaqdan bezənlər...

    Ərəb kəndində yaşamaqdan bezənlər... ...

    14-11-2016, 19:01

  • 
  • Sahil Babayev bu ailəni də sosial yardımsız qoyub... - İşsizdən iş yerindən arayış istəmək nə?..

    Sahil Babayev bu ailəni də sosial yardımsız ...

    19-09-2019, 13:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu