GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Alı Qocayev SAMUXU BELƏ BATIRIR... - ARAŞDIRMA

Alı Qocayev SAMUXU BELƏ BATIRIR... - ARAŞDIRMA

Tarix: 29-10-2021, 14:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 679

Tender prosedurlarında qanunların kobudcasına pozulması halları hazırda günümüzün ən aktual mövzularındandır. Vəzifəli şəxslərin yaxınlarının adlarına dövlət qeydiyyatına alınmış MMC-lər barəsəndə elektron kütləvi informasiya vasitələrində demək olar hər gün yeni-yeni məlumatlara rast gəlinir. Xüsusilə qeyd etmək istərdik ki, buna təkcə İcra hakimiyyəti strukturlarında deyil, digər nazirliklərə tabeli dövlət qurumlarında da rəvac verilir. Hesablama Palatasının açıqlamalarında da bir çox dövlət qurumlarında maliyyə pozuntularının məhz tender prosedurlarında yol verildiyi bildirilir.

Gundemxeber.az gundelik-baku.com-a istinadla bildirir ki, son vaxtlar dövlət satınalmalarında yol verilən qanunsuzluqlar daha çox tender və kotirovka sorğuları keçirildəkdən sonra nəticələrinin ictimaiyyətə açıqlanmamasında müşahidə edilir. Belə ki, bir çox dövlət qurumları özlərinə yaxın şirkətlərlə müqavilə bağladığından gizli sövdələşmələr aşkar olunmasın deyə satınalmaların nəticələrini qanunda göstərildiyi kimi tam açıqlamır. Bu da tender prosedurlarında gizlin sövdələşmələrə yol verildiyini deməyə əsaslar verir.

Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında apardığımız araşdırmalar da bir çox qanun pozuntusuna yol verildiyi məlum olmuşdur. Belə ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 2020-2021-ci illərdə bir neçə kotirovka sorğusu keçirmişdir ki, nəticələri, yəni,hansı şirkətlərlə müqavilə bağlanması, alınan mallar və xidmətlər üçün nə qədər dövlət vəsaitinin ayrılması barədə məlumatlar ictimaiyyətdən gizlədilmişdir. Sözügedən qurumun təkcə 2020-ci ildə elan etdiyi, lakin nəticələrini açıqlamadığı kotirovka sorğularını diqqətinizə çatdırırıq.

Tikili və avadanlıqların cari təmiri üzrə 16.06.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması üzrə 08.06.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Maşın və avadanlıqların satın alınması üzrə 05.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Samux Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində Bayraqların satın alınması üzrə 20.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Samux rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində ötürücü qurğuların alınması üzrə 15.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Abadlıq işlərinin aparılması məqsədilə mal-materialların satın alınması üzrə 13.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Samux rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində nəqliyyat vasitələrinin cari təmiri üzrə 12.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Samux rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində abadlaşdırma və təmizlik işlərinin həyata keçirilməsi məqsədilə təsərrüfat mallarının satın alınması üzrə 08.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Samux rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində yaşıllaşdırma işlərinin həyata keçirilməsi məqsədilə mal-materialların, ağac tinglərin, bəzək kolları və gül çiçəklərin satın alınması üzrə 12.03.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

İşıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə 17.02.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mənzillərin əsaslı və cari təmiri obyekti üzrə iş və xidmətlərin satın alınması üzrə 15.10.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Yaşıllaşdırma işlərinin həyata keçirilməsi məqsədilə mal-materialların, ağac tinglərin, bəzək kolları və gül-çiçəklərin satın alınması üzrə 23.06.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusun da 46250 manat məbləöində satınalma müqaviləsi 19.08.2020-ci il tarixdə “VİS” MMC ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.02.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, OZAN, ev 104, m. 9, qanuni təmsilçisi kimi isə Fərəcov Hafiz Nazim oğlu qeyd olunub.

Göründüyü kimi MMC fevral ayında dövlət qeydiyyatına alındığı halda avqust ayında İstehsalat Birliyi satınalma müqaviləsi bağlayıb. MMC-nin ixtisas göstəriciləri və maddi texniki bazası barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Avtonəqliyyat vasitələrinin təmiri üçün ehtiyyat hissələrinin satın alınması üzrə 23.06.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri barədə məlumatları gizlətmiş, müqavilələrin bağlanması barədə heç bir məlumat verməmiş, ayrılan vəsaitlər barədə məlumatları açıqlamamaşdır. Xüsusilə qeyd etmək istərdik ki, bir neçə tender elanından başqa Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Tender Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğularının nəticələri barədə Dövlət satınalmalarının rəsmi portalının bazasında heç bir məlumat yerləşdirilməyib. Bu da yuxarıda qeyd etdiyimiz kimi “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin ciddi şəkildə pozulması deməkdir.

Onu da xüsusilə vurğulamaq istərdik ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Tender Komissiyasının elektron poçtuna ünvanladığımız sorğu məktubuna nəinki cavab verilməyib, hətta heç baxılmayıb da. Bunu bizə tender komissiyasının üzvlərindən biri bildirdi. İstehsalat Birliyinin rəisi Mahir Əliyev isə ümumiyyətlə telefonunu açmadı. Bütün bunlara özbaşınalıqdan başqa nə ad vermək olar?

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyev İcra başçısı Alı Qocayevin rayondakı ən yaxın adamlarından biri kimi tanınır. Məlumatlara görə Alı Qocayev 2012-ci ildə Samux rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra vəzifə başına gətirdiyi Mahir Əliyevə geniş səlahiyyətlər verib. Mahir Əliyev də bu fürsətlərdən istifadə edərək abadlaşdırma və təmizlik işlərinə, nəqliyyat vasitələrinin cari təmirinə, mənzillərin əsaslı və cari təmiri işlərinə, işıqlandırma və yaşıllaşdırma işlərinin həyata keçirilməsinə ayrılan dövlət vəsaitlərini özünə yaxın şəxslərin adına yaradılmış şirkətlər vasiyəsilə təyinatından kənarlaşdırmaqla məşğuldur. Təbii ki, bütün bunlar da bir İcra başçısı kimi Alı Qocayevin nəzarəti altında həyata keçirilir.

Göründüyü kimi, Alı Qocayev Prezident İlham Əliyevin tender prosedurlarını kobudcasına pozan İcra başçılarına tutduğu iradlardan hələ də nəticə çıxarmayıb. Prezident İlham Əliyev görüşdə xüsusilə vurğuladı ki, “həbs edilmiş icra başçıları, – təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir, – digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular.” Göründüyü kimi cənab Prezident “pozurdular” – deyir. Amma Alı Qocayevin başçılıq etdiyi Samux rayonunda isə tender prosedurları hələ də pozulur.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə

    Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq ...

    10-02-2021, 10:43

  • 
  • “Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

    “Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir? ...

    19-04-2021, 17:43

  • 
  • Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət tenderin qalibi olub, 49 min pul aldı… – FOTOFAKT

    Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət ...

    14-06-2021, 16:50

  • 
  • İLGİNC: BNA-nın tenderləri kütləvi ləğv olunub - Nə baş verir?

    İLGİNC: BNA-nın tenderləri kütləvi ləğv olunub - ...

    22-10-2020, 13:22

  • 
  • İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...

    İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - ...

    2-12-2020, 11:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu