GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gədəbəydəki ekoloji problem ​ hər kəsi şoka salır – VİDEO/FAKT

Gədəbəydəki ekoloji problem ​ hər kəsi şoka salır – VİDEO/FAKT

Tarix: 5-11-2021, 16:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 001

Bəllidir ki, ölkəmizdə iqtisadiyyatın sürətli inkişafı, əhalinin sosial-mədəni səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması daim dövlətimizin diqqət mərkəzində saxladığı məsələlərdəndir. Ona görə də son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul olunmuş, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar da atılmışdır. Ekoloji problemlər insanın birbaşa və ya dolayı yolla təbiətə vurduğu mənfi təsir nəticəsində əmələ gələn problemlərin cəmidir. Çünki, təbiət özünün yaratdığı problemləri aradan qaldıra bilir, insanlar isə ətraf mühitə daha dərin yaralar açır və onu daha çox məhv edir, təbiətin bütün bunları bərpa etməsi üçün uzun vaxt lazım gəlir.

Qeyd edək ki, son illər ekoloji problemlər daha çox çay kənarlarında aparılan qazıntı işləri zamanı yaşanır. Yəni, bəzi şəxslər tərəfindən qum-çınqıl yataqlarının kortəbii istismarı, yaxud da hansısa məqsədinə çatmaq naminə addımlarını atarkən, ərazinin ekosisteminə bərpa olunmayan zərərlər vurulur, yeraltı və yerüstü su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərində mənfi dəyişikliklər baş verir, çay məcrası eroziyaya məruz qalır və digər xoşagəlməz olaylar yaşanır. Ona görə də qeyd olunan pozuntuların qarşısının alınması üçün hər kəs “Yerin təki haqqında” və “Lisenziyalar və icazələr haqqında” Qanunların müvafiq maddələrinə əməl etməyə borcludur.


Onu da bildirək ki, cənab Prezident 21 aprel 2018-ci il tarixdə Hüseynqulu Bağırovu daşıdığı vəzifəsindən azad etdi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri vəzifəsinə Muxtar Babayev təyin olundu. Sözsüz ki, bu yöndə atılan addımlarla bağlı əsaslı  səbəblər olur ki, bu da zamanında ölkə rəhbərini belə bir qərar qəbul etməyə vadar edir. Unutmaq olmaz ki, sabiq nazirin zamanında ən çox problemlərin yaşandığı sahələrdən biri də, məhz ölkəmizin ekologiya sahəsi idi. Bu sahədə hökm sürən inhisarçılıq, vəzifə sahibi olan hər kəsin gündəlik artan maraqları və s. bu sahəni, sanki “bataqlıq burulğanı”na çevirmişdi. İstər meşə təsərrüfatı, istərsə də ətraf mühitlə bağlı problemlər elə bir həddə gəlib çatmışdı ki, vəziyyətin dözülməz kritik olduğunu hər kəs görə bilirdi. Gundemxeber.az-ın redaksiyasına Quliyev Qəzənfər Abbas oğlu adlı şəxsin çatdırdığı məlumatlara görə, hal-hazırda belə bir biabırçı olaylardan biri də Gədəbəy rayonu, Qala kəndinin yuxarı hissəsində, daha dəqiq desək Şəmkir çayının düz orta hissəsində Nazim adlı şəxsin rəhbərliyi ilə, hansı ki, heç bir sənədi olmayan obyektin inşaası zamanı baş verir. (Məqaləni istinad edib saytımıza yerləşdirməsəm, demək peşəkar oğruyam) Hansı ki, Gədəbəy RİH-nin sabiq başçısı İbrahim Mustafayevin verdiyi tapşırığına əsasən, heç bir sənədi olmayan bu obyektdə tikinti işləri dayandırılmışdı. Buna da əsas səbəb, qeyd olunan yerdə inşa olunan obyektin sökülməsi ilə bağlı FHN-nin verdiyi qərar və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəsmlərinin məhkəməyə müraciət etmələri olur. Qəzənfər Quliyev bildirir ki, “Sabiq icra başçısı İbrahim Mustafayev PA-da yeni vəzifəyə təyin olunduqdan sonra, Gədəbəy RİH-nin başçısı vəzifəsinin icrası 1-ci müavin Natiq Nağıyevə həvalə olunub. Natiq müəllim bu kimi  səlahiyyətə sahib olduqdan sonra, Nazim adlı şəxsə “yaşıl işıq” yandırdı və belə bir səbəbdən də, hal-hazırda qeyd olunan obyektdə “şıdırğı” tikinti işləri davam etdirilir. Bəzi çevrələrdə müəyyən söz-söhbət də dolaşır ki, 1-ci müavin Natiq Nağıyev heç də Nazim adlı şəxsin “ala gözünə, qara qaşına” aşiq olmayıb, məhz ondan iki dəfəyə aldığı 10 min manat haqq-hesaba görə, bu gün belə bir addımını atmağa qərar verir”.


Elə ki, Qəzənfər Quliyevin redaksiyamıza çatdırdığı məlumatlar, həmçinin həyata keçirilmiş və redaksiyamıza çatdırılmış video-çəkiliş əsasında Natiq Nağıyevlə əlaqə saxladıq və ona, necə olur ki, tikintisinin dayandırılması haqda qərar verilmiş obyektdə hal-hazırda “şıdırğı işlər” aparılır deyə sual etdik. Bu şəxs ünvanladığımız suallara cavabında “Mən dünən nümayəndə göndərdim, yerində şəkil çəkildi, akt tərtib olundu, mənə təqdim olunub, hazırda onlar mənim stolumun üstündədir, orada heç bir iş getmir. Təbii ki, həmin yer meşə sahəsinə aiddir, biz ona icazə verməmişik və heç bir sənədi yoxdur, heç bir iş də aparıla bilməz” deyə cavab versə də, video-görüntülərdən isə bəlli olur ki, qeyd olunan obyektdə tikinti işləri davam etdirilir. Bu da onu söyləməyə əsas verir ki, Qəzənfər Quliyevin iddia etdiyi 10 min manat haqq-hesab, məhz 1-ci müavin Natiq Nağıyevi belə bir formada danışmağa məcbur edir. Əgər bu belə olmasaydı o halda Gədəbəy RİH-nin rəsmisi FHN-nin verdiyi qərarı və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşının məhkəməyə müraciət etmələrini əsas tutub, bu yöndə müvafiq addımını atardı. Deməli, ...

Düşünürük ki, Gədəbəy RİH-nin başçısı vəzifəsini müvəqqəti icra edən bu şəxsin necə danışmasından, hansı addımını atmasından asılı olmayaraq, məqalənin yayımlanmasından sonra aidiyyatı dövlət qurumları belə bir haqsızlığa və qanunsuzluğa imza atan hər kəsə qarşı lazımi tədbirlərini görüb, qanunun “təsir gücü”nün izahını onlara anladacaqlar.

Mövzunu diqqətdə saxlayacağıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

    Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı ...

    27-08-2020, 11:43

  • 
  • Baş Prokurorluq: Xətai rayonunda qanunsuz ağac kəsən şəxslər həbs ediliblər

    Baş Prokurorluq: Xətai rayonunda qanunsuz ağac ...

    25-07-2017, 18:13

  • 
  • Bəzi "karyer" sahibləri həbs edilib

    Bəzi "karyer" sahibləri həbs edilib ...

    7-11-2018, 17:21

  • 
  • Muxtar Babayev: "Bakı və Abşeron yarımadasında ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq"

    Muxtar Babayev: "Bakı və Abşeron ...

    14-11-2018, 11:15

  • 
  • Kür və Arazın ekoloji problemləri

    Kür və Arazın ekoloji problemləri ...

    28-03-2016, 14:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu