Azərbaycanda fəaliyyət göstərən yerli və transmilli şirkətlər Noyabrın 8-də Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin ildönümü ilə bağlı təbriklər paylaşıb, xüsusi sosial aksiyalar keçiriblər.
Bəzi transmilli şirkətlər isə nədənsə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yekunu olan Zəfər Günüylə bağlı nə sosial aksiya keçirib, nə də ki sosial şəbəkə səhifələrində hansısa təbrik paylaşıblar.
Bura "McDonald’s”, "KingBurger”, KFC Azerbaijan və digər şirkətlər daxildir.
Maraqlıdır ki, ölkəmizdə ekzotik, mübahisəli və lazımsız bayram sayılan "Hellouin" bayramını KFC Azerbaijan "Xoşbəxtlik bayramı” kimi Azərbaycan izləyicilərinə, müştərilərinə çatdırdığı halda Azərbaycanın Zəfər Günü bayramını izləyicilərinə çatdırmaq istəmir.
Qeyd edək ki, Azərbaycanda fast-food (ayaqüstü yemək) şəbəkəsini quran "McDonald’s”, "KingBurger” və "Papa John’s” şirkətləri ötən il 44 günlük Qarabağ savaşında "dəstək” məqsədi ilə yaydıqları postları sosial şəbəkələrdən sildikləri üçün Azərbaycanda geniş kütlə tərəfindən etirazla qarşılanmışdı. Hətta sosial şəbəkələrdə "boykot” həştəqləri ilə bu şirkətlərə məxsus məhsulları almaqdan imtina çağırışıları olmuşdu.
Sorğu
Yeni dizaynımız necədir?