GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kardiologiya İnstitutu: Səhiyyə sisteminin ÜRƏKAĞRISI... - İTTİHAM

Kardiologiya İnstitutu: Səhiyyə sisteminin ÜRƏKAĞRISI... - İTTİHAM

Tarix: 15-11-2021, 17:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 372

Azərbaycan səhiyyəsinin acınacaqlı vəziyyətdə olması kimsəyə sirr deyil. Bataqlıqda çabalayan sistemin ürəkdağlayan sahələrindən biri də C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur. Gundemxeber.Az PİA.az-a istinadən xəbər verir ki, yarıtmaz idarəçilik səbəbindən burada acınacaqlı durum yaranıb. Kollektivdə hökm sürən narazılıq, kütləvi şəkildə kadrların işdən qovulması, heç bir imtahansız,vakansiya elan edilmədən onlarla şəxsin işə qəbulu burada korrupsiyanın və rüşvətin göstəriciləridir.

Keçmiş səhiyyə naziri O.Şirəliyevlə qohumluq əlaqələrinə güvənərək böyük bir elm-səhiyyə ocağını məhvə sürükləyən Gülnaz Dadaşova bu gün də eyni ampuladadır. Görünür toplananların yerini dəyişəndə cəm dəyişmədiyi kimi nazirlərin yerini dəyişəndə də G.Dadaşova üçün fərq eləmir.

Xatırlatmaq yerinə düşər ki, ölkənin bir nömrəli kardioloqu G.Dadaşova bu vəzifəyə keçmiş nazir O. Şirəliyevlə olan qudalığın “şirinliyi” olaraq təyinat alıb. Belə ki, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyev oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. Beləcə keçmiş nazir özü istəməsə də “Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalmış və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu açılmışdı.

G.Dadaşovanın gəlişindən sonra Kardiologiya institutunda “kadrları məhv etmə” əməliyyatı aparılmağa başlanıldı. G.Dadaşova ağına-bozuna baxmadan savadlı, illərlə təcrübə toplayaraq mütəxəssis kimi formalaşan kadrları işdən çıxarır,əvəzində isə qohum-əqrabasını, biznes maraqlarına cavab verənləri işə almağa başladı. O cümlədən vaxtilə işdən çıxardığı elm adamları qanunsuz işdən çıxarılma ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmələri udurlar. G.Ddadşovaya isə «güldən ağır söz» deyən olmur. Nəticədə qocaman bir elm-səhiyyə ocağı bir neçə nəfərin özəl müəssisəsinə, biznes strukturuna çevrilib. Burada hər şey G.Dadaşova və komandasının maraqlarına tabe edilib.

Verilən məlumatlara görə, Kardeologiya institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Nəticədə Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub. İcbari tibbi sığortanın tətbiqindən sonra vəziyyətin dəyişəcəyinə ümid bəsləyənlər isə yenə də yanılıblar. Belə ki, pulsuz səhiyyə xidmətləri göstərilməli olan Kardiologiya institutunda qiymətlər bir az da bahalaşıb.

G.Dadaşova Kardiologiya İnstitutunu “dərman mafiyası”nın oylağına çevirib. Məlumata görə, direktorun köməkçisini “görəndən sonra” bu firma əməkdaşlarının təqdim etdiyi dərmanlar xəstələrin ömrünə balta çalmağa başlayır. Məlumatlarda o da bildirilir ki, direktorun razılığını 3-4 min manatdan başlayan qiymətlərə almaq olar. Gerisi isə artıq həkimlərin reseptlərində sıralanan keyfiyyətsiz və baha dərmanlarda özünü göstərir.

Gülnaz Dadaşovanın tibb elmində “inqilab” edən “Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan elmi işinin 38 səhifəsi tamamilə köçürmə-plagiat olduğu bildirilir . Məlumata görə, zəif tərzdə yazılmış, plagiat olan elmi iş əvvəllər təsdiq olunmasa da, sonradan hansısa yollarla “dahiyanə əsər”in də bəxti açılıb. Çox məhdud dairədə “müzakirə” olunan elmi iş təsdiq olunub və G.Dadaşova öz adını alimlər sırasına yazdıra bilib.

Təsadüfi deyil ki, G.Dadaşova elmi işini necə “yazıbsa” rəhbərlik etdiyi institutu da məhz həmin tərzdə idarə edir. Bu idarəetmə isə Kardiologiya institutunu uçuruma aparıb. Nahaq deyil ki, bu cür hədsiz biabırçılıqlarla üzləşən həkimlər və xəstələr İnstitutun əvvəlki rəhbərliyinin atasına rəhmət oxuyurlar.

Qəribəsi odur ki, Səhiyyə Nazirliyində hələ də onu müdafiə edən qüvvələr var. Məhz bu arxayınçılıq G.Dadaşovaya bu qədər özgüvən,əminlik verir. Əks təqdirdə bir elm-səhiyyə ocağını bu qədər amansızcasına məhv etmək olmazdı.

Görünür İcbari Tibbi Sığorta Agentliyini və şəxsən Zaur Əliyevi də susduran “səbəblər”, yaxud da rənglər mövcuddur. Ölkə səhiyyəsində inqilabi islahatlar aparmalı olan agentliyin və onun “islahatçı” rəhbərinin Kardiologiya institutunda baş verənlərə seyriçi qalması, heç bir reaksiya verməməsi haqlı suallar doğurur. Əcaba burada daha hansı eybəcərliklər baş verməlidir ki, cənab Z.Əliyev münasibət açıqlasın. Qos-qoca institut G.Dadaşova və bir neçə nəfər qohumunun qazanc mənbəyinə çevrilib, sadə insanlar üçün tibbi xidmətlər əlçatmaz həddə qaldırılıb, savadlı kadrlar müxtəlif yollarla işdən uzaqlaşdırılır, dərman mafiyası at oynadır, saxta ürək əməliyyatları, həkim tibbi rəyləri saxtalaşdırılır və arayışların verilməsi üçün bazar açılıb, amma nə Səhiyyə nazirliyi, nə TƏBİB, nə də cənab Zaur Əliyev qımıldanmır.

Direktor-həkim G.Dadaşovanın bahalı «Porche» avtomobili işə gəlib-getməsi, avtomobili saxladıqda mühafizəçilərin qaçaraq qapını açması adamın elm adamından çox «kraliçalar» kimi yaşamasından xəbər verir. Yəni doğrudan da ölkə səhiyyə sisteminin cavabdehi Zaur Əliyev bu institutda baş verənlərə göz yumacaq?

Bu birbaşa Dövlət başçısının, şəxsən Birinci vitse-prezident Mehriban xanımın səhiyyə sahəsində apardıqları islahatlara qarşı sabotajdır. Zəfər ilində müzəffər Ali Baş Komandanın yürütdüyü siyasətə qarşı belə sayğısızlıq, görülən işlərə badalaq vurmaq kimlərin maraqlarına xidmət edir, kimlərin sifarişidir? Hər halda baş verənlərə başqa ad vermək mümkün deyil. Bütün bu eybəcərlikləri heç nəylə, heç bir rənglə ört-basdır etmək mümkün deyil. Hətta “Sobsan” boyaları belə bu dəfə acizdir…
Yazıda səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kardiologiya İnstitutunda acınacaqlı mənzərə... – Xəstələr xəstəxananı tərk edir

    Kardiologiya İnstitutunda acınacaqlı mənzərə... – ...

    28-11-2019, 15:57

  • 
  • Kardiologiya İnstitutunda DİREKTOR ÖZBAŞINALIĞI - qocaman professorlar sürgünə göndərilir

    Kardiologiya İnstitutunda DİREKTOR ...

    19-02-2021, 13:37

  • 
  • “Sobsan Boya” və Səhiyyə naziri Oqtay Şirəliyevin şərikli biznesi-“Sobsan Boya” fabrikində ÖZBAŞINALIQ

    “Sobsan Boya” və Səhiyyə naziri Oqtay Şirəliyevin ...

    29-03-2021, 15:56

  • 
  • Kardiologiya İnstitutu həkimi qanunsuz olaraq işdən çıxarıb

    Kardiologiya İnstitutu həkimi qanunsuz olaraq ...

    20-04-2020, 13:35

  • 
  • Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO

    Elmi İnstitutda "travmotoloji bazar" - ...

    16-07-2019, 16:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu