"Azəraycan Reallığı" Redaksiyasına Ağcabədi rayonundan göndərilən bir yazı diqqətimizi çəkdiyi üçün onu oxucularımıza təqdim etməyi özümüzə borc bildik. Cəmiyyət üçün kadrlar hazırlayan ali təhsil müəssisəsində baş verən belə neqativ hallar bizi təəccübləndirdi. Faktlar belədir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında 3 nəfər fəlsəfə doktoru, 4 nəfər dossent olduğu halda və onlardan 3 nəfəri inzibati və ictimai vəzifədən kənarlaşdırılaraq heç bir elmi adı və dərəcəsi olmayan aşağıdakı 3 nəfərin təyinatı söz-söhbətə səbəb olmuşdur.
1.Rzayeva Qərənfil Zeyqəm qızı
2.Abbasova Şəbnəm Knyaz qızı
3.Məhərrəmova Vüsalə Ziyad qızını Birinci şöbə müdiri və Elmi Şuranın katibi, ikinci və üçüncüsünü şöbə müdirləri kimi işlədirlər.
Qeyd edək ki, Abbasova Şəbnəm Knyaz qızı filialın baş mühasibi Abbasov Knyaz Niyaz oğlunun qızıdır. Bu da CM-nin 308-ci maddəsinə əsasən vəzifədən sui istifadədir. Müraciətdən daha sonra ADPU-nun Ağcabədi filialında təmir adı altında xərclənən vəsaitdən, eləcə də tədris müəssisəsinə ayrılan avadanlıqların maxinator Abbasov Knyazın “bəlasına” gəldiyi söylənilir. Maxinator kimi tanınan Abbasov Knyazın maxinasiyasından fələk də baş aça bilməz.
Mühasibatlıq yoxlanarsa dediyimiz öz təsdiqini tapar.Bu barədə artıq hüquq mühafizə orqanlarına da məlumat verilmişdir. Təmir pullarının mənimsənilməsi tələbələrin tədris şəraitinə mənfi təsiri tələbələrin də,valideynlərin də haqlı narazılığına səbəb olmuşdur.
Maliyyə vəsaitinin xərclənməsi bir başa baş mühasibin səlahiyyətindədir. Maraqlıdır ki, son illərdə ADPU-nun Ağcabədi filialında tədrisin şəffaf, yüksək səviyyədə olması bizi sevindirsə də kadr arxasında belə neqativ kadr yerləşdirilməsi, təmir işlərində və digər işlərdə pərdə arxası neqativ hallar bizi məyus etdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?