"Şikayətim Kapital Bankdandır. 21 oktyabr tarixində Türkiyədəki saytların birinə yoldaşımın "bir kart"ından ödəniş etdim". Gundemxeber.az DİA.AZ-a istinadla bildirir ki, bu barədə şikayətində Ülkər Əliyeva adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında qeyd edib. Daha sonra narazı vətəndaş yazır: "Ödəniş ləğv edilsə də balansımdan həmin tutuldu. 1 gün sonra ödənişi təkrar etdim. Yenə eyni. Tutulmuş məbləğ 10 gün sonra kartıma yarımçıq qayıtdı, 633₼ əksik. Email yazdım, cavab yoxdur. Zəng etmişəm deyirlər ki, konvertasiya pulu tutulub. Həyata keçməyən ödəniş üçün konvertasiya pulu olar? Özü də 8%. Bankdan pulumu geri qaytarmalarını tələb edirəm".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?