GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AzTV BELƏ QARƏT OLUNUR... - İLGİNC FAKTLAR

AzTV BELƏ QARƏT OLUNUR... - İLGİNC FAKTLAR

Tarix: 22-11-2021, 12:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 376

AzTV-də özbaşınalıq, maliyyə pozuntuları, korrupsuya və maxinasiyalarla bağlı tutarlı faktlar informasiya portallarında, sosial şəbəkələrdə kifayət qədər işıqlandırılıb. Bununla bağlı məlumatların axını hələ də davam edir.

Belə ki, Azərbaycan Prezidentinin 2019-cu il fevral tarixli “Aztv-nin texniki bazasının müasirləşdirilməsi üçün ehtiyat fondundan ayrılan 3 milyon manat vəsait təyinatına görə xərclənməyib, müxtəlif adlarla müxtəlif sahələrə yönəldilib. Çox maraqlıdır ki, bütün bunlar Maliyyə Nazirliyinin Xəzinədarlıq İdarəsinin gözləri qarşısında baş tutub. Bu, necə ola bilər ki, vəsaitin 2 milyon manatı digər xərclər adı ilə silinir, yerdə qalan məbləğ isə yeni dekorasiyalarin qurulması və texniki avadanlıqlarin icarəsi adi ilə sənədləşdirilir, amma adıçəkilən idarə buna göz yumur?

Mediada gedən faktlardan biri də o idi ki, aparılan yoxlama dövründə Proqram direktorluğu və reklam departamenti tərəfindən reklam qovluqları gizlədilmişdi. İki il ərzində TV-də gedən reklam barədə heç bir məlumat verilməmişdi. Məhz Palatanın apardığı yoxlamalar nəticəsində reklam sənədləri üzə çıxarıldı və minimum 2 milyon manatdan artıq mənimsəmə faktı aşkar olundu.

Yeni məlumatlar da əvvəlkilər kimi adamı dəhşətə gətirir. Həmin faktla zəngin məlumatlardan biri mikrofon qovluqları ilə bağlıdır. Belə ki, İnformasiya Proqramları Studiyasında mikrofon qovluğuna baxılmadan qonorarların yazılması kimi qanunsuzluqlar baş verib. Aparıcı sədrin tapşırığı ilə hər ay televiziyanın bədii rəhbəri Ranar Musayev 7000 manat qonorar alıb.

Gundemxeber.Az stimulxeber.az-a istinadla bildirir ki, Rövşən Məmmədovun sağ əli sayılan, AzTV-nin köhnə işçilərinə ""Siz Naftalin iyi verirsiniz", - deyən Ranar Musayevin "İmic" qrupuna isə 250 min manat əlavə olaraq vəsait yazılıb. Həmin vəsait maliyyə idarəsinin rəisi Niyaməddin Quliyev tərəfindən kartlardan çıxarılaraq geri alınıb.

Rövşən Məmmədovun istəyi ilə belə qonorarların yazılması faktları onlarladır. Studiyada heç bir yaradıcılıq fəaliyyəti ilə məşğul olmayan və sədrə yaxınlığı ilə seçilən şəxslərə yazılan qonorarların həcmi hər kəsi şoka sala bilər. Belə ki, bu qeyri-qanuni qonorarların yazılması ilə 600 min manat göyə sovrulub. Bu arada qeyd edək ki, həmin qonorarların verilməsi zamanı ciddi mənimsəmə hallarına da yol verilib. İstimai-siyasi Proqramlar Departamentində də eyni qanunsuzluqlar baş verib. Burada isə 400 min manat vəsaitdən söhbət gedir.

AzTV-də ən böyük mənimsəmə operatorlara verilən qonorarlar zamanı üzə çıxıb. Belə ki, operatorların sayı televiziyada olan kameraların sayından iki dəfə artıq göstərilib. Operatorlara ayrılan qonorarların sonradan geri qaytarılıması isə televiziyada baş verən özbaşınalığın bariz nümunəsidir. Bu proses zamanə Nazilə Babayeva və televiziyanın maliyyə idarəsinin rəisi Niyaməddin Quliyev tərəfindən 150 min manat mənimsənilib. Əlbəttə, Rövşən Məmmədovun "xeyir-duası" ilə. Hələ bu harasıdır? Aparıcı sədr öz köməkçisi Həmidağaya 3000 manat qonorar yazaraq onun mühüm hissəinin gerin qaytarılmasın nail olub. Bundan başqa, aparıcı sədr TV-nin adi çilingərinə hər ay 2000 manat qonorar yazdırıb. Yenə də Niyaməddin Quliyevin müdaxiləsi ilə həmin vəsaitin böyük qismi geri alınıb.

AzTV-nin aparıcı sədrinin ən çox sevdiyi yeyinti yeri dekorasiyalardır. Məhz yeni dekorasiyaların quraşdırılması adı altında mənimsəmənin məbləği 230 min manata çatıb.

Dövlət satınalmaları haqqında qanunun tələbləri də ciddi şəkildə pozulub. Elə tək bir müqavilədə sədr 100 min manatın "dalı"na keçib.

AzTV-nin mərkəzi aparatında, maliyyə və ümumi şöbələrində, Texniki İstehsalat Birliyində yaxın işçilərinə qeyri-qanuni olaraq 100 min manata qədər qonarar yazdırıb. Halbuki bu işçilər vaxta muzdla işləyib.

Hesablama Palatası cəmiyyətə ötürdüyü mesajla bu cür dəhşətli faktları təqdim etmədi. Qəmi kəm! Biz araşdırmalarımızı davam etdirəcəyik. 


GUNDEMXEBER.AZ



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AzTV və İTV-yə ayrılacaq vəsait məlum oldu

    AzTV və İTV-yə ayrılacaq vəsait məlum oldu ...

    24-10-2019, 11:56

  • 
  • ARİF ALIŞANOVUN BAHALI MALİKANƏLƏRİ

    ARİF ALIŞANOVUN BAHALI MALİKANƏLƏRİ ...

    14-04-2016, 15:22

  • 
  • AzTV-də yoxlamalar aparılır - Rəsmən təsdiqləndi

    AzTV-də yoxlamalar aparılır - Rəsmən təsdiqləndi ...

    17-05-2021, 11:43

  • 
  • Rövşən Məmmədov Hikmət Hacıyevlə atışdı: AzTV-də yoxlama başladı

    Rövşən Məmmədov Hikmət Hacıyevlə atışdı: AzTV-də ...

    15-05-2021, 10:47

  • 
  • "AzTV dövlətdən bu sədrin vaxtında 661 mln manat pul alıb - Qafqazın bütün TV-lərin ümumi büdcəsindən daha çox!"

    "AzTV dövlətdən bu sədrin vaxtında 661 mln ...

    17-03-2016, 20:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu