GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İmişlidə RİH-nin başçısı susur, Yavər Şıxəliyev isə “at oynadır”

İmişlidə RİH-nin başçısı susur, Yavər Şıxəliyev isə “at oynadır”

Tarix: 22-11-2021, 14:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 583


Artıq tam əksəriyyətə məlumdur ki, COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilmiş yoluxucu xəstəlikdir və bu xəstəlik 2019-cu ilin sonlarından yayılaraq bütün dünyanı əhatə etmişdir. 2020-ci ilin 23 yanvar tarixində ÜST bu xəstəliklə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci ilin 28 fevralında yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını, 2020-ci ilin 11 martında  isə, bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir. 2020-ci il 27 fevral tarixindən COVID-19 xəstəliyinin qarşısının alınması üçün SARS-CoV-2 virusu pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bu xəstəliyin insanların sağlamlığı üçün təhlükəli olmasını nəzərə alaraq, ÜST tərəfindən dünyada bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olduğunu bəyan etmişdir. Ölkəmizdə mövcud pandemiya şəraitində bu istiqamətdə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir ki, bunlardan biri də, əhali arasında planlı vaksinasiyanın həyata keçirilməsidir. Bu da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın qəbul edilməsini zəruri edir. Strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir.

Gundemxeber.az-ın redaksiyasına yerli sakinlər tərəfindən çatdırılan məlumatlara görə xeyli müddətdir ki, İmişli rayonunun Hacırüstəmli kəndində dövlətimizin bu yöndə həyata keçirdiyi siyasətə bilərəkdən kölgə salınır. Yəni, sakinlərin vaksinasiya olunması zamanı heç bir normativ qaydalara əməl olunmur. Daxil olan məlumatlara görə Hacırüstəmli kəndində lazımi şəraiti olmayan bir tibb məntəqəsi var və uzun müddətdir ki, həmin məntəqədə adını dəqiqləşdirə bilmədiyimiz bir şəxs diş texniki olaraq fəaliyyət göstərir. Elə ki, yayılmış pandemiyanın qarşısının alınması məqsədilə ölkəmizdə sakinlərin vaksinasiya olunmalarına zərurət yarandı, o halda Hacırüstəmli kənd sakinlərinin və digər şəxslərin vaksinasiya olunmaları işləri bu şəxsə həvalə olunur. Unutmaq olmaz ki, diş texniki olan bir şəxsin sakinləri vaksinasiya etməsi yolverilməz hal olsa da, o, heç bir halda qanunun belə bir tələbinə əməl etmir.

Bundan əlavə, sakinlərin vaksinasiya olunmaları məqsədilə verilən dərmanlar (Sinovac və Pfizer) heç bir normativ qaydalara əməl olunmadan Hacırüstəmli kənd icra nümayəndəsi Yavər Şıxəliyevə verilir və bu şəxs də, məhz həmin dərmanları uzaq məsafədən götürüb kənddəki tibb məntəqəsinə çatdırır. Sakinlərin ad və soyadlarının portala salınması işlərini, Hacırüstəmli kənd icra nümayəndəsinin doğma əmisioğlu olan İkram Şıxəliyev həyata keçirir. Əldə etdiyimiz məlumatlara görə, bu şəxs Yavər Şıxəliyevin doğma əmisi oğlu olmaqdan əlavə, eyni zamanda icra nümayəndəliyində baş mühasib vəzifəsini daşıyır və hər iki əmioğlunun birgə fəaliyyəti, məhz vaksinasiya zamanı çoxsaylı qanunsuzluqlara qol qoymalarına əməlli-başlıca yollar açır. Məsələn, dolaşan söz-söhbətlərdən bəlli olur ki, Yavər Şıxəliyevin ətraf şəhər və rayonlarda yaşayan bir çox qohum-əqrəbası Hacırüstəmli kənd tibb məntəqəsində “vaksinasiya olunublar”. Belə bir halların varlığı ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Görəsən, kənd icra nümayəndəsi vəzifəsini daşıyan bu şəxsin qohum-əqrəbalarının yaşadıqları ərazilərdə tibb məntəqələri yoxdurmu ki, onların bir çoxu vaksinasiya olunmalarını Hacırüstəmli kənd tibb məntəqəsində həyata keçirməyə qərar verirlər? Deməli,...Adı çəkilən bu şəxslərin qol qoyduqları qanunsuzluqların nəticəsi o olur ki, bu ilin 8 noyabrında hüquq-mühafizə orqanı əməkdaşları kənd icra nümayəndəsi Yavər Şıxəliyevi bir sutka, baş mühasib İkram Şıxəliyevi üç sutka, diş texniki işləri ilə məşğul olan şəxsi isə, dörd sutka ərzində saxlamalı olurlar. Düşündürücü hal odur ki, hər üç şəxs əksəriyyətə bəlli olmayan hansısa qanunsuzluq əməllərinə görə saxlansalar da, az sonra sərbəst buraxılırlar. Amma, buna baxmayaraq həmin günün səhəri rayonun hüquq-mühafizə orqanının iki nəfər əməkdaşı Hacırüstəmli kənd icra nümayəndəliyinə gedib lazımi araşdırmalar aparırlar. Bu haqda geniş ictimaiyyətə heç bir məlumat verilməsə də, redaksiyamıza baş verənlərlə bağlı müəyyən məlumatlar çatdırılıb.

Yerli sakinlər tərəfindən Gundemxeber.az-ın redaksiyasına çatdırılan başqa bir məlumatda o da qeyd olunur ki, bir müddət bundan öncə sakinlərin vaksinasiya olunmalarını həyata keçirmək üçün, Hacırüstəmli kənd tibb məntəqəsinə MRX- dan bir nəfər Göyçək adlı (ad şərtidir) tibb bacısı göndərilir. Ötən günlərin birində iş saatlarından sonra kənd icra nümayəndəsinin müavini Niyaməddin Cəfərovla tibb bacısı arasında hansısa söz-söhbət baş verir ki, Göyçək tibb məntəqəsini birdəfəlik tərk edir və o, bir daha ora qayıtmır. Çox keçmir ki, tərəflər arasında baş verən söz-söhbətlər haqda Yavər Şıxəliyev az-çox məlumatlı olur və belə bir səbəbdən də, bu şəxsin müavini Niyaməddin Cəfərovla əməlli-başlıca qarşıdurması baş verir. Hətta vəziyyət o həddə gəlib çatır ki, icra nümayəndəsi müavininə “Səhərdən işə gəlmə” desə də, Niyaməddin Cəfərov onun belə bir əmrinə məhəl qoymur və “Sən mənə nə edə bilərsən, axı səni də, məni də icra başçısı təyin edib” deyir.

Diqqəti cəlb edən halın varlığı İmişli RİH-nin başçısı Elçin Rzayevin yaşanan problemlərə əhəmiyyət verməməsidir. O halda sual oluna bilər ki, nədən rayon rəhbərliyi Hacırüstəmli kənd icra nümayəndəsi Yavər Şıxəliyevlə, icra nümayəndəsinin müavini Niyaməddin Cəfərovla və baş mühasib İkram Şıxəliyevlə bağlı heç bir tədbir görmür və susmağa qərar verir?. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.


P.S. Növbəti saylarımızda Hacırüstəmli kənd icra nümayəndəsi Yavər Şıxəliyevin qol qoyduğu ilginc əməllərinidən də bəhs edəcəyik. Odur ki, bizi izləməyi unutmayın.


GUNDEMXEBER.AZ





  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda koronavirusla bağlı "qaynar xətt" fəaliyyətə başladı

    Azərbaycanda koronavirusla bağlı "qaynar ...

    28-02-2020, 10:06

  • 
  • Azərbaycan koronavirus peyvəndinin gətirilməsi ilə bağlı saziş imzaladı

    Azərbaycan koronavirus peyvəndinin gətirilməsi ...

    21-09-2020, 10:29

  • 
  • Alimlər koronavirusun yeni mikroblarını aşkarladılar

    Alimlər koronavirusun yeni mikroblarını ...

    13-04-2020, 10:10

  • 
  • Azərbaycanla ÜST arasında donor sazişi imzalandı

    Azərbaycanla ÜST arasında donor sazişi imzalandı ...

    11-05-2020, 17:00

  • 
  • Alimlər koronavirusun “zəif nöqtə”sini tapdılar - ARAŞDIRMA

    Alimlər koronavirusun “zəif nöqtə”sini tapdılar - ...

    14-04-2020, 15:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu