Gundemxeber.az » GündəmXəbər » "Dövlətin bu istiqamətdə ayırdığı vəsaitlər necoldu?.." - AMEA şefinə XİTABƏN...
İdris Abbasov yazır:
Bu gün (22.11.2021) AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın hesabat iclası oldu. İclasa qoşulan AMEA Humanitar və İctimai Elmlər Bölməsinin sabiq akademik-katibi, hazırda Dillər Universitetinin rektoru Kamal Abdullayev və Dilçilik İnstitutunun direktoru vəzifəsindən yenicə sabiqləşmiş Möhsün Nağısoylu Azərbaycan Respublikası Prezidentinin dilçiliyin inkişafı üçün ayırdığı 2 milyonun, bundan başqa yüz minlərlə qrantların, institutda nəşr edilən saxta kitabların, ucuz alınıb baha sənədləşdirilən lazımsız maqnitofonların, kompüterlərin, mükafatlandırılan plagiat əsərlərin, bir sözlə, dilçiliyimizin bərbad günə qoyulmasının hesabatını vermək əvəzinə, adəti üzrə, yeni direktor, professor Nadir Məmmədliyə "dəyərli məsləhətləri"ni verdilər. Sanki keçən 10 illər ərzində Dilçilik İnstitutuna rəhbərliyi bunlar deyil, Nadir Məmmədli edibmiş.
Mən üzümü AMEA prezidenti akademik Ramiz Mehdiyevə tutub deyirəm: Möhtərəm akademik, lütfən, professor Nadir
Məmmədlinin işləməsi üçün şərait yaradın! Yığışdırın bu akademik "məsləhət verənləri", qaynadıb-qarışdıranları! Dilçiliyimizi qurtarın onların əlindən! Onlara söyləyin: "Ey sizlər, bəsdirin, manipulyasiya etdiniz! Ay sanskrit belə, yunan elə. Bütün rıçaqlar əlinizdə deyildimi? Dövlətin bu istiqamətdə ayırdığı vəsaitlər necoldu? Bir ömür boyu xəyali "qayğıkeş", "yanan-qıvrılan alim-akademik" obrazı yaradıb "Dədə Qorqudluq" etməyin elmimizə real faydası faydasızlıqmı oldu?! Hanı o pulların müqabilində "yetişdirdiyiniz şanlı mütəxəssislər"?! Elə sözdəmi qaldı? Elə iş görəniydinizsə, on illər ərzində niyə görmürdünüz?! İndi isə həqiqi iş görmək istəyənə mane olmaq istəyirsiniz! Gedin, öz işinizlə məşğul olun və son xəbərdarlığımdır!"
Ramiz müəllim, rica edirəm, onlara akademik toxunulmazlığın olmadığını bir daha izah edin və sonra belə deyin: "Nəhayət, instituta sidqi-ürəklə qədəm qoyan bir Azərbaycan aliminin böyrü üstə qoyulmuş institutu ayağa qaldırmasına və şəffaflıq yaratmasına imkan verəcəksinizmi?!"
Deyin, Ramiz müəllim, çəkinmədən deyin, dövlətçiliyimizin xətrinə deyin, dilçiliyimizin xətrinə dillənin! Əminəm ki, onlar sizi eşidəcək və dövlətdən aldıqları külli miqdarda maaş və vəzifələrlə kifayətlənib öz işləri ilə məşğul olacaq, ağır duruma saldıqları Dilçilik İnstitutunun yükünü boynuna götürməyə razı olmuş professor Nadir Məmmədliyə izafi məsləhətlər verməyəcəklər./Paralel.az
16-11-2013, 23:26
5-07-2020, 17:09
25-03-2021, 13:00
5-11-2014, 19:04
19-10-2015, 16:51
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?