GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qəpik-qəpik bahalaşan qiymətlər...- “Yeni Tarif Şurası” yaranıb, hər gecə 3 qız marketlərdəki qiymətləri 5 qəpik qaldırır...

Qəpik-qəpik bahalaşan qiymətlər...- “Yeni Tarif Şurası” yaranıb, hər gecə 3 qız marketlərdəki qiymətləri 5 qəpik qaldırır...

Tarix: 24-11-2021, 17:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 603


Qiymətləri səssizcə qaldıran işbazlar Prezidentin də qəti tapşırığını nəzərə almır...

Məlumdur ki, bütün dünyada qiyməti bazar tənzimləyir. İqtisadi dildə desək, tələb və təklif deyilən iqtisadi kateqoriya var. Tələb artırsa, qiymət artır, əks halda qiymətlər düşür. Bu məsələnin iqtisadi tərəfi.
Azərbaycan hakimiyyəti haqlı olaraq, daha doğrusu, vətəndaşların  vəziyyətini nəzərə alaraq bəzi qiymətləri  ( nəqliyyat, kommunal xərclər, benzin, hətta çörək və buğda məhsulları və s ) nəzarətdə saxlayır və bu məsələ Tarif Şurası tərəfindən tənzimlənir.
Ancaq təəssüf ki, bəzi işbazlar ölkədə zaman-zaman  süni qiymət artımı yaradır, qiymətləri süni şəkildə şişirdirlər.
Bu isə  kasıb təbəqənin  büdcəsinə kəskin təsir göstərir.
Bunu nəzərə alaraq möhtərəm Prezidentimiz İlham Əliyev cənabları  dəfələrlə və sərt şəkildə belə işbazlara xəbərdarlıq edib:
“Süni bahalaşmaya son qoyulmalıdır. İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı suni şəkildə bəzi işbazlar qiyməti qaldırmaq istəyirlər. Müəyyən dərəcədə biz ərzaq məhsullarının idxalından asılıyıq. Hələ 100%  özümüzü yerli istehsalla tam təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, həmin məhsullarda ümumiyyətlə qiymət artımı olmamalıdır”.
Cənab Prezident bundan artıq nə deməlidir ki..?
Təəssüf ki, işbazlar  guya qiymət artımına  yol vermədiklərini göstərmək üçün  qiyməti süni şəkildə şişirtməyin  yollarını tapıblar.
Yəni qiymətləri birdən-birə deyil, qəpik-qəpik  bahalaşdırırlar.
Vətəndaşlarımız da  süni qiymət artımı ilə az qala hər gün rastlaşırlar. Məsələn sakinlərdən biri deyir ki,  sabun bu gün  6 qəpik bahalaşıb, şəkər tozu 12 qəpik  bahalaşıb və s.
İşbazlar  bu metodla  elə gizli-gizli, qəpik-qəpik qaldırırlar ki, insanlar  ilk baxışdan fərqində olmasınlar.
Hətta vəziyyət o qədər kritik olub ki, insanların zəruri və gündəlik tələbat malları, ərzaqlar  da, yağ da, süd də hər gecə bahalaşır.
İşbazlar çalışır ki, qiymət artımı səssiz-küysüz olsun, yəni ictimai narazılıq olmasın.
 Artıq marketlərdə qiymətlər əl yandırır, adi yumurta, yuyucu tozlar  hər gün bahalaşır.
Təsəvvür edirsiniz, dövlətimiz  kərə yağ üçün  dövlət rüsumunu  3 dəfə azaltmaq barədə düşünür ki, camaat  dolana bilsin, işbazlar isə əksinə qiymətləri qaldırır.
Bayramlar ərəfəsində  isə işbazlar qiymətləri  “ceyran belinə” qaldırır.
Bir soruşan yoxdur ki, ay  dələduzlar, bayramda nə baş verir ki, qiymətləri  süni şəkildə qaldırırsınız ?
Bu  işbazlar dövlət başçısının qəti xəbərdarlığını da nəzərə almırlar.
3-4 qəpik qiymət artımı ilə bağlı  danışanda isə işbazlar deyir ki, noolub ee, 3-4 qəpiklə dünya dağılmadı ki…
Bu yaramazlar başa düşmür ki,  3-4 qəpiyi hesablayanda  ayda  70-80 manat  eləyir. Kasıb təbəqənin isə  buna imkanı çatmır.
Süni qiymət artımı ilə bağlı  ekspertlərin fikirlərini oxuyanda adam məəttəl qalır.
Biri monopoliyanı, o biri  gömrüyü, başqa birisi  Tarif Şurasını ittiham edir. Ancaq heç kim  süni qiymət artımının necə həyata keçirildiyini, mexanizmini göstərmir.
Gundemxeber.az bildirir ki, Gundəlik-Bakıya daxil olan məlumata görə,  hər gün gecə, yəni alıcılar olmayanda  3 qız marketlərə daxil olaraq  ərzaq məhsullarının üzərindəki  qiymətləri  5 qəpik bahalaşdırır.
Bu  biabırçılıq  bir dəfə baş vermir, demək olar ki, hər gecə təkrarlanır.
Və  gizli, xəlvəti mexanizm demək olar ki, bütün marketlərdə, NEPTUNda, SOLİTONda, RAHAT marketlər şəbəkəsində və digər marketlərdə baş verir.
Yəni  marketlər  gecələr  süni qiymət artımı ilə məşğul olurlar.
Amma işbazlar unudur ki, kasıb təbəqəni düşünməyən, Prezidentin tapşırığını nəzərə almayan  bu gizli qiymət artımının  səsi-küyü bir gün çıxacaq.
Bax, onda işbazların başına DƏMİR YUMRUQ dəyəcək.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cənub rayonlarında maye qazın qiyməti qalxdı

    Cənub rayonlarında maye qazın qiyməti qalxdı ...

    3-01-2014, 00:35

  • 
  • Maaşlar artmamış qiymətlər qalxdı

    Maaşlar artmamış qiymətlər qalxdı ...

    23-08-2013, 18:31

  • 
  • "Ölkədə qiymətləri süni artıran şəxslər barədə tədbirlər görüləcək"

    "Ölkədə qiymətləri süni artıran şəxslər ...

    24-12-2015, 15:07

  • 
  • İqtisadiyyat Nazirliyi benzinin bahalaşmasını belə əsaslandırdı

    İqtisadiyyat Nazirliyi benzinin bahalaşmasını ...

    20-08-2018, 11:59

  • 
  • Yanvar ayından yanacağ yenidən bahalaşacağ

    Yanvar ayından yanacağ yenidən bahalaşacağ ...

    20-12-2013, 11:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu