GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “ÇİRKLİ PULLAR” İTTİHAMI VƏ DEPUTAT MANDATI... - Londonda məhkəməsi gedən Feyziyev Azərbaycanda müəssisə alır!..

“ÇİRKLİ PULLAR” İTTİHAMI VƏ DEPUTAT MANDATI... - Londonda məhkəməsi gedən Feyziyev Azərbaycanda müəssisə alır!..

Tarix: 6-12-2021, 12:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 277


Bir neçə gün əvvəl “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azərtütün” ASC-nin 85 faizlik səhm paketinin “Tabaterra Leaf” QSC adlı şirkət tərəfindən 17 milyon 281 min 464 min manata alındığı barədə məlumat yayıldı. Ardınca məlum oldu ki, müəssisəni alan Elman Cavanşir adlı şəxsdir ki, o da Milli Məclisin oliqarx üzvlərindən olan Cavanşir Feyziyevin qardaşı oğludur. Bu o deməkdir ki, reallıqda şirkəti C.Feyziyev alıb.

O Feyziyev ki, cəmi bir ay əvvəl barəsində Böyük Britaniya Məhkəməsində “çirkli pulların yuyulması”yla bağlı iddia qaldırılıb. İngiltərə hüquq-mühafizə orqanları isə onun ailə üzvlərinin hesablarındakı 20.5 milyon dollara həbs qoyub. Yeri gəlmişkən, bu məbləğə “Azərtütün”ü rəsmən alan Elman Cavanşirin hesabındakı təxminən 1 milyon funt sterlinq də daxildir.
Gündəmxəbər.az azpolitika.info-ya  istinadla bildirir ki, ittiham  tərəfi bildirir ki, Feyziyev Azərbaycandakı iri əczaçılıq şirkəti “Avromed”in həmtəsisçisidir, bu şirkət müsadirə prosesinə aid deyil, amma o, “çirkli pullar”ın Londona daşınmasında mərkəzi fiqur olub. Çünki müsadirəsi nəzərdə tutulan pullar onun nəzarətindəki bank hesablarından göndərilib. Həmin pullar deputatın Latviyadakı ABLV bankdakı hesabından daxil olub, öz növbəsində həmin bankda “Avromed” şirkətinin hesabı olub və ora 34.5 milyon dollar köçürülüb. “Avromed” şirkətinin hesabına “Hilux” və “Polux” adlı iki offşor şirkətdən cəmi 36 milyon dollar daxil olub, amma həmin pulların tranzaksiyasına dair təqdim edilən sənədlər saxtadır. Lakin bütün bu ittihamlara və faktlara, həmçinin İngiltərə məhkəməsində barələrində qalmaqallı korrupsiya araşdırması davam etməsinə baxmayaraq, sanki heç nə olmamış kimi Azərbaycanda bu adamlara kifayət qədər ciddi əhəmiyyətə və dəyərə malik müəssisə verilir...
Doğrudur, bizim parlament ailə üzvlərinin adına Rusiyada striptiz-klub işlədən Oqtay Əsədov kimi spiker, siqaret monopolisti olmuş Rüfət Quliyev, mandatını girov qoyub borc götürən və tikinti sektoruna girişən Rafael Cəbrayılov və digər çoxlu sayda bu kimi biznemen-deputatlar görüb və görməkdədir. Lakin onların adı xarici ölkə məhkəmələrində iri məbləğdə korrupsiya, maliyyə cinayətlərində, beynəlxalq fırıldaqçılıqda, “çirkli pulların yuyulmasında” hallanmayıb. Yəni “qəhrəmanlıqları” ölkə hüdudlarını aşmayıb. C.Feyziyev isə onların hamısını geridə qoyaraq, Azərbaycanın, Azərbaycan parlamentinin adını İngiltərə məhkəmələrinin divarları arasında heç də xoş olmayan akustikada sələndirməyə nail olub...
Yaxşı, bütün bunların qarşılığında ölkənin hüquq-mühafizə, məhkəmə, vergi orqanlarının, həmçinin parlamentin özünün bu deputatla bağlı susqunluğunu nəylə izah etmək olar? Niyə Azərbaycanın qanunverici orqanının təmsilçisinin adı belə çirkli işlərdə keçməlidir - bunu ondan soruşan olubmu?
Burada Milli Məclisin də mövqeyi əhəmiyyətlidir. Belə ki, deputatlar bu ilin yayında polisə şillə vuran Eldəniz Səlimovun məsələsini dərhal müzakirəyə çıxarmışdılar. Ardınca bu deputatın toxunulmazlığını götürdülər, onu hər cür qınağa, tənqidə məruz qoydular və nəticədə məhbəsə gedən yolunda yaşıl işıq yandırdılar. Hansı ki, həmin deputatın xuliqanlıq əməlilə müqayisədə Cavanşir Feyziyev barədə Londonda başlanan araşdırma və ortaya qoyulan faktlar daha heyrətamiz və Azərbaycanın imici, dövlətçiliyi, eləcə də parlamentin özünün nüfuzu adına qat-qat daha zərərli və təhlükəlidir.
C.Feyziyev həm də Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. O ölkə ki, onunla əlaqələr Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Bəs, belə reputasiyalı deputatın hansısa xarici ölkədə, beynəlxalq təşkilatın tribunasında Azərbaycanı təmsil edəcək siyasi, mənəvi haqqı olacaqmı? Onun dilindən səslənən Azərbaycan həqiqəti və ümumilikdə ölkəmizin mövqeyi nə dərəcədə ciddi və inandırıcı görünəcək?
Dünyanın əksər ölkələrində biznesmenlər deputat olmağa, parlamentə düşməyə, siyasətə qatılmağa can atırlar və buna normal baxılır. Lakin o şərtlə ki, sözügedən şəxslərin biznesləri şəffaf, özləri isə korrupsiyadan və digər kriminal məsələlərdən uzaq olsunlar. Ən azından bu şərtlər təmin olunduğu təqdirdə hansısa biznesmenin deputat olmasına heç bir maneə yoxdur, əksinə, bundan həm dövlət, həm bütövlükdə cəmiyyət, həm də onun seçiciləri qazanmış olur.
Ancaq təəssüf ki, Azərbaycanda bu şəffaf şərtlər altında parlamentə düşən deputat yoxdur. Biznesmen-deputatların sayəsində Milli Məclis az qala “iş adamları dərnəyinə” çevrilsə də, bu adamların demək olar ki, hamısının biznesi "çirklidir". Eyni zamanda, qanunvericilik buna imkan verməsə də, reallıqda öz bizneslərini qohum-əqrəbalarının adlarına rəsmiləşdirib, yenə özləri idarə etməkdədirlər. Bəziləri heç zəhmət çəkib bunu da etmirlər, yəni deputat ola-ola biznesləri öz adlarında qalır. Bəs, görəsən, nə vaxta qədər parlament və deputat mandatı kimlərinsə çirkli biznesləri üçün “krışa” rolu oynayacaq?...


GündəmXəbər.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cavanşir Feyziyev nədən ortalıqda görünmür? - Şəkililər deputatlarına görə utanırlar...

    Cavanşir Feyziyev nədən ortalıqda görünmür? - ...

    17-04-2020, 14:15

  • 
  • Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alan Cavanşir Feyziyev haqqında daha bir xəbər - "B" PLANIN TƏFƏRRÜATI

    Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alan ...

    30-09-2019, 15:51

  • 
  • Cavanşir Feyziyevin “xeyriyyəçiliyi” – heç kim bilməsə də trolları bilir

    Cavanşir Feyziyevin “xeyriyyəçiliyi” – heç kim ...

    3-03-2020, 22:49

  • 
  • Deputat haqda ilginc iddialar... - Belə deyirlər...

    Deputat haqda ilginc iddialar... - Belə ...

    26-03-2021, 12:57

  • 
  • Deputat "Quska"nın milyonlarla dəyəri olan obyektini müğənninin adına niyə keçirib? - İşin içində Cavanşir Feyziyevin də adı var

    Deputat "Quska"nın milyonlarla dəyəri ...

    24-04-2019, 12:47


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu