Gundemxeber.az » GündəmXəbər » Nizami RİH baxımsız həyəti şəhid parkına çevirməyə maliyyə tapmır?
Vətən savaşı şəhidi Oqtay Baxşəli oğlu Ağabəyovun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti , 67 -75 saylı və Bəhruz Nuriyev, 2-12 saylı binaların sakinləri dövlətin və hökumətin 1-ci şəxslərinə, Bakı şəhəri icra hakimiyyəti və Nizami rayon icra hakimiyyətinin rəhbərliyinə kollektiv müraciət edib məhəllədəki baxımsız həyətin şəhidin adına park kimi abadlaşdırılmasını diləyiblər.
Sakinlərin diləyi ali orqanlardan Nizami RİH -ə göndərilsə də, hələ də icra hakimiyyətinin baş(çı)sız başbilənləri şəhid adının əbədiləşdirilməsinə tələsmir. “Tənbəlliyin” əsası kimi maliyyənin olmadığını şəhid anasına bildirən icra hakimiyyəti yetkililəri, deyəsən, həyətin abadlaşdırılmasına sərəncam verilməsinə maliyyə tələb olunmamasından xəbərsizdirlər.
BŞİH başçısı Aparatının ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri Mübariz Əhmədov 12.11.2021-ci tarixli cavabla sakinlərin kollektiv müraciətlərinin Nizami icra hakimiyyətinə 2 dəfə zəruri tədbirlərin görülməsi üçün göndərildiyini bildirib. Beş günə bir ay tamam olacağına baxmayaraq, hələ də rayon icra hakimiyyəti yuxarı orqanın göndərişinə “çəm-xəm” eləyir. Sakinlər isə şəhidin adının əbədiləşdirilməsi və həyətin abadlaşdırılmasına nail olmaq üçün İDEA Ətraf mühitin mühafizəsi İctimai Birliyinin sədri, Heydər Əliyev fondunun vitse-prezidenti, xanım Leyla Əliyevaya müraciət etmək fikrindədirlər. Keçmiş başçı Arif Qasımovun rayon ərazisində İDEA-nın təşəbbüsü ilə abadlaşdırılan parkı “bərbadlaşdırmasına” görə görəvindən alınması rayon rəhbərliyinə görk olmayıb, deyəsən. Yoxsa, məhəllə sakinlərinin özlərinin şəhid adına salacaqları parka nə maliyyə gərəkir ki? ! Yəqin , bu həyəti də , Qarabağ qazisinə Xətai məhkəməsinin 2 qətnaməsi ilə 150 ay qabaq verilən Bəhruz Nuriyev -10-dakı qeyri-yaşayış sahəsini məhkəmə qərarından 2 il sonra rayon sakini olmayan 14 yaşlı uşağa(?-M.B. ) satdıqları kimi, kiməsə satıblar. Maliyyə çətinliyi də aldıqları “avansı” qaytara bilməmələrindən qaynaqlanır.
44 günlük Vətən savaşının igid oğlu Oqtay Baxşəli oğlu isə yaşadığı Babək prospekti, 73 saylı binanın birotaqlı mənzilindən boylanır görüşünə gələnlərə. Bir çağlar oylaq etdikləri həyətin abadlaşdırılması şəhidin özünün də ürəyincə və adına layiq olar.
Məğrur Bədəlsoy
11-09-2014, 11:23
5-08-2015, 15:00
16-03-2018, 11:38
19-04-2021, 16:12
25-01-2021, 12:15
Sorğu
Yeni dizaynımız necədir?