GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » PREZİDENT QARABAĞI QAYTARDI, BƏS XARİCDƏKİ MİLYARDLARIMIZI QARABAĞA NECƏ QAYTARAQ???

PREZİDENT QARABAĞI QAYTARDI, BƏS XARİCDƏKİ MİLYARDLARIMIZI QARABAĞA NECƏ QAYTARAQ???

Tarix: 11-12-2021, 14:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 365

Prezident İlham Əliyev İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında olduqca vacib bir Sərəncama imza atdı...

Bütün diqqət Qarabağda aparılacaq quruculuğa və bu yolda dövlətin maliyyə yükünün azaldılmasına hesablanıb... Sərəncamın girişində yazılır: "Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır".

Bəli, Prezident İlham Əliyev Qarabağı qaytardı... Bəs xaricə daşınmış, qurd -quşa (əcnəbi milyarderlərə) yem olmağa məhkum milyardlarımızı Qarabağa necə qaytaraq???

*** 

...Bu yerdə qeyd edim ki, Türkiyədə yaşayan və yazan İbrahim NƏBİOĞLU Azərbaycana da aid olduqca maraqlı bir məsələyə toxunub. Araşdırmaçı-jurnalist özünün sosial şəbəkə hesabında yazır:  "Alfred Kantorowicz, Philipp Schwartz, Hans Reichenbach, Walther Kranz, Von Aster, Albert Eckstein, Eduard Zuckmayer, Clemens Holzmeister, Carl Ebert, Paul Hindemith, Friedrich Dessauer, Rudolf Nissen, Erich Frank, Von Hippel, Von Mises, Fritz Arndt, Elwin Finlay-Freundlich, Gerhard Kessler, Alfred Kantorowicz, Joseph Igersheimer, Ernst Hirsch, Bruno Taut, Curt Kosswig, Fritz Baade, Clemens Bosch... Kimdir bu insanlar, bilirsizmi? Hitler iqtidara gələndən sonra təqib edilən, işgəncələrə məruz qalan, konslagerlərə göndərilən yüzlərlə alimlərdən bəziləri… Konslagerlərdə ölümə tərk edilmişdilər. Bir gün “azadsınız” dedilər, “ancaq ölkəni tərk etməlisiniz” dedilər. Çaşdılar, anlamadılar, nə baş verirdi? Bu bir möcüzə idi. Əslində isə möcüzə deyildi… İşin arxasında bir insan vardı – Mustafa Kemal Atatürk. Bu alimlərin tamamı öz sahələrində çox böyük isimlərdi… O illərdə Türkiyədə cəmir bir universitet vardı. Milli Təhsil naziri Reşit Galip Almaniya ilə bir anlaşma imzaladı. Tarix 6 iyul 1933 idi. Hans Reichenbach riyazi məntiqi, Walther Kranz filologiya, latın və yunan dillərini, Von Aster fəlsəfə tarixini, Clemens Bosch antik tarix və numizmatikanı, Albert Eckstein pediatriyanı, Eduard Zuckmayer bəstəkarlığı, Clemens Holzmeister memarlığı, Carl Ebert ve Paul Hindemith klassik musiqi, opera və baleti, Friedrich Dessauer və Erich Frank tibbi radiologiyanı, Fritz Arndt kimyanı, Von Mises statistikanı, Elwin Finlay-Freundlich astronomiyanı, Kantorowicz stomatologiyanı, Igersheimer oftalmologiyanı, Ernst Hirsch hüquq və kitabxanaçılığı, Gerhard Kessler sosioloji hüququ, Bruno Taut modern memarlığı, Curt Kosswig zoologiyanı, Fritz Baade kurortologiyanı Türkiyəyə gətirdilər, dərs dedilər, kurslar yaratdılar, universitetlərdə kafedralar qurdular, yüzlərlə, minlərlə Türk gənci yetişdirdilər. Mustafa Kemal Atatürk Hitlerin zülmündən 150-yə yaxın elm adamını xilas etdi. O insanlar da hər şeylərini Türkiyəyə verdiler… Atatürk belə uzaqgörən, millətini belə sevən, onun gələcəyini düşünən bir Dahi idi. Onun bütün Dünya tərəfindən bu qədər qəbul görməsi, Böyük Lider kimi tanınması bu misaldan da aydın olur.... Ahmet Özgür Türen tərəfindən hazırlanan "Atatürk'ün Ülkesine Sığınanlar" kitabında bir xeyli başqa maraqlı örnəklər də var...".

Bəs Azərbaycandan gedənləri Azərbaycana necə geri qaytarmalı???

...Bəli, bu gün Azərbaycanı da bəzi səbəblərdən tərk edib gedən seçilən isimlər var. Onlar xarici ölkələrin hərbi düşərgələrində deyillər, amma onların bir qismi zehni bilik və bacarıqlarını həmin ölkələrə qoyurlar, bir qism isimlər var ki, Azərbaycandan daşıyıb apardığı pulları həmin ölkələrin iqtisadiyyatına yatırırlar. Niyə? Prezident İlham Əliyev dünən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı mühüm Sərəncam verdi. Və dövlət başçısı həmin Sərəncamı ilə Nazirlər Kabinetinə tapşırdı ki: "Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1. Aşağıdakı istiqamətlərdə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin: 1.1. işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi; 1.2. işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi; 
1.3. işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi; 1.4. müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi; 1.5. işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi; 1.6. işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, "yaşıl artım" yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi; 1.7. işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət‒özəl sektor tərəfdaşlığının inkişafı. 2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".
Baxın, Sərəncamdakı bütün bəndlər Azərbaycan dövlətinin hansı maliyyə yükünün altına girdiyinə bir işarədir. Dövlət daha az məsrəfə çiyin verməyin yollarını axtarır. Məsələn, Sərəncamın 1.5 bəndində yazılır: "işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi;".
 Azərbaycan dövlətinə də, ictimaiyyətinə də bəllidir ki, vaxtilə dövlətin yüksək vəzifəsini tutub büdcə vəsaitlərini dağıdan sabiq məmurlar kütləsinin böyük bir hissəsi xaricə daşıdığı milyardları sığındıqları (yaşadıqları) ölkələrin iqtisadiyyatının güclənməsi naminə xərcləyir...  Bir hissəsi həbsxanada ölüb, bəziləri ölməyə hazırlaşır... Bəziləri isə məhkəmələrdən hökm, hakimiyyətdən isə əfv gözləyir... Sabiq deyil, hazırda vəzifədə olan nə qədər məmur isə iynə üstündə otursa da, xaricə qaçan və ya həbsxanalarda ölənlərdən dərs almayıb hələ də büdcəmizin başına corab hörməklə məşğuldur... 

Bəs nə etməli ki, dövlətin Qarabağa maliyyə yükü maksimum azaldılsın?


 Ekspertlərin təxminlərinə, Azərbaycanda ağlı başında olan və ölkə həyatını dərindən izləyən hər kəsə məlumdur ki, Azərbaycandan son 20-25 ildə 100 milyard dollara yaxın, bəlkə də daha çox vəsait xaricə daşınıb, bir hissəsi isə elə Azərbaycanda hələ də Bakını tıxaclayan göydələnlərin tikintisinə qoyulub və qoyulmaqdadır... Bəs necə edək ki, hələki xaricə daşınan həmin pulların heç olmasa olan-qalan hissəsi Azərbaycana gətirilsin?
Son zamanlar tez-tez eşidirik ki, London Ərazi Məhkəməsi filan oliqarxın, yaxud keçmiş məmurun 100 milyon dollarına həbs qoydu, filankəsin yüz milyon fund sterlinqlik bank hesabını dondurdu, yüz milyon dollarını müsadirə etdi və s.
Niyə imkan veririk ki, Azərbaycanın pulları indi əcnəbi ölkə məhkəmələrində sabiq məmurlarımızın qaz kimi yolunması hesabına əldən gedir??? Hələ neçə il əvvəl tanınmış hüquqşünas Adil Minbaşı "Təzadlar"a müsahibəsində bu suala konkret cavab vermişdi: "Azərbaycanda maliyyə aministiyası verilməlidir ki, xaricə daşınmış pulların sahibləri (Oxu: oğrular.RED.) dövlətin qarantiyası altında həmin vəsaitləri Azərbaycana yatırtsınlar...".


Yüz milyonu burda oğurlayıb ələ keçəni əfv edirik, amma xaricə qaçıb milyardları aparanlara aministiya vermək istəmirik...

Prezident İlham Əliyev dəfələrlədir humanizm prinsiplərini ən yüksək səviyyədə təsdiqləyən Fərman və Sərəncamlar verir... Məsələn, Zəfər müharibəmizin 1 illiyi ilə bağlı verilən və on minlərlə məhkuma şamil edilən əfv sərəncamının, necə deyərlər, hələ mürəkkəbi qurumayıb... Nə qədər oğru məmur da əfv olundu. Hansı ki, məhkəmə istintaqında bəlli olurdu ki, onlar yüz milyonları yeyib-dağıdıblar.
Düşünək: biz burda büdcəni talayıb yüz milyonları oğurlayanların əməllərinə aministiya tətbiq edərək əfv edirik, amma burdan oğurlayıb xaricə qaçanlara maliyyə aministiyası vermək istəmirik... Hansı ki, onlar üçün xaricdə-qəribçilikdə, qorxu içində pul xərcləməkdən daha vacibi Azərbaycanda qorxusuz pul qazanmaq vacibdir. Gəlsinlər, həmin pulları Qarabağda yatırtsınlar və qazansınlar! Hələ mən burda milyonların üstündə oturub qorxudan əsən, hər gün həbs ediləcəyi günü gözləyən nə qədər milli oğrularımız var... Gəlin, bütün oğrulara aministiya verək!!! Prezident də elə Sərəncamı ilə bunu deyir ki, indi Azərbaycana pul lazımdır, Qarabağa pul qoymaq Cənnətə düşmək deməkdir! Məgər Cənnətə düşmək hər bir müsəlmanın müqəddəs arzusu deyil ki?!
*** 
...Gəlirəm mətləbə: Prezident yuxarıdakı Sərəncamı ilə Azərbacanın Nazirlər Kabinetinə tapşırıb ki, Qarabağın yenidən qurulması üçün təkliflər paketi hazırlasın. Sərəncamda hər şey aydın yazılıb... Bəs görəsən Nazirlər Kabineti qeyd etdiyimiz kimi, xaricə daşınan pulların Azərbaycana qaytarılması üçün də təklif hazırlayacaqmı??? Bax dövlətə sədaqət, büdcəmizə qənaət, Qarabağa canyananlıq... zamanıdır, gəlin bu barədə də düşünək! Büdcəsəki pullarımız nağdıdır, gəlin, atalar demiş, nisyə olanların da aqibətinə əl gəzdirək. İmkan verməyək ki, Azərbaycan dövlətinin və xalqının boğazından kəsilib xaricə daşınan pullar burdakı yetimlərə deyil, ordakı milyarderlərə qismət olsun...
Asif MƏRZİLİ

GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası üçün 4 milyon manat ayrıldı

    İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin ...

    24-01-2017, 20:56

  • 
  • İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin ediləcək

    İşğaldan azad olunmuş bölgələrdə əhalinin ...

    2-02-2021, 15:06

  • 
  • Prezident İlham Əliyev tədris mərkəzinin yaradılması və kadr hazırlığı ilə bağlı sərəncam imzalayıb

    Prezident İlham Əliyev tədris mərkəzinin ...

    13-09-2018, 21:56

  • 
  • İlham Əliyev Azərbaycanda azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında sərəncam imzalayıb

    İlham Əliyev Azərbaycanda azad iqtisadi zonalar ...

    1-06-2017, 03:30

  • 
  • İlham Əliyevdən işğaldan azad edilmiş kəndlərin bərpası ilə bağlı sərəncam

    İlham Əliyevdən işğaldan azad edilmiş kəndlərin ...

    16-02-2021, 20:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu