GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mehdiyevin qırmızı yalanları darmadağın edildi: bacanaqlarla monopoliya, türk firmasına kələk, daha nələr, nələr...-DE-FAKTO

Mehdiyevin qırmızı yalanları darmadağın edildi: bacanaqlarla monopoliya, türk firmasına kələk, daha nələr, nələr...-DE-FAKTO

Tarix: 13-12-2021, 15:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 601


Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Səfər Mehdiyev bəzən özünü Saakaşvili kimi reformist libasında görür. Bu blefi ictimaiyyətə üfürməklə gözdən pərdə asacağını zənn edən gömrük şefi, bəlkə də özü də bilmədən hansı mifi dağıtdığının fərqində deyil.


S.Mehdiyev gömrük səltənətinin başına gətiriləndə ilk yekəxana açıqlaması belə olmuşdu ki, bir qəpik rüşvət olsa istefa verərəm. Ondan sonra saysız-hesabsız rüşvət, korrupsiya faktları qeydə alındı, sahibkarlar yüzlərlə şikayət, bürokratik əngəl sübutları meydana çıxardılar, amma general vədinə xila çıxıb istefa vermədi.
Bu günlərdə yenidən media qarşısına çıxan gömrük rəisi yenə də populist, boğazdan yuxarı çıxışı ilə diqqət çəkib. Əvvəla, o, çoxlarının gözündən yayınan bir incə detala toxunur; S.Mehdiyev deyir ki, bu cür genişmiqyaslı hücumlardan sonra məndə də müəyyən şübhələr yaranır, özümə sual verirəm: doğrudanmı, bu sifarişdir. Ehtimal ki, bəli.
Bu onun cavabıdır və belə düşünür ki, barəsində, o cümlədən gömrük sistemi haqda mətbuatda gedən tənqidi materiallar sifarişdir. Əgər belədirsə, görəsən DGK rəisinin düşmənləri kimdir, hansı güclər əlindəki media rıçaqlarından istifadə etməklə ona hücumlar təşkil edir və niyə edir? Hər halda cənab Mehdiyev sifariş verənin kimliyini də bilməmiş olmaz, əgər varsa...
Amma bizi maraqlandıran tərəfi yenidən gömrük sistemi haqda söylədiyi fikirlərdir. Mehdiyev sahibkarlara çağırış edir ki, rüşvətxor gömrükçülərin adlarını çəkin! Sonra bildirir - Biz inhisarçılara “Yox” deyirik!
Əlbəttə, bundan əvvəl rüşvətlə tutulan gömrük əməkdaşlarını Mehdiyev yəqin ki, unutmuş olar. İndisə haqlıdır, rüşvət elə leqallaşdırılıb ki, əldən almağa zərurət qalmayıb.

Amma inhisarçılıqla bağlı tamamilə qırmızı yalan qarşısındayıq. Gömrükdə brokerlər, monopolistlər, Mehdiyevin özünə yaxın şəxslərin şirkətləri elə bir inhisar yaradıb ki, sahibkarlar nəfəs ala bilmirlər.
Biz çox uzağagedən nəticələr çıxarmadan elə gömrük şefinin monopolist qohumlarının adlarını açıqlaya bilərik, ondan sonra inhisarçılığa necə “yox” dedikləri aydın olacaq.
Bir: Səfər Mehdiyevin bacanaqları...rəsmən inhisarçıdırlar və onların hər biri ayrıca sahəyə nəzarət edirlər. Onun Gündüz adlı bacanağı “Babək” və “Orxan” şirkətlərinin sahibidir.
O, Hindistandan ölkəmizə idxal olunan camış ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib.
Eyni zamanda Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərovla quda olan Gündüz Xırdalandakı ət-toyuq idxalı müəssisəsinə rəhbərlik edir, oğlu isə Sumqayıtdakı tekstil fabrikinin başında durur.
Başqa bir bacanaq: Azər isə Azərbaycana gətirilən avtomobil mühərriki yağlarını monopoliyasına alıb. O, həmçinin, böyük transport şirkətinin sahibidir. Bu şirkət isə Azərbaycana elə adamların yüklərini gətirir ki, həmin adamlar gömrükdə kimə nə qədər rüşvət verəcəklərini əvvəlcədən bilirlər.
Bu şirkət gömrükdə haqqını tələb edən heç kimin malını ölkəyə gətirmir. Bir neçə dəfə tanımadığı müştərilərin yüklərini daşıyan şirkət rəhbərliyi gömrükdə onların haqq tələb etməsinin və rüşvət verməkdən imtinasının ardından bu cür müştərilərlə işləməkdən vaz keçiblər.
Ümumiyyətlə, Mehdiyev Gömrük Komitəsinin birinci müavini olduğu müddətdə yaxın-uzaq qohumlarını işlə təmin edib. Yəni demək olar ki, DGK başdan-başa onun qohumlarından ibarətdir.
Gundemxeber.Az Anaxeber.info-ya istinadən bildirir ki, işə qəbula S.Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edir. Bu gün Qulu Tarquliyevin övladları Əli Tarquliyev, Zeynal Tarquliyev, İlham Tarquliyev Gömrük Komitəsində müxtəlif vəzifələr tutmaqla qısa müddət ərzində bahalı maşınlar, dəbdəbəli villalar sahibidirlər. Bəs bunun harası inhisarçılıq deyil, hörmətli Mehdiyev?!
Necə mətbuat önünə çıxaraq ictimaiyyətə, iş adamlarına absurd yalanlar danışa bilirsiniz? İnhisarçılığa “yox” demək üçün elə bacanaqların gömrükdə monopolistliyinə son qoymaq lazımdır.
Əgər rəhbər şəxs çevrəsindəkilərlə gömrükdə monopoliya yaradıbsa, ondan rütbəcə aşağı olan gömrük məmurlara daha nə demək olar?

Biz faktlarla yazmağı və danışmağı sevirik. Gəlin, Mehdiyevin verdiyi müsahibədən sonra gömrükdə əsl reallığın nə olduğuna nəzə yetirək: məşhur ad “Karqo Şamil”. Heydərov Şamil Hilal oğlundan söhbət gedir.
İllərdir ki, gömrükdə baş inhisarçılardan biridir. Xaricdən, xüsusilə də Çindən Azərbaycana mal gətirmək istəyən sahibkarların ona mütləq işi düşür.
Çindən və digər ölkələrdən Şamil Heydərovun adına 10-20 TIR yük gəlir. Başqa yüklərdən fərqli olaraq, onun sifariş verdiyi mallar Azərbaycanın gömrük keçid məntəqələrindən yubanmadan keçə bilir.
Həmin yüklər əsasən “Xəzri-2018" MMC (Direktoru Cəfərov Mirsamir Mircəfər oğlu, təsisçisi Vəliyev Vəzir Xudab oğlu), "Mirstar" MMC (Təsisçisi və direktoru Əliyev Mirzə Musa oğlu), "Odlar Yurdu-2018" MMC (Direktor Heydərov Kənan Rəhim oğlu, təsisçisi Heydərov Şamil Hilal oğlu), "Teyyub-2007" MMC (Təsisçisi və direktoru Əkbərov Xəyyam Teyyub oğlu), "Texnologi" MMC (Direktoru Həsənov Hüseyn Cəmşid oğlu, təsisçisi Heydərov Kamal Şamil oğlu) kimi şirkətlər tərəfindən Şamil Heydərovun sifarişilə gətirilir. Özü də bu MMC-lərin adları nədənsə 3-4 aydan bir dəyişdirilir.
Yuxarıda adları qeyd olunan şirkətlər arasında Şamil Heydərovun və oğlu Kamal Heydərovun təsisçisi olduğu MMC-lər də var. Bunlar "Odlar Yurdu-2018" MMC və "Texnologi" MMC-dir. İndi hörmətli Mehdiyev, ortaya çıxan bu qədər faktların adı monopoliya və inhisarçılıq deyil, bəs nədir?!
Həmçinin Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, Mehdiyevin baldızı oğlu Rəfail Niftəliyevlə bağlı yayılan ittihamlar, onun monopoliya fəaliyyəti haqda yazılanlar da media səhifələrində hələ də qalır.
Nəhayət, iqtisadçı, sabiq deputat, hazırda iş adamı olan Nazim Bəydəmirlinin Mehdiyevin verdiyi müsahibəyə cavab olaraq ortaya qoyduğu faktlar göz deşir.
Sitat: “Gömrük Komitəsinin sədri yenə bəyan edib ki, bizə inhisarçılar təsir edə bilmir. Bir Türkiyə şirkəti Qarabağda olan işləri üçün məndən qiymət təklifi istəmişdi.
Görüşdük, təklif verdik. Qubadlı təhvili 623 usd, özləri də demişdilər ki, "Baku steel" 1300 manat+ƏDV satır, ancaq mal da verə bilmirlər, növbədir və s...
Mən də məsləhət gördüm ki, gedin gömrükdən malınızı aldığınız qiymətə buraxacaqlarsa, daha keyfiyyətli və ucuz qiymətə bizdən alarsınız.
Bizim verdiyimiz malın üstünə 15% gömrük rüsumu da tətbiq etdikdən sonra, yenə "Baku steel"-in malından sərfəli gəlir. Ancaq Gömrük Komitəsi 623 usd əvəzinə "bəyannamə qiymətini" 800 usd olacağını deyib və beləliklə həm "süni qiymət artımı" yaradır, həm də yerli istehsalçının "monopoliyasına" dəstək verir.
Xaricinin də heç nəyi getmir, sadəcə Qarabağın bərpası planı adı altında tikdikləri layihələr Azərbaycan büdcəsinə 2-3 qat baha başa gələcək və biz xalq olaraq gömrükçülərin şəffaf işləmələri haqqında “nağıllar” eşidəcəyik.
Zəhmət olmasa jurnalistlər getsinlər Gömrük Komitəsinin “labarotoriya”-sının qarşısına və yazıq, yetim sahibkarları çəksinlər ki, onlar oraya niyə göndərilirlər və məqsəd nədir?”
Vəssalam, cənab Mehdiyev, artıq sözə nə hacət?!


Gundemxeber.Az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səfər Mehdiyev daha bir generalı işdən çıxardı - General-mayor Salayevi polkovnik əvəzlədi

    Səfər Mehdiyev daha bir generalı işdən çıxardı - ...

    30-05-2018, 12:27

  • 
  • Gömrükdə səs-küylü həbslər - Səfər Mehdiyev hardadır?

    Gömrükdə səs-küylü həbslər - Səfər Mehdiyev ...

    18-05-2021, 14:22

  • 
  • Səfər Mehdiyev qara işləri onun əli ilə görür... - İDDİA

    Səfər Mehdiyev qara işləri onun əli ilə görür... ...

    16-11-2018, 16:09

  • 
  • Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə verdi – Eksklüziv

    Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə ...

    7-12-2018, 13:38

  • 
  • “Dərman mafiyası”na görə işdən çıxarılan generalın yerinə TƏYİNAT

    “Dərman mafiyası”na görə işdən çıxarılan ...

    15-05-2018, 11:37


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu