GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məmurların Samuxdakı sirli xəzinələri - ŞOK İDDİA //VİDEO

Məmurların Samuxdakı sirli xəzinələri - ŞOK İDDİA //VİDEO

Tarix: 21-12-2021, 12:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 529


 74 yaşlı A.Qocayev, 29 yaşlı Samux rayonunu cəmi 9 ildə əldən salıb. Bunu biz yox, onun 9 ildir İcra başçısı olduğu Samux rayon sakinləri deyir.






Yaxın günlərdə çoxsaylı Samux sakinlərinin israrlı xahişi ilə Samux rayonunda qonaq olduq. Təsəvvür edin ki, gəlişimizdən xəbər tutan ürəyidolu sakinlər hətta gecəni səhərə qədər ardı-arası kəsilmədən qonaq olduğumuz evə axışıb gəlirdilər.

"Ürəyidolu" ifadəsini yuxarıda əbəs yerə işlətmədik. İcra başçısı Alı Qocayevin, eyni zamanda Nabığalı kənd İcra nümayəndəsi Elşən və Bələdiyyə sədri Xətai Cəfərovun adlarını çəkdikcə bir neçə ilin üst-üstə yığılan hiddəti sakinlərin gözlərində qığılcım saçırdı.

Samux sakinləri deyir, "İcra başçısı Alı Qocayev sakinlər arasında ayrıseçkilik salır". Məsələn Gəncə şəhər sakini Məmmədbəyova Şəms Elburus qızını Əhmədbəyli kəndindəki Körpələr evi-uşaq bağçasına müdirə təyin etməsi, həmçinin Şəms xanımın anası Səadət Məmmədbəyovanı da Sərkar kənd Musiqi məktəbinə direktor təyin etməsi Samux sakinlərinə qarşı "ögeylik" münasibəti göstərməsinin nümunəsidir. Özü də daha maraqlı olan da burasıdır ki, "gununsesi.info"nun da araşdırmasına görə nə Şəms xanımın özünün, nə də direktor anasının ali təhsili yoxdur. Deyəsən, bu ana-balanın "toruna qızıl balıq düşüb". O qızıl balıq da onların bir neçə arzusunu "anında" yerinə yetirib. Odur ki, necə olubsa birdən-birə ana və qızının Gəncə Müəllimlər institutundan diplomları "peyda olub". Təsadüfə baxın ki, Qocayevin anım gününü "bayram" kimi qeyd edən keçmiş məktəb direktoru xanımı da 2007-ci ildə həmin diplomdan alıb. Yəqin, Gəncə Müəllimlər institutu "daimi müştəri"si olan Qocayevə qiymətlərdə güzəşt edir, ya da Qocayev "endirim kompaniyası"ndan yaralanaraq, xanım+ları sevindirmək şansını əldə edə bilib. Sonra da hərəsinə bir vəzifə hədiyyə edib.

O zaman sual yaranır, Samux rayonunda o vəzifəyə layiq bir kimsə yox idi mi, Qocayev Gəncədən "sifariş verirdi"?.

Düşünəndə ki, layiq insanlar var idi, təhsillisi yox idi, o da uyğun gəlmir. Çünki, zatən adıçəkilən xanımların da hardan, nə vaxt diplom aldıqları göz qabağındadır.

O zaman belə çıxır ki, Samux sakinləri narazı olmaqda və bəzi digər açıqlamalarında haqlıdırlar.

74 yaşlı Qocayev bir neçə İllərdir ki, Binəqədi rayonunu, ardından da Samux rayonunu demək olar ki, şəxsi mülkü kimi istifadə edir. Binəqədi rayonundan Samux rayonuna "transfer" edilən Qocayev həyat yoldaşının adına olan fermaları, villası, həmçinin Samux rayonunda meyvə bağları, heyvandarlıq ferması, şəxsi villaları, həmçinin bəzi xarici ölkələrdə iş adamı kimi tanınan prokuror oğlunun adına olan biznesləri, qızının, kürəkəninin, həyat yoldaşının adlarına olan mülkləri, biznesləri ilə dəfələrlə yerli media gündəmində özünəməxsus yer alıb. Buvaxta qədər haqqında heç bir tədbir görülməməsi də Tanrının günahkar bəndələrinə xətalarını təlafi etmək üçün verdiyi zaman sürəsidir yəqin.

Qeyd: Yeri gəlmişkən, bütün iddialar barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Samux rayon İcra Hakimiyyətinin rəsmi internet saytında yerləşdirdiyi telefon nömrələri ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, dəstəyi qaldıran olmadı.

Əlqərəz...

2005-ci ildən bu günə qədər, yəni 74 illik ömrünün 16 ilini sırf İcra başçısı vəzifəsində çalışan Alı Qocayevin əməllərindən və şəxsi mülkiyyətindən saymağa və danışmağa ömrümüz yetməz. Odur ki, rayon İcra başçısının əməlləri barəsində qısa xatırlatma edib, keçək başçıdan örnək alan İcra nümayəndəsi və Bələdiyyə sədrinin haqqındakı iddialara.

Belə ki, Samux rayon Nabığalı kənd sakinləri iddia edir ki, Alı Qocayevin sözügedən kəndə nümayəndə təyin etdiyi Elşad adlı şəxs onların mövcud problemlərini görməzdən gəlir, onları dinləmir.

Nabığalı kənd sakini Həsənova Zəminə Səməndər qızı deyir:

- "Yaşadığım küçənin yolları bərbad vəziyyətdədir. Övladım birinci qrup əlildir. Mən min bir əziyyətlə ona kalyeska (əlil arabası) alıb gətirmişəm ki, hərdən bir də olsa övladımı çıxarıb təmiz havada gəzdirim. Küçəyə çıxaran kimi arabanın təkərləri zay oldu, yararsız vəziyyətə düşdü. Bir neçə gün əvvəl övladımın "sudurğa"sı tutdu, vəziyyəti ağırlaşdı deyə təcili tibbi yardım çağırdım. Yardıma gələn təcili tibbi yardım maşınının (ambulans) küçədə təkərləri partladı. Neçə dəfələrlə icra nümayəndəsinə də, bələdiyyə sədri Xətai Cəfərova da demişəm, elə deyirlər düzələcək. İcra başçısının da qəbuluna düşə bilmirəm ki, sözümü ona deyim."



P.S: Sakinlərin iddiaları barəsində qarşı tərəf olaraq İcra nümayəndəsi Elşad adlı şəxslə telefon əlaqəsi saxladıq. Elşad adlı şəxs sakinlərin iddiasının tamamilə əsassız olduğunu bildirdi. Elə telefonla danışdığımız zaman sakinlərin narazı səs-küyünü eşitdikdə isə, "düzəldəcəyik də, ay Zəminə, nolub" - deyə cavab verdi.

Nabığalı kəndinin digər sakinləri Arzu və Samir İsmayılov qardaşları da həm İcra başçısı Alı Qocayevdən, həm də icra nümayəndəsi Elşəndən və bələdiyyə sədri Xətai Cəfərovdan gileylidir.

İsmayılov qardaşları kimlərdir?

Gundemxeber.Az doğruxeber.az-a istinadla bildirir ki, Arzu  və İsmayılov qardaşları erkən yaşlarında hər iki valideynlərini itiriblər. 2020-ci ilin sentyabr ayında başlayan ikinci Qarabağ müharibəsi zamanında Samir İsmayılov könüllü olaraq müharibədə iştirak edib. Bu gün onlar valideynlərindən qalan köhnə, uçuq damda yaşayırlar. Arzu İsmayılov artıq ailə qurub, iki övladı var. Qardaşı Samir İsmayılov da artıq yaşının keçdiyini, ailə qurmaq istədiyini, lakin bunun üçün evinin və maddi imkanının olmadığını deyir.
Qeyd: Biz Samuxda olduğumuz zaman Arzu İsmayılovun da evində olduq və yaşadığı evi həm gördük, həm də gördüklərimizi lentə aldıq. Həqiqətən də ev çox bərbad və qəzalı vəziyyətdədir.

Samir İsmayılov iddia edir ki:

- "Mənim az yaşım yoxdur. Ailə qurmaq istəyirəm. Lakin, balaca uçuq evdə iki ailə yaşamaq mümkün deyil. Hələ tək özüm qardaşım və ailəsi ilə birlikdə çətinliklə yaşayıram, o ki, qaldı mən orda ailə saxlayım. Dəfələrlə, bələdiyyə sədri Xətai Cəfərova müraciət etmişəm ki, mənə həyətyanı torpaq payı versin. Özüm üçün orda balaca dam tikib, ailəmi qurub, içinə yığılım. Bələdiyyə sədri uğrunda canımı verməyə hazır olduğum torpaqdan mənə bir neçə sot ayırıb vermir. Halbuki, kəndin düz yanında Xətai Cəfərovun özünün meyvə bağları, şəxsi fermaları var.

Kəndin yanında "çınqıllıq" deyilən ərazi var. Ora zibil gətirib tökürlər. Kəndi iyrənc günə qoyublar. Nəfəs ala bilmirik, üfunət qoxuyur. Sakinlər dəfələrlə şikayət etdikdən sonra 1-2 dəfə bulduzer gətirib zibili o tərəf-bu tərəfə çəkib öz fermasına və satdığı bələdiyyə torpaqlarına gedən yolu açıb, vəssalam. İndi də həmin zibilliyi bulduzerlə təmizləyib, həyətyanı torpaq sahəsi kimi camaata satır. Mənə isə haqqım olan torpaq payımı vermir."



P.S.S: Qardaşların iddiaları ilə bağlı qarşı tərəf olaraq bələdiyyə sədri Xətai Cəfərov ilə telefon əlaqəsi saxlayıb, haqqında sakinlərin bəzi iddialarının olduğunu və həmin ərazidə olduğumuzu bildirdik. Bələdiyyə sədri bizi idarəyə dəvət etdi və məsələyə üzbəüz danışıb, aydınlıq gətirmək istədiyini bildirdi. Biz də öz növbəmizdə bələdiyyə sədrinin fəaliyyət göstərdiyi İnzibati binaya yollandıq. Söhbətimiz əsnasında Xətai Cəfərov da İcra nümayəndəsi Elşadın sözlərini təkrar edərək, deyilənləri təkzib etdi. Kəndin ondan narazılıq edən hansı sakininin adını çəkdiksə, Xətai müəllim cavab verdi ki, "onu yaxşı tanıyıram. Onun başı çatmır, yalan danışır."

Xətai Cəfərovun sözlərindən belə başa düşülür ki, onun bələdiyyə sədri olduğu Nabığalı kəndinin tək normal sakini elə o özüdür.

Nabığalı kəndinin digər sakini İsmayılova Gülnarə Rəhim qızı deyir:

- "58 yaşım var. 5 övlad anasıyam. Övladımın birini kiçik yaşlarında itirmişəm. Digərləri böyüyüb, hərəsi bir ailə sahibidir. 61 yaşlı həyat yoldaşımla birlikdə yaşayırıq. Yoldaşım xəstədir. Əmək qabiliyyəti yoxdur. Heç birimiz də pensiya almırıq. Deyirlər yaşınız düşmür. Mən heç çoxuşaqlı ana kimi də pensiya almıram. Dəfələrlə İcra hakimiyyətinə müraciət etmişəm ki, heçolmasa mənə xadimə işi versinlər ki, ən azından işıq pulu, qaz pulu və digər kommunal xərcləri ödəyə bilim. Gah işığımız, gah qazımız borca görə kəsilir, soyuq, qaranlıq evimdə günlərlə ac otururuq. Övladlarımın da maddi durumu çox zəifdir. Onlar da güclə dolanırlar. İcra Hakimiyyəti də məni gah qəbul etmir, qəbul edəndə də deyir, "get gözlə". Mən nə qədər gözləməliyəm?! Gözləyənə qədər acından ölürük axı."



Nə İcra başçısından, nə onun nümayəndəsindən, nə də bələdiyyə sədrindən yarımayan sakinlərin gileyli olduqları daha bir məmur da xüsusi tapşırıqla seçməyə məcbur olduqları millət vəkili Nizami Səfərovdur. Sakinlər deyir ki, Nizami Səfərovu bir seçkiqabağı küçələrdə rast gəldikləri plakatlarda görüblər, bir də internetdə axtaranda "google" axtarış sistemində. Vəssalam.

Amma, görünür Nizami Səfərovun da başı digər vəzifələrinə və şəxsi şirkətlərinə qarışdığından Samux rayonunu yaddan çıxarıb.

Xeyirli olsun, deyirlər bu ilin əvvəlində Nizami Səfərova daha bir vəzifə verilib. O Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

Amma, bu 61 yaşlı Nizami müəllimə qarşı "haqsızlıq" deyilmi?!

Bu yaşda bu qədər işi necə çatdırsın?! Üstəlik də şəxsi şirkətləri. Samux rayon sakinləri də bir yandan "problem yaradır"lar.

Samux sakinləri dərdlərini bölüşmək üçün vəkil seçdikləri Nizami Səfərovu axtarır, Səfərov da "yenixeber.org"un dediyinə görə Səbail rayon Badamdar qəsəbəsində yeni tikililəri üçün "təmizlik" işi aparır. "Gözünün tutduğu" ərazilərdə yaşayan sakinləri "təmizləyir".

Çox təəssüflər olsun ki, burda sadaladıqlarımız hələ Samux rayonunun bir kəndinin, bəzi sakinlərinin gileyidir. Kəndin digər sakinlərini, o cümlədən ümumilikdə Samux rayon sakinlərinin hamısının dərdini ayrı-ayrılıqda yazıb nə izləyicilərimizi, nə də özümüzü yormaq istəmirik. Nəticədə hamının problemi də, problemi yaradanları da eynidir.

Güman edirik ki, İnformasiya agentliyini özlərinə dərd ortağı və səslərini ölkə başçısına çatdıra biləcək ümid yeri hesab edən Samux sakinlərinin harayına ölkə başçısı özü yetişəcəkdir.
(Samux rayonunda səhiyyənin və təhsilin vəziyyəti də ürəkaçan deyil. Bu barədə ətraflı qarşıdakı günlərdə.)

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Samuxda SAXTA DİPLOM QALMAQALI... - İTTİHAM

    Samuxda SAXTA DİPLOM QALMAQALI... - İTTİHAM ...

    30-06-2021, 14:38

  • 
  • "Samux batır… Bizi Alı Qocayevin əlindən xilas edin" - Şikayət var...

    "Samux batır… Bizi Alı Qocayevin əlindən ...

    31-03-2015, 18:56

  • 
  • İCRA BAŞÇISININ MÜLKLƏRİNİN VƏ TORPAQ SAHƏLƏRİNİN SİYAHISI… - Ali Qocayev Samuxu “özününküləşdirib” / VİDEO

    İCRA BAŞÇISININ MÜLKLƏRİNİN VƏ TORPAQ SAHƏLƏRİNİN ...

    13-07-2021, 11:35

  • 
  • Samuxun icra başçısı Alı Qocayev 500 dana saxlayır

    Samuxun icra başçısı Alı Qocayev 500 dana saxlayır ...

    16-04-2014, 10:41

  • 
  • İcra başçısı hektarlarla torqaq sahəsini ələ keçirib - İTTİHAM

    İcra başçısı hektarlarla torqaq sahəsini ələ ...

    8-06-2021, 13:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu