GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Akif Əliyev yox, icra başçısı İradə Gülməmmədova həbs edilməli idi” – PREZİDENTƏ MÜRACİƏT

“Akif Əliyev yox, icra başçısı İradə Gülməmmədova həbs edilməli idi” – PREZİDENTƏ MÜRACİƏT

Tarix: 22-12-2021, 16:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 552


Abşeron rayonun keçmiş baş memarı, hazırda həbsdə olan Akif Əliyevin ailə üzvü Tofiq Cəlalov Prezident İlham Əliyevə müraciət edib.

Müraciəti qısa ixtisarla təqdim edirik: “Cənab Prezident, düz ilyarımdır ailəmiz çox nəhəng bir haqsızlıqla üz-üzədir. Memar olaraq istedadını, iş bacarığını və zəngin təcrübəsini nəzərə alaraq sərəncamınızla “Əməkdar memar” fəxri adına layiq gördüyünüz Abşeron rayonunun baş memarı Akif Əliyev heç bir hüquqi əsas olmadan rüşvətalma (311-ci maddə) ittihamı ilə həbs edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə o, 10 (on) 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Halbuki Akif Əliyev yox, icra başçısı İradə Gülməmmədova həbs edilməli idi. Çünki Abşeron rayon sakinlərinin çoxsaylı şikayətləri memardan deyil, icra başçısından olduğundan Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bütün faktlar icra başçısının adına, ünvanına yazılmışdı və ittihamlar bütövlükdə icra başçısının səlahiyyətlərinə aid olmuşdu. Lakin qısa zaman kəsiyində İradə Gülməmmədovanın milyonları haqqa qalib gələrək başçının adına tərtib edilmiş bütün sənədlər dəyişdirilmiş, İradə Gülməmmədova “sudan quru çıxmış”, Akif Əliyev memarın səlahiyyətlərinə aid olmayan qondarma ittihamlarla 2020-ci ilin iyun ayının 23-də həbs edilmişdir.

Cənab Prezident, xahiş edirik, ölkə başçısı olaraq göstəriş verin, telekanallar vasitəsilə xalqa müraciətlər ünvanlansın. Əgər bir nəfər tapılsa və desə ki, Akif Əliyevə rüşvət vermişəm, onda qoy Akifin cəzası ömürlük olsun. Mümkün deyil, Akif Əliyev icra başçısı, talançı İradə Gülməmmədovanın cəzasını çəkir, onun heç bir günahı yoxdur. Düz ilyarımdır başımıza gələn müsibətlər barədə əlaqədar hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayətlər yazıb göndəririk. Lakin heç kimdən cavab ala bilmirik, heç bir orqan dəvət edib bizi dindirmir. Məhkəmələrin fəaliyyəti üzərində nəzarət hüququ olan Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova, Respublikanın Baş prokuroru cənab Kamran Əliyevə onlarla müraciət yazıb göndərmişik, imdad diləmişik, heç kimdən səs-səmir çıxmır.

Görünən budur ki, cənab Prezident, bu gün ölkədə vətəndaşların ərizə, şikayət və təkliflərinə baxılması iflic vəziyyətindədir və bu da haqlı olaraq xalqın narazılığına səbəb olur, ölkədə gərginlik yaradır. İzn verin, bir daha icra başçısı İradə Gülməmmədovanın fəaliyyətini analiz edək. Unudulmaz Heydər Əliyev həkimlik peşəsini ən şərəfli peşə adlandırırdı. İradə Gülməmmədova ixtisasca həkimdir. O, Abşeron rayonunda poliklinikanın baş həkimi işləmişdir. Baş həkim işlədiyi dövrdə onun istər Bakıda, istərsə də Abşeron rayonunda çoxlu sayda obyektləri var idi. İndi isə Abşeron rayonunu icra başçısı kimi obyektlərinin sayını, hesabını bilmir. Əgər desək ki, rayonu hərraca qoyub, yanılmarıq. Rayonda bir qarış torpaq qalmayıb, satılıb. İradə Gülməmmədova bu gün iki yol ayrıcındadır: Ya tutdurduğu Akif Əliyevi azadlığa qovuşdurmalıdır, ya da özü həbs edilməlidir.

Hörmətli cənab Prezident, ünvanınızı ümid, pənah məbədi hesab edib qapınıza təşrif gətirmişik. Siz ən çətin dramatik anlarda belə xalqımızı tənha qoymamısınız, heç kimdən köməkliyinizi əsirgəməmisiniz.

Sizi kimsəmiz hesab edirik və xitabən Sizə müraciət ünvanlayırıq:

Hər kimsənin var kimsəsi,

Biz kimsənin yox kimsəsi. 

Ey kimsəsizlər kimsəsi

Biz kimsənin ol kimsəsi.

Siz həqiqətən də kimsəsizlərin, tərəfsizlərin, arxasızların kimsəsisiniz. Siz, cənab Prezident, xalqımızı, vətənimiz Azərbaycanı qanı canı qədər sevən Prezidentsiniz. Nümunə üçün deyə bilərəm ki, bir neçə il öncə İsmayıllı rayonuna səfərinizi, ictimaiyyət nümayəndələri ilə, eləcə də Aztelekomun rəisi olaraq mənimlə mehriban, səmimi görüşünüzü çox gözəl xatırlayıram və çəkdirdiyimiz xatirə şəklini qoruyub saxlayıram. Heç kimə sirr deyil ki, Siz ona görə aramsız uğurlara imza atırsınız ki, həmişə xalqın arasındasınız. Qədim bir şərq məsəlində deyildiyi kimi: “Arxası el olanın başı göylərə dəyər”.

Allah Sizi qorusun, kölgənizi xalqımızı başı üstündən əskik etməsin!

Hörmətlə: Tofiq Cəlalov”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Abşeron rayonuna səfər edib

    Prezident Abşeron rayonuna səfər edib ...

    16-11-2017, 10:35

  • 
  • İRADƏ GÜLMƏMMƏDOVA GƏNCLƏRƏ FƏXRİ FƏRMAN VERDİ - FOTO/VIDEO

    İRADƏ GÜLMƏMMƏDOVA GƏNCLƏRƏ FƏXRİ FƏRMAN VERDİ - ...

    2-02-2019, 22:15

  • 
  • Abşeron RİH Qarabağ əlilinə Sarkisyana müraciət etməyi məsləhət görür?

    Abşeron RİH Qarabağ əlilinə Sarkisyana müraciət ...

    25-05-2017, 16:42

  • 
  • İradə Gülməmmədova Görədil kəndidə növbəti səyyar qəbul keçirdi-Foto

    İradə Gülməmmədova Görədil kəndidə növbəti səyyar ...

    9-02-2019, 11:00

  • 
  • İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək

    İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə ...

    18-01-2019, 23:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu