GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » XİN-də kosmetik “islahatlar”

XİN-də kosmetik “islahatlar”

Tarix: 7-01-2022, 13:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 733


2021-ci ilin sonlarında xarici işlər nazirliyində islahat görüntüsü yaratmaq məqsədilə bəzi vəzifə dəyişiklikləri, yerdəyişmələr edilib. Mətbuatda haqlarında ciddi korrupsiya və digər qanunsuzluq iddiaları yer almış bəzi XİN vəzifəli şəxslərinin yerləri dəyişdirilib.


Onlardan keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun qanunsuz olaraq mənzil tikintisi şirkətinin rəhbəri qoyduğu Elxan Azayev Avropa ölkələri idarəsinin rəisi vəzifəsindən azad olunaraq müavin təyin edilib.

Digər qalmaqallı XİN məmuru – Amerika ölkələri idarəsinin rəisi Anar Canəhmədov tutduğu postdan çıxarılaraq Moskvaya, Müstəqil Dövlətlər Birliyi təşkilatında vəzifəyə göndərilib. Anar Canəhmədov XİN-də səs-küylü korrupsiya həbslərinin əsas fiqurantlarından olan maliyyə idarəsinin keçmiş rəisi Lamiyə Canəhmədovanın həyat yoldaşıdır. Onların ər-arvad olduqları halda XİN-də qanunsuz olaraq yüksək vəzifələr tutaraq bundan öz karyera və maddi mənafeləri üçün istifadə etmələri üzə çıxmışdı. Lamiyə Canəhmədova əvvəlcə DTX tərəfindən saxlanılıb sorğu-suala tutulsa da, sonradan burxılmış, hətta maliyyə idarəsinin müavini də təyin olunmuşdu. Yalnız bir müddət sonra müavinlikdən də kənarlaşdırılmışdı.

Digər təyinat XİN-in arxiv idarəsinə olub. Azərbaycanın İranda və Tacikistanda sabiq səfiri Abbasəli Həsnənovun qardaşı Bayram Həsənov bu idarənin rəisi təyin edilib. Bayram Həsənovun uzun müddət XİN-də və səfirliklərdə işlədiyi bildirilir. Lakin onun da xarakterində idarəçiliyə, rəhbər şəxsə uyğun gəlməyən qüsurlar olduğu deyilir. Bayram Həsənovun tabeçiliyindəki əməkdaşlarla etik davranmadığı, onlara qarşı lazımsız, yersiz sərtlik, qeyri-adekvat davranış və münasibət nümayiş etdirməsi haqda iddialar mövcuddur.

Barələrində mediada ciddi ittihamlar irəli sürülmüş XİN-in digər məmurları isə vəzifələrdə qalıblar. Onlardan xüsusilə XİN-in hüquqi-təminat idarəsinin rəisi, üstəlik kollegiya üzvü Hüseyn Hüseynov tutduğu postu hələ də saxlamaqda davam edir. Onun vaxtilə Azərbaycanın Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri olduğu vaxt ciddi korrupsiya əməllərində ittiham edilməsi ilə bağlı mediada yazılar gedib. Hüseyn Hüseynovun həmçinin XİN-dəki haqsızlıqlara, qeyri-qanuni əməllərə, ədalətsizliyə saxtalıqla qanun donu geyindirilməsində əsas rol oynadığı bildirilir. Onun hüquqları pozulan nazirlik əməkdaşlarının əleyhinə ədalətsiz məhkəmə hakimləri vasitəsilə qanunsuz qərarlar çıxartdırdığı haqda məlumatlar var.

Hüseyn Hüseynovdan başqa vaxtilə onun əsas hamisi olmuş, nazir müavinliyindən çıxarılsa da xüsusi tapşırıqlar üzrə səfir vəzifəsinə keçən Nadir Hüseynov, protokol idarəsinin sabiq rəisi Pərvin Mirzəzadə, Azırbaycanın Rumıniyadakı keçmiş səfiri, hazırda həbsdə olan Eldar Həsənovun əlaltılarından Fərid Abdinbəyov və digərləri də XİN-də tutduqları postlarda qalmaqdadırlar.

Son vəzifə dəyişikliklərinin XİN-də gözə kül üfürmək məqsədi daşıdığı hesab olunur. İndiki nazir Ceyhun Bayramovun bacarıqsızlığından başqa asan manipulyasiya olunması və korrupsionerləri himayə yolunu tutması iddia edilir. Nəticədə isə XİN-dəki bərbad mühit daha da pisləşməkdə və korrupsiya əvvəlkindən də şiddətli tüğyan etməkdədir.

XİN-dəki mənbələrdən biri nazirlikdə özbaşınalığın, dərəbəyliyin və ədalətsizliyin hökm sürdüyünü, qohumluq əlaqəsi və rüşvət olmadan hətta ən kiçik vəzifəyə belə təyinatın qeyri-mümkünlüyünü bildirib. Digər bir mənbə XİN-də bacarıq və savadlarına görə yox, himayə və əlaqə gücünə vəzifədə qalma və ya irəliləmənin mümkün olduğunu deyib. “XİN-də belə vəziyyət Elmar Məmmədyarov dövründən illərlə daha da kəskinləşərək indi də davam etməkdədir”, deyə mənbə vurğulayıb.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məmmədyarovun Nyu-Yorkda mənzillər almasına XİN-dən cavab: Şəxsi məsələsidir

    Məmmədyarovun Nyu-Yorkda mənzillər almasına ...

    28-05-2020, 16:42

  • 
  • Azərbaycan XİN rəhbəri Brüsselə getdi

    Azərbaycan XİN rəhbəri Brüsselə getdi ...

    17-12-2020, 10:32

  • 
  • XİN-də şok korrupsiya yemi: - diplomatlarla pullar kimlərin seyfində?

    XİN-də şok korrupsiya yemi: - diplomatlarla ...

    14-08-2020, 10:30

  • 
  • XİN-in iki vəzifəli şəxsi ev dustaqlığına buraxıldı

    XİN-in iki vəzifəli şəxsi ev dustaqlığına ...

    26-12-2020, 18:48

  • 
  • Elmar Məmmədyarov istefa ərizəsi yazıb – XİN RƏHBƏRİNİN İŞƏ ÇIXMAMASININ SƏBƏBİ BƏLLİ OLDU

    Elmar Məmmədyarov istefa ərizəsi yazıb – XİN ...

    16-07-2020, 13:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu