"Mən "Unibank" kimi, ogru, məsuliyyətsiz bank görmədim". Gundemxeber.Az bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupunda Arzu Hümbətova adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Dekabrın 29-dan 70.69 borcuma 72 manat artıq ödəniş etmişəm, ancaq balansımı artırmırlar. Mədaxil isə 70.69 manat göstərir. 500 manatlıq balansımı.... Borcumu tam ödəməyimə baxmayaraq, 498.74 saxlayırlar. Dekabrın 30-31 tarixlərində iki dəfə və dünən, həmçinin bu gün bir dəfə zəng etmişəm. Mənə tutarlı, məntiqli cavab verə bilmirlər.
Yola verirlər. İnternet adreslərinə yazıb, qəbzin şəklini də atmışam. Geri dönüs etmirlər. Suala cavab verə bilmədiklərinə görə "filiala yaxinlaş" deyirlər. İzah edirəm ki, ödənişi sizin terminalla ödəmişəm, niyə getməliyəm, səlahiyyət sahibi ilə əlaqələndirin... Cavab tapa bilmirlər".
Daha sonra narazzı vətəndaş digər "Unibank" müştərilərinə də müraaciət edir: "Sizə məsləhətim budur ki, qəti şəkildə bu bankdan istifadə etməyin... Balansdan pul oğurlayırlar..."
İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?