GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AMEA-da Rəyasət Heyətinin maaşları artırıldı: Alimlərinsə başı "payok"la aldadılır - MEHDİYEVŞİNA...

AMEA-da Rəyasət Heyətinin maaşları artırıldı: Alimlərinsə başı "payok"la aldadılır - MEHDİYEVŞİNA...

Tarix: 12-01-2022, 15:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 319

Ola bilsin ilkin növbədə Rəyasət Heyətinin maaşları artırılıb. Digər mərhələdə bütün əməkdaşların da maaşlarının artırılması nəzərdə tutulub”. Gundemxeber.Az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa AMEA-nın əməkdaşlarının- alimlərin əməkhaqqının artırılmamasının səbəblərini şərh edərkən qeyd edib.

Bilirik ki, Azərbaycan elminin vəziyyəti onsuz da acınacaqlı durumdadır. Bunun əsas səbəblərindən biri isə AMEA əməkdaşlarının çox aşağı maaş alması ilə bağlıdır. Maraqlıdır ki, büdcədən maliyyələşən bütün qurumların əməkdaşlarının maaşları artırılsa da, sıravi AMEA əməkdaşlarının – gənc və perespektivli alimlərin əməkhaqqları isə artırılmadı. Onsuz da yüksək maaş alan AMEA-nın Rəyasət Heyətinin maaşları isə artırıldı.
Heç kimə sirr deyil ki, AMEA-da çalışan və Azərbaycan elminin gələcəyi üçün “külüng çalan” gənc alimlərin maaşları onların daşıdıqları elmi-rütbəı ilə üst-üstə düşmür. Qiymət artımı zamanı hər dəfə ölkə daxilindəki qiymətləri xaricdəki, xüsusən də Avropadakı qiymətlərlə müqayisə edən hökümət üzvləri də yaxşı bilirlər ki, AMEA-da çalışan alimlərin maaşı gülüncdür və əslində rəmzi məna daşıyır. Çünki bizim alimimiz sıradan bir “JEK” fəhləsi qədər belə maaş almır və bu əndrabani hatarazlığı ortadan qaldırmaq üçün nə AMEA rəhbərliyi, nə də hökümətin iqtisadi qanadı heç bir addım atmır. Burda bir məsələyə diqqət çəkərək qeyd etmək istərdik ki, MEDİA haqlı olaraq jurnalistlərin maaşlarının ən azı 600 manat olmasını tələb edirsə də, AMEA rəhbərliyi uzun illərdir ki, öz alimlərinin haqqlarını müdafiə etmək üçün heç addım atmayıb. Nəinki addım, hətta cınqırlarını belə çıxarmayıblar.
Bunun fonunda isə əksəriyyəti sovet dönəminin tozlu arxuvlərinin təmsilçiləri olan AMEA-nın Rəyasət Heyətinin maaşları yenidə qalxıb. Sual olunur, niyə Rəyasət Heyətinin maaşları artır, amma sıravi AMEA əməkdaşlarının yox? Bunun səbəbini hökümətdən, ya da elə Maliyyə Nazirliyindən bir nəfər qalxıb məntiqli şəkildə izah edə bilərmi? Axı baş verən qiymət artımı hamının büdcəsində çatışmamazlıq yaratdığı kimi, alimlərin də ailə büdcəsində ciddi çatışmamazlıqlar yaradıb. Bəlkə hökümətdə elə hesab edirlər ki, alimlər hansısa “icad”ları ilə qiymət artımının fəsadlarından yayına biliblər?..
Bu vəziyyəti necə dəyərləndirmək olar? Hökümətin və eyni zamanda əməkdaşlarının alim deyil, süpürgəçi səviyyəsində yaşamalarına səssiz qalan AMEA rəhbərliyinin elmə və elm adamlarına belə münasibəti həm gənc alimlərə, həm də elmimizin gələcəyinə qarşı ədalətsizlik deyilmi?
Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili Fazil Mustafa ilə müzakirə edib.
Azərbaycan Milli Elimlər Akademiyasının sıravi əməkdaşlarının əmək haqqlarının artırılmamasının səbəbini və motivimi bilmədiyini qeyd edən millət vəkili  açıqlamasında alimlərinin maaşların mərhələ-mərhələ artırılmasını, yaxud da heç artırılmayacağını da bilmədiyini vurğulayıb:
“AMEA-nın Rəyasət Heyətinin maaşlarının artırılmasını, sıravi alimlərin maaşlarının hansı səbəbdən və hansı motivlə artırılmadığını bilmirəm. Rəyasət Heyətinin üzvləri də alimlərdir. Onların sayı da çox deyil. Yəqin ki, Azərbaycan Milli Elimlər Akademiyasında digər kateqoriyadan olan insanların da maaşları artırılacaq. Bir qurumun bir hissəsinin maaşını artırıb, digər hissəsinin maaşını artırmamaq kimi bir qayda yoxdur və açığı yaranmış bu vəziyyət mənim üçün də təəccüb doğuran məsələdir.
Ola bilsin ilkin növbədə Rəyasət Heyətinin maaşları artırılıb. Digər mərhələdə bütün əməkdaşların da maaşlarının artırılması nəzərdə tutulub. Çünki alimlərin sosial vəziyyəti doğrudan daha çox ağırdır.
Bir daha qeyd edim ki, mən yaranmış bu vəziyyətlə bağlı Azərbaycan Milli Elimlər Akademiyasının motivini bilmirəm. Maaşların mərhələ-mərhələ artırılacağını, yaxud da heç artırılmayacağını da bilmirəm. Bütün hallarda bu vəziyyətə bir açıqlama gətirilməlidir. Əgər alimlərin maaşları artırılmayacaqsa da, bunu məntiqli şəkildə əsaslandırmalıdırlar”.


Gundemxeber.Az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AMEA-da bəzi şöbələr ləğv edilib

    AMEA-da bəzi şöbələr ləğv edilib ...

    29-05-2013, 17:25

  • 
  • MSK sədrinin seçki komissiyaları üzvlərinin maaşları artırıldı

    MSK sədrinin seçki komissiyaları üzvlərinin ...

    14-01-2014, 12:00

  • 
  • AMEA-nın 54 əməkdaşına mənzil verildi

    AMEA-nın 54 əməkdaşına mənzil verildi ...

    14-06-2017, 11:28

  • 
  • AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı

    AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı ...

    15-01-2014, 16:27

  • 
  • AMEA-da dörd professor vəzifəsindən çıxarıldı.

    AMEA-da dörd professor vəzifəsindən çıxarıldı. ...

    16-11-2013, 23:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (372)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu