GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Cavid Qurbanov QUMARXANA İŞLƏDİR? - FAKT BUDUR!

Cavid Qurbanov QUMARXANA İŞLƏDİR? - FAKT BUDUR!

Tarix: 13-01-2022, 15:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 304


Ötən ilin sonunda Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə mərc oyunlarının reklamına qoyulan məhdudiyyət narazılıqla qarşılanıb. 

Gundemxeber.az bildirir ki, bu barədə AFN məlumat yayıb. Sayt yazır ki, dəyişikliyə əsasən qumar oyunlarının və belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğində cərimə ediləcək. Həmçinin idman, mərc oyunlarının təşkili və keçirilməsi sahəsində idman, mərc oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” qanunla müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməməsinə görə fiziki şəxslər 800 manatdan 900 manatadək, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər 8000 manatdan 9000 manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, Azərbaycanda bir sıra xarici bukmeyker şirkətlərinin fəaliyyəti mövcuddur. 1xbet, mosbet kimi saytlar həm də yerili onlayn mediaya reklamlar verirdi. Qeyd edilən dəyişiklikdən sonra bu reklamlara qoyulan qadağa təbii olaraq media mənsublarının da narazılığına səbəb olub. “YeniÇağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər AFN-ə açıqlamasında bildirdi ki, 6 ay əvvəl mərc oyunlarının reklamını Media Qrupuna aid olan saytlardan yığışdırıb: “Çox təəssüflər olsun ki, Milli Məclis bir sıra oliqarx deputatların, məmurların notarial kontoruna çevrilib, onların maraqlarına uyğun qanunlar qəbul edilir. Mərc oyunları haqqında çıxarılan qanun da birbaşa Topaz-ın maraqlarına xidmət edir. Çünki Topaz məktublarla, məhkəmələrlə, aidiyyatı nazirlikləri bu işə cəlb etsə də, rəqabət apara bilmədi. Buna görə də qanun variantını seçdilər. Olduqca yüksək cərimələr qoyaraq mətbuatın gözünü qorxudurlar. Bu, mətbuatı sındırma cəhdidir, bu, Cavid Qurbanov kimi oliqarx məmurların Azərbaycan mətbuatına qarşı növbəti səlib yürüşüdür. Bu qanunu qəbul etdilər və bizi qanunla üz-üzə qoydular. Bu qədər yüksək cərimələr nə deməkdir? Dediyim kimi, bu, Cavid Qurbanovun və Topaz-ın arxasında dayanan digər güclərin Azərbaycan mətbuatına hücumudur, azacıq da olsa müəyyən gəlir əldə edən müstəqil medianı çökdürmək üçün növbəti cəhddir”.

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı da yeni qanundan narazıdır. Həmkarımız bildirir ki, onlayn mərc reklamları mediaya qarşı kampaniyadır: “Topaz və onun başında dayanan məmurların mətbuata qarşı səlib yürüşüdür, mətbuatın imkanlarını məhdudlaşdırmaqdır. Topaz nə özü reklam vermir, nə də reklamverənlərə imkan vermir. Mənim məcr oyunlarından anlayışım yoxdur, buna münasibətim pisdir. Amma məsələ ondadır ki, birini qadağan edib digərini saxlamaq açıq-aşkar monopoliyadır. Bu, ona bənzəyir ki, Cavid Qurbanov özünə bir kazino açıb, amma başqalarına buna icazə verilmir. Hansı ki, kazino bildiyiniz kimi, Azərbaycanda qadağandır. Bu, qadağandırsa hamı üçün qadağan olmalıdır, icazə də eləcə hamı üçün olmalıdır. Məsələ ondadır ki, Topaz digər mərc oyunlarından daha aşağı uduş verir, ona görə də hamı o birilərə axışırdı. Məhz bu səbəbdən də belə bir qadağa Topaz rəhbərliyinin aparıcılığı ilə tətbiq edilir. Hamı deyir ki, ölkədə monopoliya yoxdur. Bəs bu nədir?” E.Muradlının sözlərinə görə, bu qadağa bir müddət əvvəl başlayıb. Lakin müqavimət gördükdə geri çəkildilər. O vaxt Rabitə və Nəqliyyat Nazirliyinin köhnə rəhbərliyi münasibətləri korlamaq istəmədiyi üçün loyal davrandı. Görünür, yeni rəhbərlik də media ilə üz-üzə gəlmək istəmədi, qarışmadı bu məsələyə. Amma görünür, Cavid Qurbanova və ətrafında olan bir neçə məmura media ilə üz-üzə gəlmək lazımdır. Medianın bu çətin günündə niyə bu oyunlara əl atırlar? Şəxsən mənim saytım 1xBet-dən ayda 600 manat reklam pulu alırdı. O 600 manatın üstünə də bir az pul qoyanda mən 2 nəfər işçinin maaşını verə bilirəm. Yaxşı, Cavid Qurbanov niyə mənim işçilərimi maaşsız qoymaq istəyir? O cümlədən də başqa saytlar var ki, müəyyən qədər alırlar. Qanunsuzdursa, ən böyük qanunsuzluğu Topaz edir. Milli Məclisə bir layihə gələn kimi deputatlar içini oxumamış səs verir qəbul edirlər. Maraqlanmırlar ki, nədir, nəyi qadağan edir, nəyə icazə verir. Bilmədilər ki, bu qanun monopoliya yaradır? Əvvəllər qanunla qadağan deyildi,
min cür başqa təzyiq vasitələrinə əl atırdılar. Hətta hüquq-mühafizə orqanlarını da qatırdılar bu işə. Şəxsən mənə dəfələrlə zəng vurmuşdular ki, onu niyə qoymusuz, hardan almısız?! Demişəm ki, mən işçiyə maaş verməliyəm, başqa yerdən gəlirim yoxdur, hansısa siyasi dairələrin əlinin altında deyiləm ki, ayda 5-10 min pul alım, saytımı da rahat saxlayım, bunlara möhtac qalmayım. Mən əziyyət çəkib bu saytı saxlayıram, bəlkə başqaları üçün bu reklamdan gələn gəlir önəmli deyil, amma mənim üçün önəmlidir. İndi Cavid Qurbanov nə etmək istəyir? Niyə saytların büdcəsinə bu ziyanı vurur? Cavid Qurbanov onlarla saytın çörəyinə bais olur”.
“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov bu dəyişikliyə münasibətinin mənfi olduğunu dedi. Onun sözlərinə görə, əgər qadağa varsa, maraq daha çox olacaq: “Bu, insanların psixologiyasına bağlıdır. Azərbaycanda mərc oyunlarını qadağan etmək daha böyük maraq yaratmaqdır. İnternet üzərindən bu, bütün dünyada oynanılır, istəyən girib yenə oynayacaq. Əksinə, dünya bunu leqallaşdırır, icazələri genişləndirir, bundan həm qazanc götürür, həm də marağı azaldır. Bizdə deyirlər ki, gəncləri çəkindirmək üçün edirik. Bunun üçün daha təsirli yol, maarifləndirmə, təbliğat işlərinin aparılmasıdır. Həyat təkcə gənclərdən ibarət deyil ki. Gənc olmayan yaş qrupu var ki, başını elə oyunlarla qatır, həyatını maraqlı edir. Bəs onlar?” Ə.Süleymanov qeyd etdi ki, 1xBet-in reklamı bütün futbol oyunlarında, yarışlarda gedir: “İndi bunun bizdə reklamının qadağan edilməsi nəyi dəyişəcək? Sadəcə, bizdə hər şeyi üz-gözlərinə bulaşdırdıqları kimi, bunu da Topaz vasitəsilə normal təşkil edə bilmədilər. Ona görə də camaat xarici şirkətlərin xidmətlərinə üz tutdu. Topaz-ın marağındadır ki, hansısa yolla reklamların qarşısına alsın, məhdudlaşdırsın, süni maneə yaradılsın ki, o işini qurmağa çalışsın. Halbuki əvvəldən Topaz işini düzgün qursaydı, aşkarlıq, düzgünlük olsaydı, camaat heç xarici şirkətə üz tutmazdı. İnzibati yolla bunun qarşısını almaq yolverilməzdir. Əksinə, icazə verilməli, leqallaşdırılmalıdır. Eyni zamanda təbliğat-təşviqat da aparılmalıdır ki, gənclər çətinliyə düşməsinlər”.
Qeyd edək ki, bir sıra ekspertlər bu qərarı büdcəyə əlavə vəsait daxil olması ilə əlaqələndirirlər. Bildirilir ki, xarici bukmeyker şirkətlərlə aparılan mərclərdən dövlət büdcəsinə vəsait daxil olmur, lakin Topaz vasitəsilə oynanıldıqda, bu, büdcəyə əlavə vəsaitin daxil olması deməkdir. Məsələ ilə bağlı Topaz-dan da mövqe almaq istəsək də, qurumun media ilə məsul şəxsini tapa bilmədik. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qanunda dəyişiklik- Cərimələr artırıldı

    Qanunda dəyişiklik- Cərimələr artırıldı ...

    27-11-2013, 20:49

  • 
  • Parlament cərimələrin artırılmasını təsdiqlədi

    Parlament cərimələrin artırılmasını təsdiqlədi ...

    18-12-2020, 12:20

  • 
  • Prezident DTX-nın səlahiyyətini artırdı

    Prezident DTX-nın səlahiyyətini artırdı ...

    16-02-2016, 14:38

  • 
  • Epidemiya əleyhinə rejimin pozulmasına görə cərimələr yenidən artırılır

    Epidemiya əleyhinə rejimin pozulmasına görə ...

    16-12-2020, 14:47

  • 
  • Azərbaycanın iki böyük şəhərində qanunsuz qumarxanalar aşkar edilib

    Azərbaycanın iki böyük şəhərində qanunsuz ...

    2-12-2016, 13:34


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu