GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir? VİDEO FOTO

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir? VİDEO FOTO

Tarix: 20-01-2022, 10:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 338

Atalar deyir, "suyun lal axanı, adamın yerə baxanı"...

Ölkəmizdə elə məmurlar var ki, özlərinin səsləri-səmirləri çıxmır. Necə deyərlər sakitcə başlarını aşağı salıb, öz "şəxsi" işləri ilə məşğuldurlar. "Şəxsi" sözünü dırnaqda işlətməkdə isə səbəbimiz budur ki, sözügedən məmurlar sahib olduqları vəzifəni öz şəxsi mülkləri kimi idarə edirlər. Biz 'işləmirlər" demirik, Allah var, çox işləyirlər. Amma, ciblərinə...

Yuxarıda da qeyd etdiyimiz kimi, başlarını aşağı salıb, sakitcə işləyirlər. Yəni, özlərinin səsi çıxmır. Əvəzində isə bir çox vətəndaşlar arasında səs-küy yaranmasına səbəb,daha doğrusu səbəbkar olurlar.

Çox uzağa getmədən, məsələn, elə götürək Yasamal rayonun İcra başçısı Elşad Həsənovu.

Bakı şəhərinin ən qalmaqallı rayonlarından biri də Yasamal rayonudur. Yasamal rayon sakinləri, xüsusilə də keçmiş "Sovetski" deyilən ərazidə yaşayan sakinlər İcra başçısı Elşad Həsənovun əlindən zara gəliblər. Hətta, həmin sakinlərin giley-güzarı demek olar ki, ölkənin bütün media vasitələrində, özü də dəfələrlə yayımlanıb. Amma, bütün bunlara baxmayaraq, nə Elşad Həsənovun özünün səsi çıxır, nə də sakinlərin dəfələrlə müraciət etdikləri digər qurumların.

Doğrusu, artıq bir neçə ildir davam edən bu qədər şikayətlər, narazılıqlar qarşısında, Elşad Həsənovun təmkininə və səbrinə heyran qalmamaq mümkün deyil.

Bir İcra başçısının, idarəçiliyində olan rayonun sakinlərinin, adını xüsusi vurğulayaraq səsləndirdiyi etiraza, narazılıqlara susmaq söylənənləri qəbul etməkdir yəqin ki. Amma, narazılıqları aradan qaldırmaq üçün heç bir hərəkət etməməyin nə anlama gəldiyini isə biz də anlamırıq.

Qeyd edək ki, Yasamal rayon sakinlərinin Elşad Həsənov barəsində giley-güzarı yeni deyil. Təməli ta... Yasamal rayonunun Millət vəkili olduğu dövrlərə söykənən narazılıqların aqibətinin onun həmin rayona İcra başçısı təyin edilməsi olması, sakinlər arasında etirazların artmasına səbəb oldu. Bütün deyilənlərə və yazılanlara rəğmən susaraq öz "fəaliyyətinə" davam edən E.Həsənova deputat olduğu zamanlar da həmişə susduğuna görə, rayon sakinləri "lal deputat" adı vermişdilər.

Səbəbkardan danışdığımız hələlik kifayətdir. İndi keçək etiraz yaradan səbəblərə.

İlk olaraq ondan başlayaq ki, Bakı şəhər ərazisində qanunsuz tikintilərin ən çox aparıldığı rayon Yasamal rayonudur. Sözügedən rayonda az qala hər gün bir göydələn binanın təməli qoyulur. İş o yerə çatıb ki, hətta köhnə sakinlərin həyətinə qədər əllərindən alınır, orada yaşayış binaları tikilir. Yerli sosial medialarda qapılarının düz 6 metrliyində aparılan tikintiyə etiraz edən bina sakinləri də İcra hakimiyyətinə dəfələrlə müraciət etdiklərini, İcra Hakimiyyəti "məsələdən güya xəbərsiz olduqlarını və tezliklə bunun qarşısının alınacağı" cavabını aldıqlarını bildirirdilər. Amma, həmin tikintinin sökülmək yerinə, inşası daha sürətlə davam etdirildi.

Yeni Yasamal 2, 1-ci alatavada, Şəfayət Mehdiyev küçəsi 97 ünvanında, su anbarının üstündə,və sair ərazilərdə aparılan qanunsuz tikintilərə İcra Hakimiyyəti "göz yumdu". Əslində, yerli sakinlərin iddialarına görə vaxtilə "gözüaçıq" olan rayon rəhbərliyinin gözünü yumduran maddi səbəblər var. Yoxsa, həyətində balaca bir dam tikəndə, tez özünü çatdırıb, qanun "xırdalayan" icra məmurlarının, o boyda kompleksləri görməməsi mümkün deyil. Hətta, nəyinki dam tikən, xatırlayırsınızsa təqribən bir il öncə Dadaş Bünyadzadə ev.30 ünvanında yerli sakinə məxsus yenicə tikilmiş yaşayış mənzilini "qanunsuzdur" deyərək, İcra Hakimiyyətinin işçiləri, sökdürmüşdü. İctimailəşdirildikdən sonra, İcra Hakimiyyəti məsələni araşdırıb, qanuni olduğunu aydınlaşdırmışdır. Bundan sonra tikintinin yenidən inşası üçün lazım olan materialları özlərinin verəcəklərini bildirmişdilər.

Bundan əlavə sakinlər deyir, "Elşad Həsənov bu rayona İcra başçısı gələndən bəri hələ bir küçəmizdə abadlıq işləri aparılmayıb. Rayonda heç bir yenilik etməyib. Artan, yalnız özəl tikinti şirkətlərinin inşa etdiyi yaşayış binalarıdır".



Haqsız da sayılmazlar. Abadlıq işləri bir yana, xatırlayırsınızsa elə həmin ərəfədə, yəni təqribən bir il əvvəl, bəzi istirahət parkları işıqpulu borcuna görə 7 ay qaranlıqda qalmışdı. O zamanlar da problem dəfələrlə, təkrar-təkrar "DogruXeber.az" informasiya portalı vasitəsilə ictimailəşdirildikdən sonra nəhayət ki, aradan qaldırılmışdı.

Həmçinin 20 Yanvar küçəsində, "hamam" deyilən ərazidə, Tiblisi prospektində, "İST petrol"un yanında, yaşıllıq ağaclarının kəsilməsi bahasına inşa olunan və hazırda fəaliyyət göstərən iaşə obyekti barəsində dərc olunan məlumatlara da İcra hakimiyyəti, həmçinin suç ortağı Ekologiya və Təbii Sərvətlər Nazirliyi susaraq, seyirçi qaldı. Halbuki, zamanında bununla bağlı biz Yasamal İcra Hakimiyyətinə, həmçinin ETSN-nin mətbuat xidmətinə məlumat vermişdik. Eyni zamanda agentliyimizdə dəfələrlə yayımlamışdıq. ETSN susdu, Yasamal rayon İcra Hakimiyyəti də onu təkrarladı.

(Linkə bax!) Doğrudur, o zaman İcra başçısı Elşad Həsənov deyildi. Amma, Elşad Həsənov da sələfləri kimi susdu. Əgər istəsəydi sələflərinin yol verdiyi nöqsanları, o aradan qaldıra bilərdi, etmədi...

Nə etmək olar?!

Əlqərəz...

Çox danışıb oxucularımızı yormaq istəmirik. Zatən növbəti yayımlarımızda ardı var. Bu gedişlə deyəsən Elşad Həsənovun "sərgüzəştləri"nin də ardı var.

Redaksiyamıza yenicə daxil olan məlumata görə indi də Yasamal rayonunun Ümid Əkbərov küçəsində daha bir neçə yaşayış mənzillərinin tikintisi gedir.

Yerli sakinlərin iddialarına görə bu tikintilər də qanunsuz aparılır. Elə tikintilərin inşasının sürətlə aparılması da şübhəli durum yaradır və sakinlərin iddiaları ilə biri-birini tamamlayır.

Sözügedən tikintilərin, necə, neçəyə və hansı yollarla həyata keçirildiyi barəsində növbəti yayımlarımızda ətraflı məlumat verəcəyik.

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir?  VİDEO FOTO

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir?  VİDEO FOTO

P.S: Qeyd edək ki, redaksiyamıza daxil olan məlumatların dəqiqləşdirilməsi məqsədilə Yasamal rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən telefon nömrələri vasitəsilə ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərovla telefon əlaqəsi saxladıq, telefona cavab verilmədi. Ardından, başçının birinci müavini Hüseyn Əfəndiyevə zəng etdik. Onun da telefonu zəngləri qəbul etmirdi. Daha sonra başçının müavini Təravət xanım Muradovaya zəng etdik. Təravət xanım bu kimi məsələlərin ona aid olmadığını bildirdi və şöbə müdiri Xaqan müəllimin telefon nömrəsini bizə verdi. Lakin, təəssüflər olsun ki, o nömrə də aktiv deyildi.


Materialda qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir?  VİDEO FOTO

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir?  VİDEO FOTO

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir?  VİDEO FOTO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı özünə şəxsi obyekt tikdi, dövlət və camaatı zərərə saldı

    İcra başçısı özünə şəxsi obyekt tikdi, dövlət və ...

    24-11-2014, 22:43

  • 
  • Yasamal rayonuna yeni icra başçısı təyin edilib

    Yasamal rayonuna yeni icra başçısı təyin edilib ...

    12-11-2019, 14:11

  • 
  • Yasamal rayon icra başısı Elşad Həsənovun laqeydliyi şəhid ailələrini ayağa qaldırdı  - SON DƏQİQƏ (Fotolar)

    Yasamal rayon icra başısı Elşad Həsənovun ...

    27-01-2021, 15:39

  • 
  • Yasamal rayon icra başçısı Elşad Həsənov nə qanunları tanıyır nə də vətəndaşları sayır - İDDİA

    Yasamal rayon icra başçısı Elşad Həsənov nə ...

    22-04-2021, 11:34

  • 
  • DEPUTAT Ülvi Quliyevin apteklərində niyə yoxlama başlamır ?… Ülvi Quliyev niyə məhz Diaspora komitəsinin sədri olmaq istəyir ?

    DEPUTAT Ülvi Quliyevin apteklərində niyə yoxlama ...

    17-06-2021, 12:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu