Sabiq baş prokuror Eldar Həsənov günahsız insanlara standart olaraq 10 il həbs cəzası verdirirdi.
Buna sübut olaraq onu deyə bilərik ki, törətdiyi cinayət əməllərini ört-basdır etmək üçün mərhum prezident Heydər Əliyevə yalanlar danışaraq, Tərtərin sabiq icra başçısı Sərdar Həmidovu 10 il azadlıqdan məhrum etdirmişdir. İndi isə həmin 10 il azadlıqdan məhrumetmə cəzasına Eldar Həsənovun özü məruz qaldı. Biz hələ DİN-in sabiq baş istintaq idarəsinin rəisi Nizami Qocayevin 1999-cu ildıki səs-küylü həbsindən bəhs etmirik. Belə yerdə deyirlər e, 'Nə tökərsən aşına, o da çıxar qaşığına!"
Yeri gəlmişkən, bu gün iqtidar mətbuatı onun müsadirə edilmiş əmlakının siyahısını yayıb:
- Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 252 kvadrat metr sahəsi olan bağ evi (0.12 hektar torpaq sahəsi ilə birlikdə);
- Bakı şəhəri Nəsimi rayonunda yerləşən 318,4 kvadrat metr sahəsi olan mənzil;
- Bakı şəhəri Nərimanov rayonunda yerləşən ümumilikdə 53 kvadrat metr qeyri-yaşayış sahəsi olan üç ədəd mağaza;
- Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi;
- Bakı şəhəri Yasamal rayonunda yerləşən 106 kvadrat metr sahəsi olan mənzil;
- Abşeron rayonu Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5 hektar torpaq sahəsi;
- Bakı şəhəri Xətai rayonunda yerləşən 347 kvadrat metr sahəsi olan fərdi yaşayış evi və torpaq sahəsi;
- Monteneqronun Budva şəhərində yerləşən 137 kvadrat metr sahəli mənzil.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?