Xanım icra başçısı həyat yoldaşı ilə Almaniyaya uçurmuş...
Gundemxeber.az bildirir ki, iki gün öncə Prezident tərəfindən vəzifəsindən azad edilmiş Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova ilə bağlı Gündəlik Bakıya ilginc məlumat daxil olub. Belə ki, daxil olan məlumatdan bəlli olur ki, İradə Gülməmmədova bu gün həyat yoldaşı və övladları ilə birgə Almaniyaya uçarkən, Bakı Hava Limanında saxlanılıb. Məlumat üçün qeyd edək ki, bir müddət öncə İradə Gülməmmədova icazəsiz olaraq ölkəni tərk etmiş və Almaniyada olmuşdur. Xanım icra başçısının az vaxtda təkrar-təkrar Almaniyaya səfərləri onu göstərir ki, İradə Gülməmmədova ölkədən qaçmaq istəyir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?