Bir neçə gündür ki, sosial şəbəkələrdə şagirdlərin məktəblərdə qeyri-etik davranışları ilə bağlı məlumatlar yayılır.
Bu məlumatların içərisində ən acınacaqlısı Cəlilabad rayonu, Göytəpə şəhər 1 nömrəli məktəbdə yaşanan vəziyyətin varlığıdır. Belə ki, bu təhsil müəssisəsində tərbiyəvi işlər demək olar ki, acınacaqlı durumdadır. Yəni, həyata keçirilmiş video-çəkilişlərdən görünür ki, 5-ci və 6-cı sinif şagirdləri məktəbin həyətində açıq-aşkar şəkildə siqaret çəkirlər.
GundemXeber.Az-a verilən məlumata görə rəhbərlik məktəbin 2-ci və 3-cü sinif şagirdlərinə odun daşıtdırır ki, bu da onların əməyinin istismar olunması demək olur. Bu təhsil müəssisəsində baş alıb gedən hər cür hoqqalara RTŞ müdiri Ağaxan Ağayev göz yumduğundan, məktəbin direktoru bugünkü idarəçiliyini “Vur çomağım, vur!” prinsipi ilə həyata keçirir. Çünki, o, bilib dərk edir ki, RTŞ-nin müdiri onun əsas himayədarıdır.
Sorğu
Yeni dizaynımız necədir?