"Şikayətim Solitondandır. Mən bir telefon almışam, ikinci əldir. Bu telefonu 2 il əvvəl dostum Solitondan kreditlə alıb və vaxtından əvvəl ödəniş edib ödəyib". Gundemxeber.az xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial" qrupunda Elxan Mehdiyev adlı istifadəçi qeyd edir.
Narazı vətəndaş sonra yazır: "Borcu tamam bağlıyıb. Bu yaxınlarda isə başqa bir telefon götürüb ama son 3 ayın ödənişini etmir. Nəticədə Soliton həm ikinci telefonu həmdə birinci telefonun imei kodun bağlıyıb. Halhazırda mən aldığım telefonu işlədə bilmirəm. Baxmayaraq ki telefonun ödənişi tam şəkildə ödənilib. Həmdə vaxtından əvvəl. Ödənişi bitmiş telefonu bağlamaları düzgündürmü? Telefonun imei adresi ödənişi bitdikdən sonra niyə hələdə Solitonun adınadır? Alıcının adına rəsmiləşdirilməli deyilmi? Ümumiyətlə pulu ödənilmiş bir cihazı niyə bağlasınlar axı?? Düzgündürmü?"
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?