GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Prezident “Media haqda” mürtəce qanunu geri qaytara bilər - Avropa Şurasında tək ölkəyik ki...

Prezident “Media haqda” mürtəce qanunu geri qaytara bilər - Avropa Şurasında tək ölkəyik ki...

Tarix: 2-02-2022, 11:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 241

Avropa Şurasına 47 üzv ölkə var. Media azadlığında onların içərisində bəlkə də siyahının sonundan birinciyik. Hətta düşmən ölkə də indekslərdə və hesabatlarda bizdən irəlidədir. AŞ üzvləri arasında qismən Rusiya ilə “əkiz” ola bilərik. Şimal qonşumuzda da mətbuat azadlığı yox kimidir. Bizimlə birgə bir də AŞ üzvlüyünə namizəd olan Belarusu “nümunə” göstərmək olar.


Amma hakimiyyət ideoloqları və rəsmiləri Azərbaycanda medianın azad olduğuna iddia edirlər. Hərçənd Rəsulzadə haqda sənədli filmi AzTV-nin efirinə verməyən, yaydığı xəbərə görə təkcə son aylarda iki jurnalisti 500 manat cərimələyən, “Media haqda” qanunda absurd məhdudiyyətlər tətbiq edən hakimiyyətin “mətbuat azaddır” deməsi sabun köpüyünə çevrilir. Ona görə də Avropa Şurası iqtidarı Milli Məclis tərəfindən üçüncü oxunuşda qəbul edilən “Media haqda” qanunun təsdiqindən geri çəkilməyə, dəyişikliyə çağırır.
Gundemxeber.az-ın Anaxeber.info-ya istinadla məlumatına görə, ötən həftə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Prezident İlham Əliyevə məktub yazıb. Miyatoviç Əliyevdən xahiş edib ki, parlamentin təsdiq etdiyi qanuna bir də baxsın və geri qaytarsın. Əslində, AŞ nümayəndəsinin məktubu hakimiyyət rəsmiləri tərəfindən it-bata salınmaqdadır. Yəni Miyatoviçin çağırışına reaksiyalar sıfır səviyyəsindədir. Sanki Qərbdən gələn açıqlamaların mahiyyətini dərk edirlər.
Eyni zamanda, Prezidentin qanunu indiyə qədər təsdiqləməməsi göstərir ki, hələlik müəyyən tərəddüdlər var və iqtidar daxilində Avropanın qanunu necə qarşılayacağına dair fikir mübadiləsi aparılır. “Yeni qəbul edilmiş qanun ölkədə ifadə azadlığı və media azadlığının vəziyyətini daha da pisləşdirir, media sektorunu tənzimləmək üçün dövlət qurumlarına xüsusi səlahiyyətlər verir ki, buraya lisenziyalaşdırma, jurnalistlərin işini həddən artıq məhdudlaşdırma, media şirkətləri və qurumlarının maliyyə, hüquqi və operativ fəaliyyətinə bəzi məhdudiyyətlər daxildir,” – Miyatoviçin məktubunda belə deyilir. Miyatoviç qanunvericiliyin söz və media azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır.
Miyatoviç qanunvericiliyin söz və media azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır. Lakin yuxarıda dediyimiz kimi, biz AŞ-da sondan birincilərdənik. Heç bir ölkədə belə mürtəce qanun qəbul edilməyib. Sadəcə, hakimiyyət hesab edir ki, Qərbdən reaksiyalar boğazdan yuxarı çağırışlardır, əhəmiyyətsiz təzyiqlərdir, əsas sözəbaxan mətbuat formalaşsın.
Ümumiyyətlə, iqtidar tənqid eşitmək istəmir, amma bunun tam buxovlaya, ölkəni Şimali Koreyaya da döndərə bilmir, o qədər asan deyil. Monitorinqlərə görə, son bir ildə böhtan və təhqirlə bağlı 20-dən çox jurnalist məhkəməyə verilib. Hakimiyyətin qərəzli adlandırdığı “Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksinə görə Azərbaycan ötən ilə nisbətdə bir pillə irəliləyərək 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Təsəvvür edin ki, dünya üzrə ən son pillələrdəyik, “qara zolaq”dan çıxmırıq, o ki qala Avropa Şurasında 47 ölkə arasında olsun...
Ona görə Prezident hələ də parlamentin qəbul etdiyi qanunu təsdiqləməyib. Əlbəttə, təsdiqləyəcəyi də istisna deyil və ehtimal yüksəkdir. Amma hakimiyyət bununla Azərbaycan haqda çağdaş dünyada ələbaxımlı və qeyri-azad mətbuatı olan ölkə imici yarada bilər.
Sual oluna bilər ki, bizdə mətbuatın azadlığının buxovlandığını necə sübut etmək olar - gəlin reallıqları səmimi qeyd edək: ayrı-ayrı məmurların maliyyəsi ilə fəaliyyət göstərən əksər media orqanları bir mərkəzə tabedir, heç bir müstəqil jurnalist tədqiqatı aparmaq imkanları yoxdur, rəsmi informasiyadan kənara çıxa bilmirlər. Həmçinin, mərkəzi aparatdan gələn tezislər əsasında materiallar hazırlanır və istənilən mövzuda yazmamaq qadağası tapşırığı gələ bilər, əksəriyyəti də əmrə müntəzirdirlər.
İkinci kateqoriya - söz eşitməyən media qurumlarının sıxışdırılmasıdır. Əvvəlcə, tənqidi və yaxud araşdırma məqaləni silmək tələb olunur, icra edilməyəndə xəbərdarlıq edilir, ən sonda hüquq-mühafizə orqanlarında profilaktik söhbət aparılır. Üçüncü problem jurnalistlərin müstəqil araşdırma aparmaq, dövlət qurumlarına sorğu göndərib məlumat əldə etmək imkanları son dərəcə məhduddur.
İndisə qəbul edilən “Media haqda” qanun təsdiqlənərsə, mətbuatın meydanı daha da daralacaq. Çünki media reyestrinin yaradılması nəzərdə tutulur və adı qeydiyyatda olmayan jurnalistlər təcrid ediləcək, çıxdaş olunacaq, hətta zaman-zaman müxtəlif dövlət strukturları “Sənin adın media reyestrində yoxdur” bəhanəsi ilə müstəqil KİV-lərin nümayəndələrini sıxışdıra biləcəklər. Beləliklə, heç bir Qərb standartlarına cavab verməyən, Avropada rast gəlinməmiş media qanunları Avropa Şurasının üzvü olan Azərbaycanda tətbiq ediləcək. Ümumiyyətlə, yeganə ölkəyik ki, AŞ qarşısında götürdüyümüz bəzi öhdəlikləri yerinə yetirmirik. Onlardan biri İctimai TV yayımı haqda öhdəliklərin dürüst icra edilməməsi, digəri isə mer seçkilərinin keçirilməməsidir. Bunun üzərinə Qərb dövlətlərindən uzaqda media “standart”larının gətirilməsi AŞ üçün bəyənilən deyil.
Bu qanun müstəqil KİV-lərin, frilanser jurnalistlərin işini xeyli dərəcədə məhdudlaşdıracaq. Xüsusən audio və video yazının qarşı tərəfin razılığı olmadan yayılması tələbi qədər həmin qanunda ikinci belə absurd müddəa yoxdur. O baxımdan hakimiyyət parlamentdə bir deputatın belə etiraz etmədiyi və ucdantutma hamının lehinə düyməsinə basdığı qanunun təsdiqi üçün “min ölçüb bir biçməlidir”. 


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa Şurası və Avropa İttifaqı edam cəzasının ləğvinə çağırır

    Avropa Şurası və Avropa İttifaqı edam cəzasının ...

    10-10-2014, 14:10

  • 
  • Vaşinqtona Azərbaycandakı durum haqda məlumatlandırmağa gəlmişəm

    Vaşinqtona Azərbaycandakı durum haqda ...

    13-12-2017, 14:35

  • 
  • AŞPA-nin seçkilərin monitorinqi missiyası media nümayəndələri ilə görüşüb

    AŞPA-nin seçkilərin monitorinqi missiyası media ...

    23-01-2020, 22:21

  • 
  • Səməd Seyidov: “Hazırda Avropa Şurası böhran yaşayır”

    Səməd Seyidov: “Hazırda Avropa Şurası böhran ...

    10-10-2018, 22:53

  • 
  • Ermənistanın QHT rəhbəri: “Ölkədə media azadlığı görüntü xarakteri daşıyır”

    Ermənistanın QHT rəhbəri: “Ölkədə media azadlığı ...

    18-07-2018, 19:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu