GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Mahmudov və Əbülfəs Qarayev yenidən hədəfdə

Eldar Mahmudov və Əbülfəs Qarayev yenidən hədəfdə

Tarix: 2-02-2022, 12:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 406


Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevlə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ətrafında gedən proseslər yeni şəkil almaqdadır. Əvvəllər nazir olmuş bu şəxslər vəzifədən çıxarılandan sonra onların həbsləri gündəmdə idi. Lakin bu məsələdə son nöqtə hələ ki qoyulmayıb. Əvəzində hər iki eks-nazirin yaxın ətraflarının, ailə üzvlərinin məhkəmələrə çəkilməsi, cərimələnməsi prosesi başladılıb. Bu gedişat onu deməyə əsas verir ki, hər iki sabiq nazir unudulmayıb və işdən çıxarılmalarından illər ötsə də, onların özləri ilə bağlı da qərar verilməsi gündəmdən çıxmayıb.

Bir neçə gün əvvəl Əbülfəs Qarayevin xanımı Lalə Kazımovanın biznesi ilə bağlı yayılan xəbərlərdə deyilirdi ki, bəzi obyektləri çöküş ərəfəsindədir. “Qaynarinfo” bu əsnada yazır ki, xanım Kazımovanın nəzarətində olan şirkətlərin geriləməsi Əbülfəs Qarayev nazir kürsüsünü itirdikdən sonra başlayıb. İddialara görə, şirkətlərin bəzilərinin vergi borcu var, bəziləri isə məhkəmə çəkişmələrinə cəlb edilib.

Lalə Kazımova 2010-cu ilin dekabrında Türkiyədə ad və soyadının abbreviaturasını ifadə edən KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib. Şirkət İstanbul Ticaret Sicili Memurluğunda 5000 TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Nizamnaməyə görə Qarayevlərin ailə şirkəti Türkiyədə və ölkə xaricində turizm obyektləri, hotel, yaşayış binaları, villa və idman təsisatların sahib olmaq, işlətmək hüququ əldə edib. Qarayevlərin Türkiyədəki turizm təsisatları barədə məlumat olmasa da, keçmiş nazirin xanımın sosial şəbəkələrdəki hesabında Bodrumdakı 5 ulduzlu Kuum hotelinin simvolunu (qoşaqanadlı mələk) profil şəkli seçməsi maraq doğurur. Lalə Kazımovanın adına Litvada da şirkət qeydiyyata alınıb. “TRIAT EXIRE” UAB (LTD, qeydiyyat nömrəsi 302521161) 10 ilə yaxındır ki, Litvanın daşınmaz əmlak bazarında fəaliyyət göstərir. Vilnüsdə Şaltinıy 22-də Qarayevlər ailəsinə məxsus çoxsaylı daşınmaz əmlak icarəsindən gəlir 35 min dollardan artıqdır.

Qarayevlər ailəsinin GALS adı ilə daha bir neçə şirkəti isə Azərbaycandadır. “GALS Gallery” Məhdud Məsuliyyətli Cəmiyyəti 2013-cü il aprelin 19-da qeydiyyatdan keçib. Qanuni təmsilçisi Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsi Liana Vəzirovadır. Liana Vəzirova Əbülfəs Qarayev nazir olduğu dövrdə Mədəniyyət Nazirliyi nəzdindəki Muzey Mərkəzi binasının inzibati və təsərrüfat müdiriyyətinin direktoru olub. Muzey Mərkəzi “Rus muzeyi” də adlanır. Fəaliyyəti elektron-rəqəmsal və çap materialları əsasında rus mədəniyyətini öyrənmək və təbliğ etməkdir. Muzey Mərkəzinin direktorunun adına rəsmiləşdirilmiş şirkət Bakı şəhəri, Səbayel rayonu, Yusif Məmmədəliyev, ev 14-də hüquqi qeydiyyatdadır. Həmin ünvanda keçmiş nazirin xanımına məxsus “GALS Beauty and SPA” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2013-cü il mayın 3-də Araz Nağıbəyli Əli oğlunun qanuni təmsilçiliyi ilə qeydiyyata alınıb. Lalə Kazımova bu şirkətə bağlı Bakının mərkəzindəki “NailRoom” (Rəşid Behbudov küçəsi 53c və 31c) gözəllik salonlarına da sahibdir.

Hakimiyyətin Eldar Mahmudovla bağlı qərarları da maraq doğurur. Məlumdur ki, Baş Prokurorluq keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan hökmdən 2 il sonra apelyasiya protesti verib. Bununla bağlı dövlət ittihamçısı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Belə ki, Baş Prokurorluq birinci instansiya məhkəməsinin Vüqar Mahmudovun əmlakları ilə bağlı çıxardığı hökmdən narazı qalıb. Məlumata görə, apelyasiya protestinin verilmə müddəti başa çatıb. Prokurorluq isə müddətin bərpası üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin edib.

Sabah, fevralın 3-də Bakı Apelyasiya Məhkəməsində apelyasiya protesti üzrə məhkəmə iclası təyin edilib. Apelyasiya protesti hakim Elmar Rəhimovun icraatına verilib. Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və sabiq nazir Eldar Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Vüqar Mahmudov istintaq dövründə cəza müddətini çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb. Hökmdə həmçinin qeyd edilib ki, Vüqar Mahmudova məxsus əmlaklar müsadirə olunub.  

Məhkəmə hökmündən narazı qalan sabiq MTN əməkdaşı apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra o, kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə Vüqar Mahmudovun əmlaklara münasibətdə şikayətini qismən təmin edib.

2 il sonra bu məsələyə yenidən baxılması Eldar Mahmudovla bağlı da oxşar addımların atılacağı ehtimalını yaradır. Hazırda Bakı Hərbi Məhkəməsində Eldar Mahmudov nazir olarkən ən yaxın ətrafına daxil olan, MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin cinayət işi üzrə proses keçirilir. Prosesdə hakim qarşısına Mövlam Şıxəliyevlə yanaşı daha 3 sabiq MTN-çi çıxarılıb.

Eldar Mahmudovun ən yaxın ətrafı ilə bağlı çıxarılacaq məhkəmə qərarları və hökmlərinin sabiq nazirin taleyinə də birbaşa təsiri olacağı şübhəsizdir. Görünən odur ki, Mahmudov da, Qarayev də hədəfdədirlər, yaxın gələcəkdə onlarla bağlı qərar verilə bilər./Yeni Müsavat/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - SƏRƏNCAM

    Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - ...

    21-05-2020, 15:33

  • 
  • SABİQ NAZİRİN XARİCƏ GETMƏSİNİN QARŞISI ALINIB - Hava limanından geri qaytarılıb

    SABİQ NAZİRİN XARİCƏ GETMƏSİNİN QARŞISI ALINIB - ...

    28-07-2021, 16:06

  • 
  • Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib

    Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin ...

    23-10-2018, 12:31

  • 
  • Əbülfəs Qarayev üçün korrupsiya tələsi hazırdır

    Əbülfəs Qarayev üçün korrupsiya tələsi hazırdır ...

    8-12-2013, 11:51

  • 
  • Əbülfəs Qarayev bağında aqibətini gözləyir - istintaqa çağırılıb, nazirliyi isə yoxlayırlar...

    Əbülfəs Qarayev bağında aqibətini gözləyir - ...

    29-06-2020, 13:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu