GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Cavanşir Feyziyevi hansı cəza gözləyir?

Cavanşir Feyziyevi hansı cəza gözləyir?

Tarix: 6-02-2022, 15:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 563

6 Fevral 2022-də yeniləndi 

“Azərbaycanın Baş Prokurorluğu Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinin vəsaitinin çirkli pulların leqallaşdırılması şübhəsi ilə dondurulması və müsadirəsi barədə rəsmən məlumatlandırılmayıb”. GUNDEMXEBER.AZ bildirir ki, bu sözləri “Yeni Müsavat”a Baş Prokurorluğun mətbuat katibi Kənan Zeynalov deyib.

Baş Prokurorluğun sözçüsü deyib ki, onlara qeyd edilən məsələ ilə bağlı rəsmi məlumat daxil olmayıb: “Ona görə də tərəfimizdən bununla bağlı şərh verilmir”.

Cavanşir Feyziyevin və ailəsinin biznes fəaliyyətinin şəffaf olub-olmadığı araşdırılırmı? Araşdırılmalıdırmı?

Kənan Zeynalov bu suallara “tərəfimizdən bununla bağlı şərh verilmir” deməklə kifayətlənib.

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin bank hesablarındakı 5.6 milyon funt-sterlinqi (7.5 milyon dollar) müsadirə edib. Agentliyin məlumatında qeyd olunur ki, bank hesablarında daha öncədən dondurulmuş 15.3 milyon funt-sterlinq vəsaitdən 5.6 milyonun müsadirəsi barədə order çıxarılıb. Aparılan araşdırma nəticəsində deputatın həyat yoldaşı Pərvanə Feyziyeva, oğlu Orxan Feyziyev və qardaşı oğlu Elman Cavanşirin adına olan 6 hesab barədə sərəncam verilib. Sərəncamda həmin vəsaitlərin mənbəyinin pul yuma şirkətləri olduğu qeyd edilir. Böyük Britaniyanın mənbəyi bəlli olmayan varidatları aşkara çıxaran Milli Cinayət Agentliyi Feyziyevin ailə üzvlərinin vəsaitlərini Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (“Organized Crime and Corruption Reporting Project” - OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmasından sonra başlayıb. Araşdırmada ən azı 2,9 milyard dolların ölkədən qanunsuz yolla çıxarıldığı və çirkli pulların yuyulmasında ixtisaslaşan şirkətlər vasitəsilə leqallaşdırıldığı iddia edilir. Araşdırmaya görə, pulyuma şəbəkəsinin xidmətlərindən Feyziyevin təsisçisi olduğu “Avromed” şirkəti də istifadə edib. Azərbaycan hüquq-mühafizə orqanları isə hələ ki pulyuma iddialarını araşdırmaq niyyətində deyil.

Təhqiqatçıların qənaətinə görə, Cavanşir Feyziyevin yaxınlarının bank hesablarına vəsaitlər Estoniya və Latviyadakı bank hesabları işlədən saxta şirkətlər vasitəsilə dövr edilib. Bu transferlərin bəzilərinin sənədləri, invoys və kontraktları olub, onlara legitim biznes tranzaksiyaları dəstəyi verməyə çalışıblar.

Vestminister Magistr Məhkəməsində 3 həftəlik dinləmədən sonra hakim Con Zani bu sənədlərin tamamilə saxta olması, məqsədin pulyuma fəaliyyətini pərdələmək olmasına yetərincə dəlil olması qənaətinə gəlib. Bank hesablarındakı 15.3 milyon funt-sterlinq vəsaitdən 5.6 milyonun müsadirəsi barədə order çıxarılıb.

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, deputatın Londonda müsadirə edilən vəsaitləri ilə bağlı Azərbaycanda da araşdırmaların başlanması üçün kifayət qədər əsaslar var:

“Mütləq deyil ki, kimsə şikayət versin. Əgər cinayət şübhəsi varsa, bununla bağlı araşdırma aparılmalıdır. Bu məsələ ilə bağlı araşdırmaların başlanması üçün Azərbaycan mətbuatında yazılanlar kifayətdir. Mümkündür ki, prokurorluq artıq araşdırmalara başlayıb. Amma açıqlamağa tələsmirlər. Deputat yox, adi insan olsaydı, aşağı prokuror səviyyəsində bunlar artıq bunu başlayardılar. Son vaxtlar biz görürük ki, mətbuatda kimsə çıxır nəsə deyir, sosial şəbəkələrdə nəsə yazır və buna görə də prokurorluq hərəkətə keçir, tədbir görürlər. Ola bilər ki, burada söhbət deputatdan getdiyi üçün bunu adi prokuror eləməyəcək. Gözləyirlər ki, ən yüksək prokurorluq səviyyəsində kimsə desin, başlasınlar. Təəssüf ki, bu gün qərarlar belə verilir. Bu gün Azərbaycan vətəndaşları iki qrupa bölünürlər. Bir böyük qrupdur, bir də ki, adi xalqdır. Adi xalq banka dollar almağa gedirsə, soruşurlar ki, pulu haradan qazanmısan? Deputatın misalında isə söhbət o boyda puldan gedir. Düşünürəm ki, sadəcə, hələlik öyrənirlər ki, buna qarşı nəsə etmək olar, olmaz. Olarsa, nə səviyyədə olar. Mən hesab edirəm ki, prokurorluq ən azından bu məsələni araşdırmalıdır. Bu gün prokurorluq rəhbərliyi qurumun Beynəlxalq Əlaqələr İdarəsinə tapşırmalıdır ki, xarici dövlətlə əlaqələri saxla, məlumatları topla, baxaq görək işin içində nə var, nə yox. Əminəm ki, hansısa səviyyədə addımlar atılır. Sadəcə, mətbuata hələlik məlumat vermirlər. Mümkündür ki, deputat artıq dindirilir, onunla söhbətlər aparılır, izahatlar alınır. Mən bunu istisna etmirəm. Sadəcə, bizdə prokurorluq kiminsə haqqında açıqlama verəndə biz artıq yəqin edirik ki, adam cinayətkardır. ”Bu niyə belədir" sualı yaranır. Çünki bilirik ki, Azərbaycanda dövlət məmurlarının əksəriyyəti korrupsionerdir. Bunu bildiyimiz üçün prokurorluq kimsənin barəsində məlumat yayanda, deyirik ki, cinayətkardır. Azərbaycan Prokurorluğu da bu məsələ ilə bağlı gecikmədən araşdırmalara başlamalıdır".

Hüquqşünas Cavanşir Feyziyevin, ailə üzvlərinin külli miqdarda vəsaitin ölkədən çıxarmasının səbəblərinə də toxunub: “Bu məsələ çox maraqlı bir məqamı da ortaya çıxardı. Azərbaycanlı məmurlar pullarını ölkədə saxlamaq istəmirlər. Fərqi yoxdur, pul halal qazanılıb, haram yolla əldə edilib. Böyük pullara sahib olan adamlar görürlər ki, ölkədə qanunun aliliyi yoxdur. Görürlər ki, məhkəmə-hüquq sistemi normal işləmir. Görürlər ki, kapitallarına təhlükə daimidir. Bütün dünyada ilkin kapitalın mənbəyi 99 faiz cinayət yolu ilə əldə edilib. Oğrular, quldurlar, adam öldürənlər böyük pullar əldə ediblər. Hər yerdə belə olub, Birləşmiş Ştatlardan tutmuş həmin o Böyük Britaniyaya qədər belə olub. Amma tarixin müəyyən dönəmində deyiblər ki, ”stop", bu gündən cinayət yolu ilə əmlak əldə etmə dayandırılır, əmlaklarınızı tanıyırıq, bundan sonra cinayət yolu ilə varidat əldə edənlər qanun qarşısında cavab verəcəklər. Bu bizdə hələ baş verməyib. Ona görə də heç kəs burada əmlakına görə təminatlı deyil. Yəni istənilən adamın evini də, malını da, mülkünü də əlindən ala bilərlər. Ona görə də bu gün vəzifədə olan, pulu çox olan adamlar pullarını ölkədən çıxarmağa can atırlar. Bu gün Azərbaycanda vəzifə sahibi olanların əksəriyyətinin pullarının əsas hissəsi xaricdədir. Bir hissəsini isə Azərbaycanda ona görə saxlayırlar ki, burada həmin pullarla daha çox qazanmaq mümkündür. Azərbaycanda bina tikintisinə qoyulan hər 10 manat 100-lə manat gəlir gətirir. Xaricdə isə bu mümkün deyil. Bunun əsas pis tərəfi budur ki, bu adamlar Azərbaycanın gələcəyinə inanmırlar. Bu gün Azərbaycan parlamentində 1991-ci il 18 oktyabrda Müstəqillik Aktının əleyhinə səs verən adamlar deputat olaraq oturublar. Bu adamlar lap əvvəldən müstəqilliyin əleyhinə səs veribsə, deməli, Azərbaycanın dövlət olaraq ayaqda qalacağına inanmırlar. Amma indi deputatdırlar. Çox təəssüf ki, Azərbaycanda seçicilər öz deputatlarını adları kriminal olaylara qarışandan sonra tanıyırlar. Yəni ona görədir ki, bunlar bu adamların çoxu, hamısı yox, əksəriyyəti bu dövlət üçün işləmir, dövlətin gələcəyini də görmür, ona görə də aparıb pullarını Böyük Britaniyaya qoyurlar. O qədər bisavaddırlar ki, tarixi də bilmirlər. Bilmirlər ki, Böyük Britaniya pul qoymaq üçün ən təhlükəli yerdir. Sadəcə, xatırlasınlar ki, yüz il əvvəl, Rusiya inqilabından sonra rus zadəganları Böyük Britaniyaya qoydurları pullarını almaq istəmişdilər. Lakin inqilabdan sonra heç bir rus zadəganı oradan pulunu ala bilmədi. Böyük Britaniya həmişə belə edir. Bunu bilmək üçün tarixə nəzər salmaq kifayətdir".

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputat Cavanşir Feyziyevin maşını ilə adam öldürən şəxsə CƏZA VERİLDİ

    Deputat Cavanşir Feyziyevin maşını ilə adam ...

    21-06-2019, 14:24

  • 
  • Cavanşir Feyziyevin “xeyriyyəçiliyi” – heç kim bilməsə də trolları bilir

    Cavanşir Feyziyevin “xeyriyyəçiliyi” – heç kim ...

    3-03-2020, 22:49

  • 
  • Cavanşir Feyziyevin “Avromed”lə bağlılığını sübut edən I FAKT

    Cavanşir Feyziyevin “Avromed”lə bağlılığını sübut ...

    24-05-2018, 22:55

  • 
  • Cavanşir Feyziyevin gözqamaşdıran varidatı - SİYAHI

    Cavanşir Feyziyevin gözqamaşdıran varidatı - ...

    9-05-2020, 14:10

  • 
  • Cavanşir Feyziyev nədən ortalıqda görünmür? - Şəkililər deputatlarına görə utanırlar...

    Cavanşir Feyziyev nədən ortalıqda görünmür? - ...

    17-04-2020, 14:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu