İcra başçısının saxta karantin arayışı satan 1 nömrəli nümayəndəsi həbs olundu...
Heydər Əsədovun kadrı olan Vüqar Novruzovun icra başçısı olmağa haqqı varmı..?
Deməli, icra başçılarından söhbət düşəndə, adətən deyirlər ki, təzə təyin olunub, 2-3 ildir işləyir, gözləyək görək nə olur… Bu adamlara başa salmaq olmur ki, dünyada mühüm vəzifələrin müddəti 4, uzağı 5 ildir. İcra başçısı kimdir ki, ona 3-4 il vaxt verilsin. Digər tərəfdən əgər rəhbər şəxs 1-ci GÜNDƏN özünü göstərə bilmədisə, ona 100 il də vaxt versən əhəmiyyəti yoxdur. Sözün qısası, Naftalan şəhər icra hakimiyyətinin təzə başçısı Vüqar Vahid oğlu Novruzovun 2 ili tamam oldu. Hətta 3-cü ildən 2 ay “xərcləyib”. Görək bu müddət ərzində Vüqar Novruzov nə işlər görüb. Deməlİ Vüqar Novruzov vəzifəyə təyin olunana kimi özünə təzə qadın müavin təyin etdi. Gundemxeber.az gundelik-baku.com-a istinadla bildirir ki, Vüqar Novruzov uzun müddət Hesablama Palatasında Heydər Əsədovun rəhbərliyi altında işləyib və onun kadrı hesab olunur. Beləliklə, Vüqar Novruzovun ilk işi bu oldu ki, onun 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarov HƏBS edildi. Deməli, Asəf Cabbarovun xidməti vəzifə səlahiyyətlərindən istifadə edərək ayrı-ayrı şəxslərə KARANTİN postlarında yoxlamalar zamanı təqdim etmələri və şəhər ərazisində rahat hərəkət edərək iş fəaliyyətləri ilə məşğul olmaları üçün qanunsuz olaraq 100 ədəd arayış tərtib etməklə verməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb, Asəf Cabbarov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. Təsəvvür edirsiniz, icra başçısının 1 NÖMRƏLİ NÜMAYƏNDƏSİ ARAYIŞ SATIRMIŞ. Özü də 100 nəfərə satıb. Əgər icra başçısı 1 nömrəli nümayəndəsinə nəzarət edə bilmirsə, onun icra başçısı olmağa haqqı varmı ? Axı, əbəs yerə qeyd etmədik ki, icra başçısı Vüqar Novruzov Heydər Əsədov məktəbinin yetirməsidir. Vüqar Novruzovun ömür yolu haqqında olan məlumatlar onun icra başçısı olmağa mənəvi haqqı olmadığını bir daha ortaya qoyur. Buyurun tanış olun: Novruzov Vüqar Vahid oğlu 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecmenti ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirmişdir. Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlamışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində, 27 sentyabr 2019-cu il tarixdən 4 dekabr 2019-cu il tarixədək Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Vüqar Novruzov 04 dekabr 2019-cu il tarixdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Vüqar Novruzov Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovun oğludur. Şərhə ehtiyac varmı ? P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?