GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Musa Abbasovun Neftçilər xəstəxanasında FİRONLUĞU- Neftçilər xəstəxanasında olan ÖZBAŞINALIQLAR…

Musa Abbasovun Neftçilər xəstəxanasında FİRONLUĞU- Neftçilər xəstəxanasında olan ÖZBAŞINALIQLAR…

Tarix: 5-02-2022, 11:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 252


Neftçilər xəstəxanasının adı dəyişməlidir …

Neftçilərə qulluq etməyən xəstəxananın adı niyə…?

Dövlətin xəstəxanaya  ayırdığı pullar hara gedir ?

Ay Musa ( Abbasov), xəstəxanada yığılan milyonlar kimin cibinə gedir..? 


Azərbaycan səhiyyəsinin  durumu barədə düşünəndə adamı  dəhşət bürüyür.
Əsas mövzuya keçməzdən öncə bir məsələyə nəzər salaq.
Deməli, Bakıda məşhur  inqilabçı Məşədi Əzizbəyov adına Doğum evi var idi. Sonra  başa saldılar ki, kişi hara, doğum evi hara, ayıbdlr, xəstəxananın adını dəyişin.
Sonra xəstəxananı  verdilər  yoldaş Leninin arvadı Krupskayanın adına.
Bir müddət sonra başa düşdülər ki, Nadejda  xanım Krupskaya heç vaxt doğmayıb, yəni sonsuz olub. Ömründə bircə dəfə  doğmayan adamın adına necə Doğum evi ola bilər..?
Beləcə axırda məcbur qalıb tibbi ocağının adını qoydular 1  Sayli Doğum evi....
Bunu nə üçün xatırlatdıq.
Axı, Mərkəzi Neftçilər Xəstəxanası neçə illərdir ki, neftçilərə qulluq etmir. Belə olan halda bunun harası Neftçilər Xəstəxanası oldu ?
Ona görə də bu xəstəxananın adını dəyişib normal bir ad qoymaq lazımdır.
Sözümüzün canı odur ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır.
Məsələn, Mərkəzi Neftçilər Xəstəxanasının saytında göstərilib ki,  özəl deyil, dövlət  tibbi müəssisəsidir.
Ay cənablar, bu necə DÖVLƏT tibb ocağıdır ki, qiymətlər özəl xəstəxanalardan bahadır..?
Niyə hər şeyi öz adı ilə çağırmaq istəmirsiniz..?
Siz  xalqı niyə aldadırsınız ?
Çıxardın hərraca  satın deputata, hansısa nazirə, biznesmenə və məsələ bitsin. Bu qədər sadə və bəsit.
Düzdür, bu tibb  ocağı  ilkin olaraq 1956-cı ildə  Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası kimi adlanırdı.
Sonradan  bu şəfa ocağı bütövlükdə Azərbaycan neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrildi. Bir neçə il sonra xəstəxananın yeni korpusları tikildi, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqlarla təmin edildi. Gördünüzmü,  bütün xərcləri dövlət ödəyib, müasir avadanlıqları dövlət alıb, binanı, korpusları DÖVLƏT  tikib.
Bəs onda niyə dövlət xəstəxanası  vətəndaşların cibinə girir, özü də necə ? Əslində xəstələrin dərisini soyur.
Axı, bu xəstəxana heç kimin dədəsinin deyil, dövlətindir.
Binaya daxil olan kimi  1800  manat depozit qoyulmasını tələb edirlər. Bəs onda dövlətin xərclədiyi milyonlar hara getdi ?
Bəs xəstəxanadakı nimdaş yataq dəstləri, kiflənmiş mələfələr, çirkab içində olan  yorğan-döşək, xəstələrin iyrəndiyi  yatacaq və s  nə olsun, ya Musa ?
Məlumat üçün qeyd edək ki, TƏBİB-in rəhbəri  Ramin Bayramlı istefaya getməzdən öncə, dostu Musa Abbasovu  xəstəxanaya baş direktor, onun dostu Hüseyn Şahmalıyevi isə müavin təyin etdi.
Amma  bu təyinatlardan keçən 1 ildən artıq vaxtda heç nə dəyişmədi. Əslində dəyişdi, pisliyə doğru.
Həkimlərin səhlənkarlığı ucbatından ölən xəstələrin sayı kifayət qədərdir.
Ən dəhşətli hal odur ki, xəstəxanada kağız  üstə maaş-əmək haqqı 600 manatdırsa, realda 4-5 mindir, yəni xəstəxanada həmişə qara mühasibatlıq olub. Əməliyyatların qiymətləri də kağız üstə bir cür, realda  tam fərqlidir. Görün dövlət büdcəsindən nə qədər vergi yayındırılır. Bu cinayətdir. Bəs müvafiq orqanlar hara baxır ?
Hələ ən dəhşətlisi odur ki,  xəstəxanada gizli bir şəbəkənin insan və orqan alverində fəal iştirakı ilə bağlı xəbərlər  mediada yayılıb.
Bundan ağır hansı ittiham, cinayət əməli ola bilər ?
Biz məlumatın nə qədər doğru olub-olmadığını deyə bilmərik. Amma qarşı tərəf susursa, deməli şübhələnməyə  ciddi səbəblər yaranır. Buyurun  açıqlama verin.
Bu gün pandemiya  dünyada tüğyan edir Neftçilər xəstəxanasında isə, adi oksigen balonlar yoxdur, COVİD xəstələri  boğulur.
Qiymətlər də ildə 2-3 dəfə dəyişir.
Bu barədə Səhiyyə Nazirliyinə zəng vuranda deyirlər ki, Neftçilər xəstəxanası TƏSƏRRÜFAT HESABLIDIR, biz onların işinə qarışa biləmərik.
Vallah, baş açılası deyil, nə təsərrüfat hesablı..?
Bir sözlə yazıq Azərbaycan insanı qalıb işbilməz səhiyyə sisteminin əlində ƏSİR.

P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Neftçilər xəstəxanasının baş direktoru vəzifədən getdi - BİR NEÇƏ AY ÖNCƏ TƏYİN EDİLMİŞDİ

    Neftçilər xəstəxanasının baş direktoru vəzifədən ...

    24-04-2019, 16:06

  • 
  • Baş həkim vəzifəsindən azad edildi - Mərkəzi Neftçilər Xəstəxanasında dəyişiklik

    Baş həkim vəzifəsindən azad edildi - Mərkəzi ...

    28-07-2017, 17:48

  • 
  • Mərkəzi Neftçilər Xəstəxanası: Natiq Əliyevin vəziyyəti ağır-stabildir, ürəyinə stendlər qoyulub

    Mərkəzi Neftçilər Xəstəxanası: Natiq Əliyevin ...

    4-06-2017, 17:52

  • 
  • Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən azad edilib

    Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru ...

    7-03-2019, 16:08

  • 
  • Mərkəzi Neftçilər Xəstəxanasına yeni direktor təyin edildi

    Mərkəzi Neftçilər Xəstəxanasına yeni direktor ...

    2-10-2018, 14:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu