GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ziya Məmmədovun iflasa uğrayan 130 milyonluq layihəsi bərpa ediləcəkmi? - AKTUAL

Ziya Məmmədovun iflasa uğrayan 130 milyonluq layihəsi bərpa ediləcəkmi? - AKTUAL

Tarix: 8-02-2022, 09:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 229


Prezident İlham Əliyevin imzaladığı sərəncamla Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı Şəhər İcra Hakimiyyətinə, Nəqliyyatin İntelektual İdarəetmə Mərkəzi (NİİM) isə Daxil İşlər Nazirliyinin (DİN) balansına verilib. Bu qərar ictimai nəqliyyatda hansı dəyişikliyə gətirib çıxara bilər? Mövcud problemlər aradan qalxacaqmı?


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz xatırladır ki, BNA-nın əsas konfliktləri, maraq toqquşmaları əsasən Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Dövlət Yol Polisi ilə olurdu. Onun sözlərinə görə, son illərdə işıqforlar da DYP-dən alınıb BNA-ya verilmişdi.
“Düşünmək olar ki, yeni fərmandan sonra bu problemlər, maraq toqquşmaları aradan qalxacaq”,-ekspert qeyd edib.
O.Gündüzün sözlərinə görə, BNA indiyədək reallaşdıra bilmədiyi bir çox səlahiyyətləri, xüsusilə də parklama ilə bağlı səlahiyyətləri tezliklə əldə edə biləcək: “Güman etmək olar ki, qısa zamanda Nazirlər Kabineti (NK) parklama ilə bağlı tarifləri nəhayət ki, təsdiqləyəcək. Hansı ki, BNA uzun müddət idi ki bu tariflərin NK-ya təqdim edildiyini bildirirdi, lakin təsdiqlənmədiyindən səlahiyyətini icra edə bilmirdi. Ümid edərəm ki, BNA-nın tənzimləyici rolu güclənəcək. Yəni, nəqliyyat axınının intellektual tənzimlənməsi, ağıllı işıqforlar, trafikin idarəedilməsi və s. BNA tərəfindən hazırlanacaq. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi isə daha çox icraedici rola malik olacaq”.
Ekspert qeyd edir ki, nəqliyyat axınının tənzimlənməsinin polisə verilməsinin doğru olmayacağı qənaətindədir. O hesab edir ki, bu səlahiyyətin BNA-da olması doğru olardı.
O.Gündüz xatırladır ki, NİİM-in 2007-ci ildən bünövrəsi qoyulub, 2011-ci ildə istifadəyə verilib, amma bu layihə uzun müddət qarşıya qoyulan vəzfələri yerinə yetriə bilməyib: “Qurum 2015-ci ildə BNA-ya təhvil verilib. BNA da uzun müddət bunu balansa ala bilməyib, hətta xatırlayıram ki bununla bağlı 2017-ci ildə Prezidentə də müraciət etmişdi. Azərbaycanın ən uğursuz İT layihəsi olan, qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyən, sabiq nazir Ziya Məmmədovun 130 milyon manat sərf edərək iflasa uğratdığı Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin rolunun güclənəcəyini proqnozlaşdrımaq olar.
Son illərdə BNA bu sistemi yenidən qurmağa, dirçəltməyə cəhdlər edirdi, onu quran Cənubi Koreya şirkətindən əl çəkərək Yaponiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində müəyyən innovativ həllər hazırlamağa başlamışdı. Bildiyim qədər dayanacaqlarda istifadəsiz qalan, bir çox yerlərdə dağılan yüzlərlə bahalı monitorları əvəz edəcək mobil tətbiq üzərində işlər gedirdi”.
Ekspert əlavə edir ki, NİİM ciddi problemləri həll edib başa çatdıra bilməmişdi. Onun sözlərinə görə, xüsusilə Prezidentin qəbul etdiyi fərmanlara görə işıqforlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməliyidi.
“İndiyədək yalnız çox az sayda işıqfor bu formada idarə olunurdu. Ümid etmək olar ki DYP resurslarından istifadə etməklə bu məsələni daha sürətli və effektiv qaydada reallaşdırmaq mümkün olacaq”,-o qeyd edib.
O.Gündüz vurğulayıb ki, Bakı şəhər İcra Hakimiyyətində innovasiyalar və texnologiyalarla bağlı hansısa ənənənin, inkişafın olduğunu demək mümkün deyil: “Ən azı rəsmi saytlarından və uşaq bağçaları ilə bağlı təcrübələrindən bunu görmüşük. Amma DİN-də İT komanda yetərincə güclü olduğundan düşünmək olar ki , NİİM-lə bağlı işlərdə də innovasiyalar və texnologiyarın tətbiqi sürətlənə bilər”.
Ekspert əlavə edir ki, nəqliyyat axınını tənzimləmək üçün DİN yalnız BNA kameralarından deyil, özünün videomüşahidə infrastrukturundan da effektiv istifadə edəcək.
“Hazırda ən ciddi tələbat olan məsələlərdən biri SMS məlumatlandırma ilə tıxac vəziyyətdən çıxış, trafiki innovativ idarə etmək, alternativlər təqdim etmək, sürücülərin effektiv məlumatlandırılmasını təşkil etmək, toplanmış datadan effektiv istifadə etməkdir. Ümid edirəm tezliklə bu problem öz həllini tapa biləcək”,- ekspert qeyd edib.
O.Gündüz ümid edir ki, dayanma və durmanın qadağan edildiyi yerlərdə elektron protokolların tərtib edilməsi prosesinin daha da sərtləşəcəyini gözləmək olar: “Düşünürəm ki, indiki mərhələdə ən vacib məsələ nəqliyyat axınının intellektual idarə edilməsi ilə bağlı yeni yanaşmaların, yeni konsepsiyanın ortaya qoyulması olmalıdır”. 
//AzPolitika.info//

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​“Görəsən, Ziya müəllim ibadət edəndə NİİM-i yada salırmı?”

    ​“Görəsən, Ziya müəllim ibadət edəndə NİİM-i yada ...

    11-07-2019, 16:47

  • 
  • BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi nələri dəyişəcək?

    BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi ...

    8-02-2022, 11:48

  • 
  • Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri azaldılır

    Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri ...

    15-03-2016, 13:08

  • 
  • Büdcəni soymağın ən asand yolu:BNA bir yol nişanını 1840 manata rəsmiləşdirib - Fantastik qiymətlər

    Büdcəni soymağın ən asand yolu:BNA bir yol ...

    28-12-2019, 20:40

  • 
  • BNA qəzaya uğramış avtobuslar barədə məlumat yayıb

    BNA qəzaya uğramış avtobuslar barədə məlumat yayıb ...

    3-08-2020, 10:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu