GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bəs, Mehdiyev, Qaralaov, Usubov, Sadıkov...? - “Tərtər işi”ni ört-basdır edənlər də məsuliyyətə cəlb olunacaqlarmı?

Bəs, Mehdiyev, Qaralaov, Usubov, Sadıkov...? - “Tərtər işi”ni ört-basdır edənlər də məsuliyyətə cəlb olunacaqlarmı?

Tarix: 10-02-2022, 11:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 303

Məlum olduğu kimi, bu gün Baş Prokurorluq "Tərtər işi" ilə bağlı növbəti dəfə məlumat yayıb.

Məlumatda daha 163 nəfərin işgəncəyə məruz qaldığının müəyyən edildiyi vurğulanır: “Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalan 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir...”

Bu, o deməkdir ki, zərərçəkənlərin sayı burada göstərilənlərdən də xeyli çoxdur. Həmin məlumatda qeyd olunanlar həm də bu işin nə qədər böyük miqyasa malik olduğunu və ordumuza qarşı geniş təxribat xarakteri daşıdığını bir daha təsdiqləmiş olur.

Ancaq bu məsələdə bir neçə sual meydana çıxır. Hələ 2017-ci ildə baş verən, “5-ci kolon”un dövlətə və orduya qarşı qəsdinin tərkib hissəsi olduğu şübhə doğurmayan bu cinayətin qarşısı niyə zamanında alınmadı və sonradan niyə bir müddət bu iş ört-basdır edildi? Həmçinin, niyə bu işə birbaşa nəzarət etməli olan yüksək vəzifəli şəxslər hazırda məsuliyyətdən kənarda saxlanılır?

Qısa xatırlatma olaraq qeyd edək ki, 2017-ci il mayın 7-də Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanatla bir qrup hərbi qulluqçu və mülki şəxsin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq etdiyinə görə saxlandığını açıqlamışdılar.

Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açmış və saxlanılanlar müxtəlif müddətə azadlıqdan məhrum edilmişdilər.

Lakin sonradan məlum olub ki, bu işin istintaqı zamanı azı 9 hərbi qulluqçu işgəncələrdən ölüb. Bəzi ekspertlər öldürülənlərin sayının daha çox olduğunu bildirirlər. Zərərçəkənlərin ailə üzvlərinin dediklərinə görə, ümumilikdə 1700-dən çox hərbçiyə işgəncə verilib. İşgəncələrə məruz qalanların çoxu Aprel döyüşlərində xüsusi fəallıq göstərmiş, vətənpərvərliyi, peşəkarlığı ilə seçilən hərbçilər olublar.

Artıq heç kimə sirr deyil ki, “Tərtər işi”-nə sabiq Baş prokuror Zakir Qaralov, onun muavini Rüstəm Usubov, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov və Hərbi prokuror Xanlar Vəliyev nəzarət ediblər. Tərtər hadisələrinin başında isə birbaşa Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun durduğu barədə hərbi ekspertlər, hüquq müdafiəçiləri və vəkillər tərəfindən açıqlamalar yayılıb.

Qeyd olunub ki, bu prosesləri Müdafiə Nazirliyinin Daxili təhlükəsizlik idarəsinin rəisi, general-mayor Ramil Əsgərov aparıb. O isə N.Sadıkovun doğma bacısı oğludur. Lakin indiyə qədər bu cür ağır ittihamlarla bağlı nə N.Sadıkov, nə də R.Əsgərov heç bir açıqlama verməyiblər. Sanki belə də olmalı imiş.

Son günlər isə I Qarabağ Müharibəsi zamanı 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə Ağcabədi istiqamətində keçirilməsi planlaşdırılan, lakin 1 gün gecikmə ilə baş tutan və uğursuzluqla nəticələnən “Çeildağ” əməliyyatının detalları üzə çıxıb. Respublika Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyevin bu hadisə ilə bağlı açıqlamasından belə məlum olur ki, həmin əməliyyatda 82 azərbaycanlı hərbçinin tələyə salınaraq öldürülməsində Nəcməddin Sadıkovun “xüsusi xidməti” olub. Mətbuatın bu ittihamla bağlı N.Sadıkova ünvanladığı suala isə o, sadəcə, “məni narahat etməyin!” deməklə cavab verib. Vəssalam.

Bəs, görəsən hardandır N.Sadıkovun, eləcə də “Tərtər işi” başda olmaqla, dövlətə, orduya qarşı cinayətləri araşdırmalı və zamanında həqiqəti ortaya çıxarmalı olan Zakir Qaralovun və Rüstəm Usubovun, ən əsası isə bu işdə əsas böyük fiqur olan, “5-ci kolon”un mənəvi atası sayılan, həmin vaxt Prezident Administrasiyasına rəhbərlik edən və hər şeydən çox yaxşı məlumatlı olan Ramiz Mehdiyevin arxayınçılığı? Bu şəxslər məsuliyyətə cəlb edilməli deyillərmi?

Həmin vaxt məhz Mehdiyevin rəhbərlik etdiyi Prezident Aministrasiyasından icra hakimiyyətlərinə “Tərtər işi” əsas götürülərək, orduyla bağlı “vətənə xəyanət” təbliğatı aparılması göstərişi verilmişdi. Nədən “Tərtər işi” yalnız Mehdiyev yüksək vəzifəsindən məhrum olandan və 2020-ci ildə Baş prokuror dəyişdiriləndən sonra obyektiv araşdırılmağa başladı?...

Baş Prokurorluğun son məlumatında daha bir maraqlı məqam sözügedən hadisələrlə bağlı 16 qanunsuz məhkəmə qərarının ləğv edilməsidir: “Məhkum olunmuş şəxslərlə bağlı cinayət işləri öyrənilərkən müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib”.

Bu, o deməkdir ki, həmin 16 qanunsuz qərarı verən hakim də məsuliyyətə cəlb olunmalıdır. Müəyyən etmək lazımdır ki, onlar kimin tapşırıqlarını yerinə yetiriblər və bu tapşırıqların kökü kimə qədər gedib çıxır.

Suallar çoxdur. Bu suallara ən dolğun cavabı isə heç nədən çəkinmədən bu işi sonadək araşdırmalı olan istintaq verə bilər. Əgər bu iradə sonadək ortaya qoyulsa, böyük ehtimalla bu işin arxasında təkcə Nəcməddin Sadıkovun deyil, prokurorluğun əvvəlki rəhbərliyinin və “5-ci kolon”un ən təpədəki isminin də rol aldığı üzə çıxa bilər.../AzPolitika.info/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hərbi Prokurorluq: İşğal nəticəsində Azərbaycana dəymiş maddi ziyan 818 milyard ABŞ dollarından çoxdur

    Hərbi Prokurorluq: İşğal nəticəsində Azərbaycana ...

    14-03-2018, 12:38

  • 
  • “Tərtər işi”ndə işgəncə görənlər Baş Prokurorluğa dəvət olunur

    “Tərtər işi”ndə işgəncə görənlər Baş Prokurorluğa ...

    21-12-2021, 14:57

  • 
  • Məhkəmədə məktəb direktoru zərərçəkmiş qismində tanınıb

    Məhkəmədə məktəb direktoru zərərçəkmiş qismində ...

    7-12-2018, 10:53

  • 
  • Şamaxının rüşvətə görə həbs edilən icra nümayəndəsinin məhkəməsində zərərçəkmiş dindirilib

    Şamaxının rüşvətə görə həbs edilən icra ...

    26-12-2018, 13:26

  • 
  • Rafiq Tağının ölüm müəmması

    Rafiq Tağının ölüm müəmması ...

    30-11-2012, 22:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu