GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakıda şirkət bir mənzili 5 nəfərə satıb... - Prezidentə müraciət olundu

Bakıda şirkət bir mənzili 5 nəfərə satıb... - Prezidentə müraciət olundu

Tarix: 11-02-2022, 09:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 247

Azərbaycanda hər növ mənzil dələduzluğuna rast gəlinib - GEN MMC, Mur-Ay MTK və onlarla rəhbəri fırıldaqçı olan tikinti firmasının adlarını çəkmək olar. Bu şirkətlərin sahibləri bir mənzili iki adama satdığı üçün hazırda dörd divarlıq hücrədə cəzasını çəkir, aldadılan sakinlərdən isə çoxunun pulu batıb, kimlərsə də baha qiymətə binaları təzədən almalı olublar. Amma "Sahil-S İnşaat” MTK və onun rəhbəri Taleh Allahverdiyev nə keçmişdə edilən dələduzluğa görə həbsdə olan fırıldaqçıların taleyindən ibrət dərsi çıxarıb, nə də onlara oxşayır, daha betəridir... Söhbət ondan gedir ki, Yeni Günəşli qəsəbəsinin A-B massivində inşa etdiyi binadan mənzillərin hər birini iki yox, dörd-beş adama satan T. Allahverdiyev heç bir orqandan çəkinmədən bu kələkbazlığı, saxtakarlığı davam etdirir.

Gundemxeber.az xəbər verir ki, bu barədə Anaxeber.info-ya məlumat verən sakinlərin sözlərinə görə, Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, müraciət edirlər. Aldadılan vətəndaşlar müraciətində qeyd edirlər ki, "Sahil-S İnşaat” MTK rəhbəri T. Allahverdiyev dövlətin ali şəxslərindən, ölkənin qanunlarından çəkinməyərək hamıya meydan oxuyur. Əgər belə olmasaydı, bir mənzili 4-5 adama satdığına görə barəsində cinayət işi başlanar, həbs qətimkan tədbiri seçilərdi. Vətəndaşlar müraciətdə bildirirlər ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı abaş Mübarizə İdarəsi tərəfindən çağırılmış şirkət rəhbəri, daha sonra sərbəst buraxılıb və barəsində heç bir tədbir görülməyib. Bu da MTK sahibini arxayınlaşdırıb və ruhlandırıb. Odur ki, T. Allahverdiyev bildiyini edir, dələduzluq əməli ilə bağlı məsuliyyətə cəlb olunmur. Hazırda yüzlərlə sakin aldadılıb, pulları alınıb, amma bir mənzil 5 adama satılıb, heç birinə evlərin açarı verilməyib, bütün payçılarla oxşar müqavilələr imzalanıb. Prezidentə və Baş Prokurora müraciət edərək dövlətdən kömək istəyən aldadılmış sakinlər deyirlər ki, şirkət rəhbərinə cinayət işi açılmırsa, deməli, ya onu müdafiə edənlər var, ya da prokurorluq işi obyektiv araşdırmır. Müraciət müəllifləri K. Əliyevə inandıqlarını qeyd edir və istintaqın günü bu gün hərəkətə keçməsini gözləyir: "Cənab Prezident və hörmətli Baş Prokuror, Taleh Allahverdiyev adlı fırıldaqçı başımıza oyun açıb, bir mənzili 4-5 adama satıb, pullarımızı mənimsəyib, aldıqlarını qaytarmır. Xeyli müddətdir ki, üzləşdiyimiz bu qanunsuzluq, dərəbəylik haqda dövlət orqanlarını məlumatlandırırıq, ictimailəşdiririk, lakin nəticəsi yoxdur. Cənab Prezident yerli telekanallara müsahibəsində demişdi ki, bir çox özbaşınalıqlar, neqativ hallar barədə mətbuatdan xəbər tutur. Ona görə biz də mətbuat vasitəsi ilə bir daha dövlət rəhbərliyinə, baş prokurora üz tuturuq, yardım istəyirik. Bu şirkət rəhbəri həbs edilməlidir, bizim pullar qaytarılmalıdır. Ortalıqda böyük cinayət, mənimsəmə, dələduzluq faktı var. Amma səlahiyyətli orqanlar susurlar. Halbuki bu günədək bir çox belə fırıldaqçı şirkətlər cəzalandırılıb, sahibləri həbs olunub, bizə gəldikdə isə bu addım atılmır. Bu şirkətə pul ödəyən hər kəs sevinmişdi ki, kirayələrdən xilas olur, bir isti yuvaya sahiblənir, amma Taleh Allahverdiyev bu qədər insanın haqqını yeyib, aradan çıxıb, qəbuluna düşə bilmirik. Cənab Kamran Əliyevdən böyük gözləntimiz var ki, bu məsələyə reaksiya verib araşdırılmasını tapşıracaq. Əfsus ki, şirkətin sahibi nə tikintini başa çatdırır, nə evləri əsl sahiblərinə qaytarır, nə də eyni mənzili satdığı adamların pulunu verir. Bu adama qarşı dövlət orqanlarının susqun qalması başadüşülən deyil". Müraciətdə əlavə edilir ki, şirkətin vergidən yayınması, müqavilənin bağlanmasından sonra sazişləri pozub mənzillərin kvadratının qiymətini qaldırması haqda dəfələrlə məlumat verilib: "Amma bizə məlum olur ki, 2018-ci ildən bəri tikintini başa çatdırmayan şirkətin dərdi bu deyilmiş, demə, eyni mənzilləri bir neçə adama satıbmışlar. Biz istintaq aparılmasını və təcili cinayət işi açılmasını istəyirik. Necə ki digərləri həbs edilib, bu şəxs də eyni cəzanı almalıdır. Ümid edirik ki, dövlət və prokurorluq səsimizə səs verəcək. Ümumiyyətlə, Baş Prokurorluq aydınlıq gətirməlidir ki, nə üçün sözügedən şirkətlə bağlı araşdırma aparılmır, nə üçün sahibi dindirilərək sərbəst buraxılıb?! Görünür, onu qoruyan himayədarları var və prokurorluq orqanları addım atmaq istəmir. Lakin ortada cinayət əməli var, dələduzluğa yol verilib, Prezident baş prokurora böyük etimad göstərib, o da ictimailəşən məsələ barəsində göstəriş verməlidir. Biz pandemiya səbəbindən toplaşmırıq, qanunlara riayət edir, artan yoluxmaya əsasən yığışmırıq, amma bu gedişat bizi məcbur edir ki, tədbir görülməsə, haqqımızı tələb edək. Bununla belə, Taleh Allahverdiyevin fırıldaq əməlini qısa zamanda təftiş edib üzə çıxarmaq mümkündür. Bizim tək istəyimiz qanuni çərçivədə iş aparılsın, günankarlar cəzalansın, bizim pullarımız qaytarılsın, mənzillərin verilməsi ədalətli həllini tapsın. Necə olur ki, bir mənzil 5 adama satılır, ölkədə bu miqyasda dələduzluq var, amma prokurorluq göz yumur? Maraq nədir? Bəs, biz hara, hansı ölkəyə şikayət edək? Ayrı vaxt birinin dükanından 1 manat oğurlananda dərhal tuturlar, bizim isə mənzillər üçün verdiyimiz böyük pullar gedib, hərəkət yoxdur. Bu cəzasızlıq mühiti belə şirkət rəhbərlərini arxayın salır. Ona görə çox xahiş edirik ki, bizim dərdimizə çarə qılın, ümidimizi qırmayın". 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tikinti şirkəti baş redaktoru aldadıb - Prezidentə müraciət

    Tikinti şirkəti baş redaktoru aldadıb - ...

    3-08-2021, 16:33

  • 
  • “Sahil - S İnşaat” MTK sakinləri aldadır - NARAZILIQ!

    “Sahil - S İnşaat” MTK sakinləri aldadır - ...

    30-06-2021, 11:27

  • 
  • “Sahil-İnşaat” vətəndaşları necə aldadır? – Bakıda daha bir mənzil dədləduzluğu

    “Sahil-İnşaat” vətəndaşları necə aldadır? – ...

    7-01-2021, 14:10

  • 
  • 43 mənzili təkrar 48 nəfərə satan şirkət rəhbərliyi həbs edilib - RƏSMİ

    43 mənzili təkrar 48 nəfərə satan şirkət ...

    18-12-2017, 21:10

  • 
  • “Sahil - S İnşaat” MTK fırıldağının qurbanları İlham Əliyevə müraciət etdi - NARAZILIQ!

    “Sahil - S İnşaat” MTK fırıldağının qurbanları ...

    15-09-2021, 15:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu