Tərtər Rayon Mərkəzi Xəstəxanasında (RMX) bəzi ixtisaslar üzrə həkim çatışmazlığı yaşanır. Bu səbəbdən rayon sakinləri tibbi xidmət almaq üçün qonşu rayonlara üz tutur.
100 mindən artıq əhalisi olan Tərtərin mərkəzi xəstəxanası 2012-ci ildə əsaslı təmir olunandan sonra istifadəyə verilib. Rayon Səhiyyə Şöbəsinin tərkibində uşaq xəstəxanası, iki kənd sahə xəstəxanası və 36 tibb məntəqəsi fəaliyyət göstərir. 121 çarpayılıq xəstəxana müasir tibbi avadanlıqla təchiz olunsa da, burada ixtisaslı həkim çatışmır. Tərtər RMX-dən bildirilib ki, hazırda tibb mərkəzində 30 vakant yer var. Buraya müraciət edən xəstələr ilkin yardımla təmin edildikdən sonra Bərdəyə göndərilir. Xəstəxananın direktor əvəzi Sevda Əliyeva isə bildirib ki, bununla bağlı aidiyyəti üzrə dövlət orqanlarına və Tibb Universitetinə müraciət edilib. Bundan başqa, fərdi şəkildə də həkimlərlə söhbətlər aparılır.
Ətraflı Baku TV süjetini təqdim edir:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?