Son günlər AMEA ətrafında cərəyan edən qalmaqallı mənzərə gündəmi xaha çox məşğul etməkdədir. Xatırladaq ki, Ramiz Mehdiyevin AMEA prezidentliyindən istefasını tələb edən bir qrup alim və ictimai xadimlərin iddialarının əksinə olaraq Ramiz Mehdiyev nəinki müavimət göstərir, hətta ara-sıra hücuma keçən tərəfə də çevrilir.
Gundemxeber.az bildirir ki, bununla bağlı DİA.AZ-a maraqlı informasiya daxil olub. AMEA-dakı mənbənin iddia etdiyinə görə, Ramiz Mehdiyev situasiyanın olduqca həssas xarakterdə olduğunu qeyd edərək çevrəsindəki azsaylı tərəfdarlarına onun icazəsi olmadan mətbuatla ünsiyyəti qadağan edib. Mənbə bildirir ki, Ramiz Mehdiyevin bu qərarı daha çox AMEA-da post tutanlara aiddir. Onu da qeyd edək ki, əlimizdə sözügedən iddianı sübut edən faktlar da var...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?