Azərbaycan Respublikası Prezidentinin saytı vətəndaş müraciətlərinin qəbul edilməsindəki öndərliyini itirmək üzrədir. Artıq xeyli vaxtdır saytın “Prezidentə məktub yazmaq” bölümündə uyğun göstərişlərə əməl etməklə məktubun göndərilməsi uğuruna sevinmək olmur. Gah ad-soyad xanasının altında qırmızı xətlə “Məlumat yalnız hərflərdən ibarət olmalıdır” süni qadağası (kim adını, soyadını, ata adını rəqəmlərlə yazır ki? ), gah məktubun məzmunu bölməsinin 500 işarədən çox olması (oysa 1500 işarə nəzərdə tutulub) qadağası Prezidentə sayt aracılığı ilə müraciət etməyə imkan vermir.
İşarələrin sayını 500 həddində saxlamaq da adların “ hərflərlə yazılmaması” bəhanəsilə məktubun göndərilməsinə gətirmir.
Pandemiya Prezident Administrasiyasının məktub qəbulu otağının bağlı qalmasına səbəb olub. İki ildir ki, bağlanan otaqlar açılmaq bilmir ki bilmir. Bir yandan da sayt araçılığı yolu ilə Prezidentə müraciət etməyə qadağa qoyulub. Xalq 1 nömrəli xidmətçisinə hansı yolla müraciət etsin?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?