GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rəşad Nəbiyev nazir olandan nəqliyyat – rabitə özbaşınalığı daha da şiddətlənib

Rəşad Nəbiyev nazir olandan nəqliyyat – rabitə özbaşınalığı daha da şiddətlənib

Tarix: 21-02-2022, 09:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 403


Çağrı mərkəzi pullu susqunluq “xidməti”ndə, mobil operatorlar talançılıqda 


Azərbaycanda telefon rabitəsi xidmətinin yarıtmazlığı sovet dönəmindən üzü bəri sürməkdədir. O çağlar Bakıdan Sumqayıta zəng etmək üçün sifariş verirdin , elə olurdu, 5-6 saata birləşdirirdilər. Ötən yüzilin 80-90-cı illərində Qubadlı rayonunun Balasoltanlı kəndi ilə danışmaq üçün gecə səhərə kimi gözləməyimiz sonuc vermədi, amma bir neçə gün sonra danışıq haqqı qəbzi gəldi. İnanmayacaqsınız, Bakı Telefon Qovşağı zorakılıqla göstərilməyən xidmətə görə pulu almayınca, telefonu açmadı. Elə olurdu ki, abonentlərə Almaniyadakı , nə bilim, Amerikadakı “qohumları” ilə telefon “danışığına” görə borc kağızları gəlirdi. Mobil operatorlar xidmət sektoruna girənə kimi sürən rabitə özbaşınalığı sonradan başqa formada və “dünya standartlarına uyğun” şəkildə özünü göstərdi və hələ də göstərir. Sadə misal : NK-nın Çağrı mərkəzlərinin fəaliyyətinin təşkili haqqında qaydalarında açıq yazılıb ki, bu mərkəzlərə edilən zənglərin qəbulu və cavablandırılması ödənişsiz həyata keçirilir. Di gəl, baş prokurorluğun 961 nömrəsi vətəndaşlara elə nömrə gəlir ki, gəl görəsən! Zənglərin qəbul edilməməsi bir yana, hələ üstəlik olmayan danışığa görə də haqq tutulur. Bakcell şirkəti hələ də 5 aydır qanunsuz tutduğu vəsaiti geri qaytarmayıb. Bəs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu barədə nə fikirləşir? Özbaşınalığa baxın, nazirlik rəsmi qaydada  (yenə qeyri-rəsmi olsaydı, dərd yarı olardı ) bildirib ki, çağrı mərkəzinə zənglər ödənişlidir və Bakcell şirkətinin olmayan danışığa görə dəqiqəsi 12 qəpikdən 3 manata yaxın “susqunluq haqqı” tutması qanunidir. Baş prokurorluq rəsmi qaydada bu susqunluğa görə iki prokurorun intizam məsuliyyətinə baxacağını bildirir, rabitəyə cavabdeh nazirlik isə qanunsuzluğu qanuni sayır. Bakcelldən söz düşmüşkən, bu mobil operatorun xidməti istehlakçı hüquqlarının qorunması haqqında qanunvericiliyə uyğun gəlmir. Təsəvvür edin, abonentin nömrəsini xəbərdarlıq etmədən ləğv edir və balansdakı vəsaiti də mənimsəyir ki, 6 ay müddətində balans artırılmayıb. Belə zorakı xidmət olar? Pandemiya dövründə yataq xəstəsi Qarabağ qazisinin ödəniş etməyi unutmasını yada salmaq olmazdı? Bu da sovet dönəmi deyil ki, sms-bildiriş xidməti mümkünsüz olsun? Bakcell belə ləğvetmə -satma “xidməti” ilə biznes qurub 

İnternet provayderlərinin , özəlliklə , Bakinternetin xidməti də zorakılıqdan, monopolist mövqedən yararlanıb istədiyi qiyməti diqtə etməkdən o yana keçmir. Heç demə, köhnə telefon xəttinin fiber-optik xətlərlə əvəz edilməsi internetin qiymətinin ən aşağı 20 manatdan başlamasına hesablanıb. Belə xidmət inhisarçılığı olar? Bəyənmədiyimiz Belarusda hətta meşədə də “free internet” yerli nömrə yiyələrinin xidmətindədir, bizdə isə 120 manata göz dikməyə məcbur edilən qazi- əsgərlərin, əlillərin,  tələbələrin 20 manatını fiber-optik rabitə adına xidmətə tuturlar . Olmazmı aztəminatlı şəxslərə güzəşt edilsin? Onu da vurğulayaq ki, əlillərin telefon xidməti ilə pulsuz təminatı “Əlillərin sosial müdafiəsi haqqında” ( 4 ildir “Əlilliyi olan şəxslərin hüquqları haqqında” ) qanunun tələbi olsa da, telefon – kommunikasiya qovşaqları nəinki tələbə əməl edir, əksinə, hətta dövlət sifarişi ilə tikilən “əlil evləri”ni ödəniş almadan kabelləşdirməkdən imtina edirlər. Qaunvericilik maliyyə mənbəyindən asılı olmayaraq əlillər üçün tikilən evlərin dövlət sifarişinə aid olduğunu doğrulasa da, buna da əməl edən yoxdur. 

Bəs İqtisadiyyat Nazirliyi və yanındakı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır? Hələ ki, rabitə-nəqliyyat sahəsindəki inhisarçılıqla , istehlakçı hüquqlarının qorunması uğrunda mübarizənin müsbət sonucu görünmür. Bu nazirliyin xidməti də istehlakçı hüquqlarını pozanlara aiddiyatı üzrə müraciət etməkdən o yana keçmir. Dövlət xidmətin yeni rəisinin nəsə edəcəyini gözləmək qalır. 

Poçt xidmətindən ayrıca danışmağı fikirləşirik. Qısaca , yazarkən “kuryer poçtu”nun Bakcell nömrələri ilə vaxtımı və başımı apardılar. Bəyəm Azərpoçtun poçt şöbələri fəaliyyətini dayandırıb ki, hansısa qurum kuryer poçtunun bahalı xidmətinə üz tutur? Özü də ünvanla yox, telefon nömrəsi ilə. Birdəfəlik başa düşmək lazımdır ki, “Vətəndaşların müraciətləri haqqında” qanun elektron müraciətə elektron qaydada cavab verilməli olduğunu doğrulayır. Elektron ünvana cavab vermək yerinə, telefonla (xəstə) yatanları rahatsız etmək heç də yaxşı xidmət deyil. 


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir: "Azərbaycanda mobil rabitə tarifləri aşağı salına bilər"

    Nazir: "Azərbaycanda mobil rabitə tarifləri ...

    3-12-2013, 12:22

  • 
  • Gələn aydan mobil danışıq qiymətləri ucuzlaşacaq - Şad xəbər

    Gələn aydan mobil danışıq qiymətləri ucuzlaşacaq ...

    24-07-2013, 13:32

  • 
  • Nazirlik “Azercell” və “Azerfon”u məhkəməyə verir

    Nazirlik “Azercell” və “Azerfon”u məhkəməyə verir ...

    6-08-2013, 18:33

  • 
  • Azərbaycanda fevralın 1-də mobil nömrələrin daşınması sistemi fəaliyyətə başlayır

    Azərbaycanda fevralın 1-də mobil nömrələrin ...

    28-01-2014, 12:07

  • 
  • Telefon danışığı haqqı ucuzlaşacaq yoxsa bahalaşacaq?

    Telefon danışığı haqqı ucuzlaşacaq yoxsa ...

    21-10-2013, 17:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu