GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Abşeron xəstəxanaları və istilik enerjisinin “əritdiyi” büdcə vəsaiti-DE-FAKTO

Abşeron xəstəxanaları və istilik enerjisinin “əritdiyi” büdcə vəsaiti-DE-FAKTO

Tarix: 21-02-2022, 15:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 112

“Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi istilik enerjisi ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.


Ötən ayın əvvəlində Azərbaycan Respublikası Baş Prokurorluğu “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi (PHŞ) Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdirinə cinayət işi açılması ilə bağlı məlumat yaydı. Məlumatda bildirilirdi ki, bir qrup tibb işçisinin qanunsuz olaraq müxtəlif şəxslərin saxta peyvənd sertifikatı almalarını təmin etmələri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb... (Məlumatla bu linkdən tanış ola bilərsiniz: https://www.e-huquq.az/az/news/huquq_muhafize/41648.html)

                              ***

İndi isə yenixeber.org-a Abşeron rayon səhiyyə müəssisələri ilə bağlı "korrupsiya qoxulu" yeni məlumatlar daxil olub... Məlumatlarda qeyd edilir ki, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi İstilik enerjisi təminatı ilə bağlı “Xəstəxana İstilik Təchizatı 2014” MMC ilə müqavilə bağlayıb. 19.01.2022-ci il tarixdə start götürən müsabiqəyə 4 gün əvvəl-17.02.2022-ci ildə yekun vurulub.

“Xəstəxana İstilik Təchizatı 2014” MMC “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin sifarişi ilə rayondakı səhiyyə müəssisələrini istilik enerjisi təmin edəcək və qarışılığında 75000 manat alacaq.

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Puiblik Hüquqi Şəxsi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlərin həcmi barədə məlumat verilmədən...(?) “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Puiblik Hüquqi Şəxsi “Xəstəxana İstilik Təchizatı 2014” MMC ilə75000 manatlıq müqavilə bağlayıb!

“Abşeron Rayon Mərkəzi Xəstəxanası” Puiblik Hüquqi Şəxsi həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət təşkilatının da vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...


Elə isə sual olunur: “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Puiblik Hüquqi Şəxsi nədən bu qanunu “unudub” və müvafiq tender sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Burada hansı bir istisna mümkündür ki? Niyə görüləcək işin detalları açıqlanmır? “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Puiblik Hüquqi Şəxsi ilə “Xəstəxana İstilik Təchizatı 2014”  MMC-ni adlarındakı eynilikdən başqa daha hansı tellər bağlayır? Və s.

Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Puiblik Hüquqi Şəxsdən açıqlama almaq istəsək də alınmadı... Hörmətli direktor xanım Mehriban Qaralovaya 3 gün əvvəl ünvanladığımız elektron sorğu hələ də cavabsızdır(?)

“Xəstəxana İstilik Təchizatı 2014” MMC ilə isə əlaqə yarada bilmədik. Səbəb isə heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinin olmamasıdır(?) 

Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.

Mövzunun davamı olacaq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abşeron Rayon İcra Hakimiyyəti məlumat yaydı: "Hazırda müavinlərin hər biri iş başındadır"

    Abşeron Rayon İcra Hakimiyyəti məlumat yaydı: ...

    22-06-2020, 14:58

  • 
  • Xəstəxana direktoru BELƏ TUTULDU - VİDEO

    Xəstəxana direktoru BELƏ TUTULDU - VİDEO ...

    20-10-2021, 17:00

  • 
  • Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edildi - RƏSMİ

    Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs ...

    15-12-2020, 13:40

  • 
  • BSU-nun şöbə müdirinə cinayət işi açıldı

    BSU-nun şöbə müdirinə cinayət işi açıldı ...

    29-04-2021, 16:10

  • 
  • Abşeron sakininin 7700 manatının qonşusu tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işi açıldı

    Abşeron sakininin 7700 manatının qonşusu ...

    13-08-2021, 15:29


Təqvim

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Avqust 2022 (112)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu