GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Sabah Residence” şirkəti binalarını ekskavatorçunun kəsiləcək ayaqları üzərində tikmək istəyir... - ŞİKAYƏT

“Sabah Residence” şirkəti binalarını ekskavatorçunun kəsiləcək ayaqları üzərində tikmək istəyir... - ŞİKAYƏT

Tarix: 22-02-2022, 13:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 296



Vətəndaş Qafarov Ədalət Valeh oğlu şikayətində yazır:

"Mən, Qafarov Ədalət Valeh oğlu 2019-cu ilin oktyabr ayından “Sabah Residence” MTK-da ekskavator operatoru kimi işləmişəm. 15.12.2019-cu il tarixdə “Sabah Residence” MTK-nın Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 10 ünvanındakı tikinti sahəsində ekskavatorla qazma işləri apararkən eyni vaxtda ərazidə betonlama işləri aparılırdı. Mən ekskavatora yaxınlaşanda torpaq kütləsi sürüşdü, torpağın altında qaldım. İş yoldaşlarım təcili məni torpağın altından çıxarıb xəstəxanaya çatdırdılar. Hər iki ayağımdan xəsarət aldım, hazırda da xəsarətlər qalmaqdadır, ayağımı sərbəst hərəkət etdirə bilmirəm, ayağımda quruma gedir və təcili əməliyyat olunmasam ayağım kəsiləcək.

Hadisədən sonra şirkət rəhbərliyi bir müddət müalicəmə yardım etsə də, sonradan müalicəmdən imtina etdilər və hazırda da heç bir kömək göstərmirlər. Hadisə nəticəsində əmək qabiliyyətimi itirmişəm, müalicə üçün əlimdə olan bütün əmlaklarımı satmışam, indi isə müalicəm dayanıb və ailəm də çıxılmaz vəziyyətdə qalıb.
Hadisə baş verdikdən sonra şirkətin əməkdaşları tərəfindən mənə hüquq-mühafizə orqanlarına şikayət etməməyim qarşılığında müalicəmə maddi kömək ediləcəyi ilə bağlı vəd verilmişdi. Mən də onlarla şəxsi tanışlığımı nəzərə alaraq Səbail rayon Prokurorluğunda hadisə ilə bağlı izahat verən zaman hər hansı bir şikayət və tələbimin olmadığını bildirmişəm. Şirkət tərəfindən bir müddət mənim müalicə xərclərim qarşılanmış, lakin cinayət materialları ilə bağlı araşdırma bitdikdən bir müddət sonra müalicəmi dayandırmışdılar. Məsələ ilə bağlı şirkət əməkdaşları ilə dəfələrlə danışdım, mənə rəhbərliyə müraciət ediləcəyinə dair vəd verildi. 2-3 aylıq müddət ərzində şirkət əməkdaşları tərəfindən müxtəlif bəhanələr gətirilmiş, son olaraq, rəhbərliyə məsələ ilə əlaqədar məlumat verilsə də, müraciətimin nəzərə alınmadığı bildirilmişdir. Bu zaman mən aldadıldığımı anlayaraq, ilk öncə, prokurorluq orqanından işlə bağlı materialları əldə etmiş və materiallarla ətraflı tanış olduqdan sonra baş vermiş hadisənin böyük təhriflərlə əks etdirildiyini müəyyən etmişəm. Baş vermiş bədbəxt hadisə ilə bağlı həm rayon prokurorluğuna, həm də yuxarı instansiya prokurorluqlarına 5-6 ay ərzində dəfələrlə müraciət etsəm də, şikayətimlə əlaqədar eyni məzmunlu – şikayətimə baxmaqdan imtina edilməsinə dair cavablar almışam. Bu səbəbdən də Səbail rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından məhkəməyə şikayət vermək qərarına gəldim.
Səbail Rayon Məhkəməsi tərəfindən işimin ədalətli araşdırılacağına inansam da, məhkəmə şikayətimdə qeyd etdiyim xüsusatları araşdırmadan və həmin halları təkzib edəcək hər hansı bir əsas gətirmədən əsassız olaraq şikayətimin təmin olunmasından imtina etmişdir. Ümumilikdə mənə məlumdur ki, “Sabah Residence” MTK-nın fəaliyyəti yüksək vəzifəli dövlət məmurları ilə əlaqəlidir. Görünən odur ki, şirkət rəhbərliyi həmin dövlət məmurunun vəzifə və imkanlarından sui-istifadə edərək, onların adını hallandırmaqla hüquq-mühafizə orqanları tərəfindən işin ədalətli araşdırılmasına təsir göstərir."
Bundan sonra teref.az-a yazan şikayətçi məktubunda yazır:
"Bu hadisədən sonra Ədliyyə Nazirliyinə müraciət edərək hadisə ilə əlaqədar mənə kömək göstərilməsini xahiş etdim. Bir neçə dəfə Ədliyyə Nazirinin müavini Azər Cəfərovla görüşməyə cəhd etdim. Bütün bunlara baxmayaraq, rəhbərliklə görüşüm təmin olunmadı və mənim problemim baxılmamış qaldı.
Baş vermiş istehsalat qəzasına dair Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun arayışları mövcuddur. Həmin arayışlarda da almış olduğum xəsarətlərin – sağ bud sümüyünün burmalardan keçən bitişmiş sınığı və sol ayaq pəncəsində və ayaq baramaqlarında hissi-hərəki pozğunluqla müşayiət olunan sol budun aşağı hissəsində dizaltı arteriyasının zədələnməsinin bərk, küt əşyanın (əşyaların) təsirindən törəndiyi təsbit olunmuşdur. Hazırda da həmin xəsarətlər qalmaqdadır, sərbəst hərəkət etməkdə çətinlik çəkirəm. Ayağımda qaralma baş verir və əməliyyat olunmayacağım halda amputasiya ediləcək. Əmək qabiliyyətimi itirdiyim üçün artıq 2 ildən çoxdur ki, işləmirəm. Ayağımın əməliyyat olunması üçün artıq satmağa heç nəyimiz qalmayıb. Mən isə 2 ildir ki, səbr və hörmətlə davranaraq şirkətin davranışlarını ictimailəşdirmək istəmirəm. Lakin şirkət rəhbərliyi isə bunun əksinə davranaraq arxalandığı və nüfuzundan istifadə etdiyi yüksək vəzifəli məmurların adından istifadə edərək hüquq mühafizə orqanlarına təsir edir və mənim hüquqlarımı pozur. Lakin onlar düşünmür ki, bu məsələ mənim sağlamlığımı əlimdən alır, bir insanın həyatını alt-üst edir. Halbuki mənim ayağımın əməliyyatı təqsirkar “Sabah rezidence” şirkətinin rəhbərliyi üçün çətin bir iş deyil. Mən artıq bu cür yaşamaqdan bezmişəm, ayağım günbəgün qaralır və kəsilmək üzrədir. Ailə üzvlərimin üzünə baxa bilmirəm. Əgər mənim haqlı müraciətimə cavab verən olmasa, özümü öldürməkdən başqa heç bir əlacım qalmır. Mən açıq məktub yazaraq aidiyyəti şəxslərə elan edirəm ki, mənim başıma gələcəklərə görə “Sabah Residence” şirkəti günahkardır. Onlar mənim kəsiləcək ayaqlarım üzərində öz binalarını tikmək istəyirlər. İnanıram ki, bu haqsızlığı Allah onlara bağışlamaz. "
Vətəndaşın şikayətində qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!/Teref.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabah bu rayonlarda qaz kəsiləcək

    Sabah bu rayonlarda qaz kəsiləcək ...

    29-11-2016, 20:50

  • 
  • “Olimpus-az” MTK-nın işini baş prokurorluq araşdıracaq

    “Olimpus-az” MTK-nın işini baş prokurorluq ...

    11-03-2019, 16:27

  • 
  • ”Azadlıq Residence" MMC VƏTƏNDAŞA QARŞI... - “Ədalətin bərpası üçün mənə kömək edin...”

    ”Azadlıq Residence" MMC VƏTƏNDAŞA QARŞI... - ...

    23-10-2021, 10:52

  • 
  • Bu gün bu ərazilərdə su kəsiləcək

    Bu gün bu ərazilərdə su kəsiləcək ...

    21-09-2018, 10:41

  • 
  • Yağışlardan sonra Bayılda SON DURUM - Teleqüllənin yaxınlığında torpağın ağırlaşması təhlükəni artırır

    Yağışlardan sonra Bayılda SON DURUM - ...

    19-02-2018, 12:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu