GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Fondun inşa etdiyi uşaq bağçasını ələ keçirmək istəyirlər" - Yardımlıdan Prezidentə MÜRACİƏT

"Fondun inşa etdiyi uşaq bağçasını ələ keçirmək istəyirlər" - Yardımlıdan Prezidentə MÜRACİƏT

Tarix: 25-02-2022, 14:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 349


Yardımlıda 2 saylı uşaq bağçasının binasının yerli məmurlar tərəfindən özəlləşdirilməsi cəhdinə qarşı cərəyan edən narazılıqlar davam edir. 


Gundemxeber.Az Demokratik.az-a istinadən bildirir ki, Yardımlı sakinləri bu məqsədlə ölkə başçısına açıq müraciət ünvanlayıblar.
Müraciətdə aşağıdakılar yazılıb:

"Möhtərəm cənab prezident!

Təəssüf hissilə bildiririk ki, Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun və əlaltılarının şəxsi maraqları ilə Heydər Əliyev fondunun maliyyə dəstəyilə inşa edilmiş şəhər 2 saylı körpələr evi-uşaq bağçasının binası özəlləşdirilmək üzrədir. Bizdə olan məlumata görə, hazırda həmin əmlakın hərrac yolu ilə özgəninkiləşdirilməsi üçün addımlar atılır, sənədləşdirmələr həyata keçirilir.

Tam məsuliyyətimizlə bildiririk ki, 2014-cü ildə xanım Mehriban Əliyevanın şəxsi təşəbbüsü və qayğısı sayəsində inşa edilərək rayonumuzda körpələrin istifadəsinə verilmiş binanın yararlılıq vəziyyətinə dair sənədlər və rəylər məqsədli şəkildə saxtalaşdırılmışdır. Yararlı bina açılışından cəmi bir neçə ay sonra məhz yerli məmurların diqtəsi və mənimsəmə eşqilə yararsız kimi qeyd edilmişdir. Nəticədə də uşaq bağçasının fəaliyyəti Yardımlı MRX-nın İnfeksion (yoluxucu xəstəliklər) şöbəsinin yaxınlığında məmurlardan birinə məxsus əmlaka köçürülmüşdür. Hesab edirik ki, tikilməsində bircə qəpik qatqıları olmayanların bir binanı özlərinə qamarlamaq istəkləri, həm də bu məqsədlə uşaqların sağlamlığını təhlükəyə atmaları bağışlanmaz haldır.

Yardımlı İHB-nin diqtəsilə hazırlanmış sənədlərdə o da aydındır ki, Yardımlı şəhər 2 saylı uşaq bağçası inşa edilərkən rayon rəsmiləri bilə-bilə layihələndirmə işlərini Biləzəmi adlanan ərazidə sürüşmə zonasına salmışlar və körpələr evinin məqsədli şəkildə məhz orada inşa edilməsinə şərait yaratmışlar. Məqsədləri sonradan "sürüşmə" bəhanəsi uydurmaq olmuşdur.

Hazırda ələ keçirilməkdə olan bina istismar üçün tam yararlıdır, heç bir uçma-dağılma korruziya təhlükəsi də yaşamır. Bunu isbat edən yetərli dəlillər mövcuddur. Həmin binaya adi təftiş keçirmək, FHN-in mütəxəssislərinin binanın istismara yararlılığına dair müayinə aktı yazmaq yetərlidir ki, bizim dediklərimiz təsdiqini tapsın və məmurların maxinasiyası və çirkin niyyətləri üçün planladıqları hər şey ortaya çıxsın.

Mövzunun aidiyyatı dövlət qurumlar tərəfindən də qulaqardı edilməsi müşahidə edilir. Ölkəmizdə uşaq bağçalarının illərdir ki, yerli icra hakimiyyətinin balansında olması da sözügedən özbaşınalığa yol açan haldır. Hazırda bağçaların İHB-lərdən alınıb Təhsil nazirliyinin balansına keçirilməsi prosesi gedir və bu sevindirici hadisə inanırıq ki, yararlı binanın özəlləşdirilməsinin qarşısının alınmasında müsbət rol oynayacaq.

Möhtərəm cənab prezident!

Yuxarıda sadaladığımız halları və sözügedən binanın qeyri yollarla yerl İHB tərəfindən mənimsənilməsinin qarşısının alınması üçün SİZLƏRDƏN XAHİŞ EDİRİK:
Yardımlı şəhər 2 saylı körpələr evi - uşaq bağçasının köhnə binasının istismara yararlı olub-olmamasının araşdırılması və binanın saxta yollarla özəlləşdirilməsinin qarşısının alınması üçün müvafiq komissiya yaradılmasına, faktların araşdırılmasına və bu işlərdə əli olan yerli məmurların cəzalandırılmasına təcili göstəriş verəsiniz".

Hörmətlə;
İmzaladılar - Sadiyev Əkbər Səxavət oğlu,
Piriyev Vaqif Ağahüseyin oğlu,
Fərhadov İmaməli Abasalı oglu,
Sadiyev Tahir Saxavət oğlu,
Mirzəyev Rəfi Xanış oğlu və başqaları...

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilib

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 ...

    22-10-2018, 13:26

  • 
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubada körpələr evi-uşaq bağçasının açılışda iştirak ediblər

    Prezident İlham Əliyev və birinci xanım Mehriban ...

    11-10-2018, 12:51

  • 
  • İlham Əliyev Şamaxıda: zəlzələdən zərərçəklər üçün yaşayış binasının təməli qoyuldu

    İlham Əliyev Şamaxıda: zəlzələdən zərərçəklər ...

    7-03-2019, 12:31

  • 
  • Mehriban Əliyeva Xətai rayonunda yeni inşa olunmuş 6 saylı uşaq bağçasının açılışını edib

    Mehriban Əliyeva Xətai rayonunda yeni inşa ...

    1-02-2019, 16:31

  • 
  • Lütfəli Babayevin müdhiş maxinasiyası

    Lütfəli Babayevin müdhiş maxinasiyası ...

    13-04-2014, 13:06


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu